Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Mərkəzin rəhbəri Rufiz Qonaqovun işğalçı Ermənistanın atəşkəs rejimini pozaraq son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı
BƏYANATI
Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş, kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.
Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın və ona bu azğınlığı etməyə imkan verən beynəlxalq qüvvələrin, 20 ildən artıq işğala və beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük dövlətlərin üzərinə düşür.
Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək, gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar. Ancaq nədənsə 22 ildir təsis edilən bu qurumun həmsədrlərinin regiona səfərləri tamamilə səmərəsiz və boş bəyanatlar verməkdən ibarət olmuşdur. Həmsədrlər verdikləri bəyanatda bildirirlər ki, “zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”. Lakin heç bir qəti nəticəyə nail olmayan bu həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələrdə bu məsələdə işğalçı dövlətə təzyiqlər emtəlidirlər.
ABŞ Dövlət Departamentinin rəsmisi Marie Harf-ın yaydığı bəyanatda isə tərəflər təcili olaraq gərginliyi azaltmağa və atəşkəsə riayət etməyə çağrılıblar. Azərbaycanla bağlı hər zaman qərəzli mövqe sərgiləyən ABŞ Dövlət Departament müharibə alovları qızışan bir anda bildirir ki, “münaqişənin hərbi yolla həlli mümkünsüzdür, qisasçılıq və zorakılıq münaqişənin dinc yolla həllini yalnız çətinləşdirir”. Lakin bu çoxstandartlı münasibət göstərən Dövlət Departamentinə xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hər zaman vurğuladığı kimi torpaqlarımızı hərb yolu ilə azad etmək hüququnu biz hər zaman özümüzdə saxlayırıq, bu bizim suveren hüququmuzdur. Əgər ABŞ Dövlət Departamenti burada “qisasçılıq” deyərkən, Azərbaycan Ordusunun bitməmiş müharibə zəminində öz torpaqlarını azad etmək və mövqelərimizə xəbis diversiya əməliyyatları cəhdi edən düşmənə sərt cavab verməyi nəzərdə tutursa, o zaman Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq bildirirk: Hər zaman Azərbaycan dövlətini insan hüquqları və demokratiya məsələsində qaralamağa çalışan ABŞ Dövlət Departamentinə xatırladırıq ki, 1 milyondan artıq azərbaycanlının mülkiyyət hüququ 20 ildən çoxdur ki Ermənistan dövləti tərəfindən pozulmaqda davam edir. Həlak olmuş minlərlə vətəndaşımız, iqtisadiyyat, sənaye, ekologiya, təbiət və mədəniyyətimizə dəyən milyardlarla manat zərərin cavabdehi də işğalçı dövlətlə yanaşı vəziyyət kritikləşən kimi Ermənistanı deyil, Azərbaycan Respublikasını sülhə çağırmaqda təkid edən ABŞ Dövlət Departamenti və onun kimi ədalətsiz mövqeyə sahib olan qurumlardır. Biz bir daha beynəlxalq qurum və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tətbiq edirik.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM