Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib

16:54 / 20.09.2018

Sentyabrın 20-də rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov “Ermənistan: Faşizm tüğyan edən ölkə” mövzusunda mətbuat konfransı keçirib.

Rusiyalı tarixçi alim konfransda SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) 1930-cu illərdəki arxivində erməni daşnaklarına aid faktlarla bağlı məlumat verib. O.Kuznetsov bildirib ki, 1930-cu illərin əvvəllərində bolşevik Rusiyasında daşnaklara xüsusi rəğbət olub. Məxfi hesabatlarda qeyd olunub ki, daşnaklar özlərini bolşeviklərə ideoloji tərəfdaş kimi göstərməyi bacarıblar. Rusiyalı alimin fikrincə, 1930-cu illərin ortalarında Adolf Hitler Almaniyada iqtidara gəldikdən sonra Daşnak partiyasının liderlərindən olan Qaragen Nijde ABŞ-ın Boston ştatında irqçi təşkilat yaradıb. O.Kuznetsov SSRİ Xalq Daxili İşlər Komissarlığının 1935-ci il arxiv materiallarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, Nijde ermənilərin dünyanın əksər millətlərindən üstün olduğunu bəyan edirmiş. Hətta onun ideologiyasına görə, ermənilər ari irqin nümayəndələri kimi digər xalqları məhv etmə səlahiyyətinə malikdir. Q.Nijdenin bu cür sərsəm fikirlərindən sonra o, ABŞ-dan qovulub.

Məxfi sənədlər əsasında danışan Kuznetsov diqqətə çatdırıb ki, daha sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. Məhz irqçi fikirlərinə görə, 1936-cı ildə Hitler hakimiyyəti tərəfindən himayə olunur. Həmin dövrlərdə faşizmin təbliği ilə bağlı çoxlu sayda məqalənin yazılması barədə faktların SSRİ XDİK-nin arxivlərində yer aldığını deyən rusiyalı qonaq bildirib ki, erməni faşizmi XX əsrin ortalarında tam şəkildə formalaşmışdı.

Oleq Kuznetsovun sözlərinə görə, SSRİ XDİK-i 1930-cu illərin sonlarında artıq bundan narahat olmağa başlayıb. Bu səbəbdən SSRİ-dəki daşnaklara qarşı kütləvi repressiyalar aparılıb. Rusiyalı tarixçinin araşdırmalarına görə, hətta SSRİ təhlükəsizlik orqanları siyahı tərtib edərək daşnakları 3 qrupa bölüb. Bu qruplardan ən təhlükəliləri Daşnaksutyun partiyasının üzvləri, sonra 1921-ci ildə daşnak üsyanında iştirak edən şəxslər və üçüncüsü daşnak ideologiyasına meyil göstərənlər idi.

Tarixçi alim deyib: “DTK-nın İkinci Dünya müharibəsi ilə bağlı arxiv sənədlərindən aydın görmək olur ki, erməni daşnakları həmin dövrlərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Alman faşistləri ilə birlikdə əsir düşərgələrindəki insanlara işgəncələr verilməsində və sovet ordusuna qarşı döyüş əməliyyatlarında iştirak ediblər”. O.Kuznetsov Nijdenin Birinci Dünya müharibəsi illərində də xüsusi vəhşiliklər törətdiyini bildirib. 1912-1913-cü illərdə Balkan müharibəsində bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanlarının hazırladığı hesabatda Nijdenin Bolqarıstan dövləti ərazisində türk kəndlərində törətdiyi amansız qırğınlar faktlarla göstərilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM