Mehriban Əliyeva: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq (FOTO)

19:46 / 20.09.2018

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin Alyansın müxtəlif tədbirlərində iştirak etdiyini bildirdi. Qeyd etdi ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edir, 2018-ci ilin yanvar ayından Qətiyyətli Dəstək Missiyasında Azərbaycan hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Ölkəmiz, həmçinin Əfqanıstanın milli ordusuna maliyyə yardımı göstərir, logistika və nəqliyyat problemlərinin həllinə kömək edir, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edir.

NATO ilə Azərbaycan arasında yüksək səviyyəli dialoqun uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə edən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Brüsseldə NATO Zirvə toplantısında iştirakının və Alyansın baş katibi Yens Stoltenberqlə keçirilən görüşünün ölkəmizlə təşkilat arasında ikitərəfli əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı. Birinci vitse-prezident bildirdi ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ölkəmizdə yüksək dəyərləndirilir. Mehriban Əliyeva onu da vurğuladı ki, Azərbaycan NATO-nun gender məsələlərinə, qadınlar, sülh və təhlükəsizlik mövzusuna böyük diqqətini alqışlayır. “Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə Azərbaycanda keçirilib”, - deyən Birinci vitse-prezident ölkəmizdə gender bərabərliyinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd etdi. Bildirdi ki, hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlardan biri də qadınlara seçki hüququnu verilməsi idi. “Fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan qadınları bir sıra inkişaf etmiş ölkələrdən əvvəl bu bərabərliyə nail olublar”, - deyən Mehriban Əliyeva müstəqilliyimizi bərpa etdikdən sonra qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, parlamentdəki deputatların 17 faizini qadınların təşkil etdiyini diqqətə çatdırdı, bu göstəricinin gələcəkdə daha da artacağına ümidvar olduğunu bildirdi. Birinci vitse-prezident ordumuzda kişilərlə yanaşı 1600 qadının xidmət göstərdiyini, Azərbaycanda əsrlərboyu qadınlara böyük hörmətlə yanaşıldığını və bu gün də bu ənənənin davam etdiyini vurğuladı.

Azərbaycanın sülhsevər ölkə olduğunu, qonşuları və digər ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələr qurduğunu xüsusi vurğulayan Mehriban Əliyeva buna baxmayaraq artıq 25 ildir ki, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyimizi, beynəlxalq səviyyədə ölkəmizin ərazisi kimi tanınan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun bu siyasət nəticəsində işğal altında qaldığını, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişə zamanı yüzlərlə azərbaycanlı qadının öldürüldüyünü, girov götürüldüyünü, Xocalı faciəsi zamanı 600-dən çox insanın, o cümlədən qadın və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurası 25 il əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, bu işğalçılıq siyasəti hələ də davam edir. Münaqişənin ədalətli şəkildə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğumuzu qeyd edən Mehriban Əliyeva vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq. “Sülh, təhlükəsizlik xalqlar arasında qarşılıqlı anlaşmanı təmin edən amillərdir”, - deyən Birinci vitse-prezident NATO-nun humanitar fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini, bu sahədə təşkilatla sıx əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırdı.

“Əmin ola bilərsiniz ki, Sizin söylədiyiniz fikirləri biz özümüz üçün qeyd etdik”, - deyən NATO baş katibinin müavini Rouz Qotemöller Azərbaycana səfərlərindən məmnunluğunu ifadə etdi, Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın ölkəmiz üçün əlamətdar günlərdə - Azərbaycan parlamentinin 100 illiyi ərəfəsində keçirildiyini söylədi. Bakının gözəlliyindən danışan qonaq ölkəmizin əldə etdiyi nailiyyətlərdən məmnunluğunu bildirdi.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM