İndi dünya KİV-lərində Soçidə Rusiya və Türkiyə prezidentlərinin İdliblə bağlı müzakirələr aparması və razılıqlara nail olunması ilə ilgili çoxlu təhlillər yer alır. Ekspertlər nə baş verdiyini geosiyasi aspektdə qiymətləndirməyə çalışırlar. Onların böyük əksəriyyəti Rusiyanın Türkiyəyə güzəştə getməsi və bunun Qərbə bir "gözdağı" olduğu kontekstində təqdim olunur. Lakin proseslərə bitərəf mövqedən yanaşanda tamamilə fərqli bir mənzərə ilə rastlaşırıq. Burada başlıca xüsusiyyət ondan ibarətdir ki, iki böyük dövlət geosiyasi olaraq yüksək prinsipiallıq daşıyan mürəkkəb bir məsələdə danışıqlar yolu ilə razılıq əldə ediblər. Bu siyasi-diplomatik fəaliyyətdə dialoqun, qarışıqlı faydalı əməkdaşlıq prinsipinin təntənəsi kimi qəbul edilə bilərmi? Bu suala cavab axtarışı üzərində geniş dayanmaq istərdik.
Soçi danışıqlarında razılıq: dünyanın xeyrinə alınan qərarlar
Siyasətdə son nəticədə səmimiyyət, qətiyyət və ən başlıcası ədalət qalib gəlir. Lakin qəribədir ki, bu sadə həqiqəti etiraf etmək istəməyənlər az deyildir. Onlar böyük siyasətə qiymət verərkən məxsusi "meyarlardan" istifadə edirlər. Öz istək və arzularını obyektiv tələbat kimi təqdim etməyə çalışırlar. Rusiya-Türkiyə münasibətlərinin inkişaf dinamikası ilə bağlı ekspert və analitiklərin mövqelərinə ümumi nəzər saldıqda həmin sindromun əlamətlərini görə bilərik.
Konkret olaraq iki dövlət başçısının Soçidə əldə etdikləri razılıqları təhlil edən mütəxəssislər bir sıra hallarda ziddiyyətli və məntiqsiz tezislər ortaya atırlar. Onlar İdliblə bağlı Türkiyə və Rusiya prezidentlərinin nail olduqları tarixi razılaşmaya əsassız izahlar verməyə çalışırlar. Bəziləri hesab edir ki, "bu, Ərdoğanın qələbəsidir", digərləri yazır ki, "Rusiya taktiki məğlubiyyətlər zəncirindədir", bir başqaları vurğulayırlar ki, "Rusiya və İran Türkiyənin qarşısında geri çəkilməklə İdlib də daxil geniş bir məkanı Türkiyəyə güzəştə getdilər" və s. (bax: məs., Цепь тактических поражений / "Росбалт", 18 sentyabr 2018).
Əslində isə reallıq tamamilə başqa müstəvidədir. Yuxarıda vurğuladığımız fikirlər ekspertlərin yeni geosiyasi reallığa köhnə yanaşmalarından qaynaqlanır. Onlar geosiyasətə kiminsə kimisə aldatması, ona zərbə endirməsi, güzəştə getməyə məcbur etməsi üsulları ilə öz istədiyini qəbul etdirmək üsulu kimi baxırlar. Müasir realıq isə dialoq vasitəsilə qarşılıqlı faydalı razılaşmalar əldə etməyi daha aktual edir. Bunun üçün zəruri şərt yeni məsələlərə köhnə metodla yanaşmadan imtina etməkdən ibarətdir. Elm üzrə mütəxəssislər əmindirlər ki, yeni problemləri köhnə anlayışlar əsasında həll etmək imkansızdır.
Bu tələb Rusiya-Türkiyə münasibətlərinin analizi üçün də zəruridir. İki böyük dövlət hər ikisinə və bütövlükdə bəşəriyyətə xeyir verə biləcək ortaq qərarlar almağa çalışırlar. Xüsusilə Suriya məsələsində incə məqamlar mövcuddur ki, onları zərgər dəqiqliyi və böyük səmimiyyətlə nəzərə almaq gərəkdir. Konkret olaraq söhbət İdlibdəki durumdan gedir. Bu vilayətə Bəşər Əsəd hücum etməyə çalışır. Bununla o, bir neçə ildir ki, davam edən savaşdan qalib çıxmağı planlaşdırır. Burada B.Əsədi bir siyasətçi kimi anlamaq olar. Lakin digər əhəmiyyətli faktorlar var ki, onları arxa plana atmaq daha böyük fəlakətlər gətirə bilər.
Moskva da bu məsələdə çox həssas davranmağa çalışır. Tehran zirvəsində Rusiya ilə Türkiyə arasında İdlibdə hərbi əməliyyatların keçirilməsi mövzusunda fikir ayrılığı özünü göstərmişdi. Onda Rəcəb Tayyib Ərdoğan tələb etdi ki, İdlibdə hərbi əməliyyatların keçirilməməsi üçün lazım olan addımlar atılsın. Ancaq məsələ açıq qaldı və eyni zamanda, İdlibə hücuma cəhdlər oldu. Türkiyə Prezidenti qətiyyətlə bildirdi ki, Ankara vəziyyətə seyrçi qalmayacaq.
Bunların fonunda Rusiya və Türkiyə dövlət başçılarının Soçidə görüşəcəkləri haqqında informasiyanın yayılması diplomatik imkanların qaldığına işarə edirdi. Bütün məsələ də ondan ibarətdir ki, iki böyük dövlətin başçıları bu fürsətdən ağıl, rasionallıq və bütün dünyanın xeyrini düşünərək istifadə etməyi bacardılar. Burada hər iki tərəf qalibdir. Xüsusilə Rusiya Prezidenti Vladimir Putin sübut etdi ki, müdrik və təmkinli siyasi liderdir. Bu məsələdə Rusiya Prezidenti nümunə ola bilər.
Bəs Soçidə hansı razılıq əldə olunub? Rusiya və Türkiyə İdliblə bağlı vəziyyəti müzakirə yolu ilə həll etməyi qərara alıblar. Vəssalam! Bunun üçün hər iki dövlət ora öz hərbi kontingentini göndərəcək və onlar bir yerdə təhlükəsizliyi təmin edəcəklər. Konkret mexanizm kimi isə İdlibdəki müxalifətlə B.Əsəd ordusu arasında təhlükəsizlik zolağının yaradılması, ağır silahların yığışdırılması və sakitliyin təmini əsas götürülüb. Moskva və Ankara eyni dərəcədə bu planın həyata keçirilməsinə məsuldurlar.
Strateji aspekt: digər böyük güclər üçün nümunə
Bu üsulla İdlibdə mötədil müxalifətlə radikal müxalif silahlı qruplaşmaları bir-birindən ayırmaq imkanı yaranır. Milyonlarla dinc sakinin həyatı xilas olur. Türkiyə növbəti dəfə 3,5 milyon suriyalı qaçqını qəbul etmək məcburiyyətindən xilas olur. Bütün bunlar nəyə görə konkret şəxslərin uğuru kimi təqdim edilməlidir? Məgər qazanan, ümumiyyətlə, danışıqlara dayanan siyasi-diplomatik yanaşma, beynəlxalq hüquq normaları, milyonlarla sadə insan deyilmi? Bu mənada ədalət zəfər çalmayıbmı?
Lakin bu kimi məqamları təhlil etmək əvəzinə ekspertlər "Rusiya güzəştə getdi", "zərbə ilə müxalifləri tamamilə məhv etmək olardı" kimi aqressiv ritorikaya üstünlük verirlər. Onlar köhnə düşüncə üsulu ilə V.Putinlə R.T.Ərdoğanın humanitar əməkdaşlığa hesablanmış, dialoqa xidmət edən diplomatik üsullarını təhrif edərək Rusiyanın hansısa "geri çəkilməsi"ndən bəhs edirlər. Rusiya nədən geri çəkilib? Şəhəri bombalamaq planındanmı? Məsələni müharibə ilə həll etmək niyyətindənmi? Əgər bu doğrudan da belədirsə, qalib gələn V.Putindir. Çünki bununla Rusiya Prezidenti öz ölkəsinin simasını xilas edib. Nümayiş etdirib ki, Moskvanın məqsədi insanları məhv etmək deyil, Suriyadakı böhrana son qoymaqdır (təbii ki, özünün maraqlarının təmin edilməsi şərti ilə).
Bu, həm də Türkiyə Prezidentinin qələbəsidir. Dinc insanları gözlənilən fəlakətdən xilas etməyə yönələn siyasətin, Suriyanın ərazi bütövlüyünü saxlamaq niyyətinin və Ankaranın bütün region xalqlarının sülh içində yaşaması kursuna sadiq qalmasının qələbəsidir! Bu mənada Rusiya və Türkiyə bir-birinə güzəştə getməyiblər, əksinə, bir-birinə doğru real addımlar atıblar. Bu yaxınlaşmadan bütün Yaxın Şərq və dünya faydalana bilər. Həmin bağlılıqda, əslində, Rusiya və Türkiyə tarixi iş görüblər.
Şübhə yoxdur ki, bütün bunlar, eyni zamanda, Türkiyənin dövlət kimi potensialının göstəricisidir. Ankaranın dünyanın söz sahiblərindən biri olmasını təsdiqləyən faktlardan biridir. Çünki Rusiyanın qlobal miqyasda oynadığı rol hamıya məlumdur. Bu ölkə bir neçə əsrdir ki, dünya siyasətinə çox ciddi təsir göstərə bilir. İndiki mərhələdə də qlobal səviyyədə aparıcı rollardan birini oynayır. Xüsusilə Suriya məsələsində Moskva təşəbbüsü ələ alıb və faktiki olaraq başlıca söz sahibidir.
Bunun fonunda Rusiya regionda Türkiyə ilə prinsipial və ciddi geosiyasi mənası olan bir məsələdə anlaşırsa, V.Putinin siyasi-diplomatik peşəkarlığı və çevik siyasət yeritmək qabiliyyəti nəzərdən qaçmamalıdır. Türkiyə də bu maraqlı prosesin birbaşa iştirakçısı kimi yüksək səviyyədə sivil mövqedə olduğunu və onunla bərabərhüquqlu, qarşılıqlı hörmət və ədalət prinsipləri əsasında danışmaq istəyənlərlə anlaşdığını təsdiq etməkdədir.
Bütün bunlardan bir məntiqi sual ortaya çıxır: kim qazanır? Bizcə, hər şeydən öncə müdriklik, rasional düşüncə, barış və dialoq siyasəti, dünyanı düşdüyü ziddiyyətlərdən müzakirələr yolu ilə xilas etmək istəyi qalib gəlib. Rusiya və Türkiyə bununla həm digər böyük dövlətlərə, həm də beynəlxalq təşkilatlara ortaq mesaj göndərmiş olurlar. Onlar nümayiş etdirdilər ki, əgər qarşılıqlı surətdə xoş niyyət olursa, istənilən münaqişəli vəziyyətdən çıxış yolu tapmaq mümkündür. O cümlədən regional münaqişələrin və fikir ayrılıqlarının aradan qaldırılması şansı yüksəkdir.
Bizcə, əsas diqqət də bu kimi məsələlərə yönəldilməlidir. Aktual olan kiminsə güzəştə gedib-getməməsi ətrafında spekulyativ izahatlar axtarmaqdan ibarət deyil. Rusiya-Türkiyə əməkdaşlıq qaydasını bütün dünyaya tətbiq etmək olarmı? ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Çin kimi böyük dövlətlər bu prosesin harasında yer ala bilərlər? Bu kimi suallara cavab axtarışları və praktiki fəaliyyət daha önəmli olardı.
Təbii ki, Rusiya və Türkiyənin İdliblə bağlı qərarları necə yerinə yetirəcəklərini zaman göstərəcək. Bu barədə hansısa proqnoz vermək fikrindən uzağıq. Lakin bütün hallarda iki dövlətin davranışı arxasında dayanan əməkdaşlıq niyyəti əhəmiyyətlidir və məhz onu vurğulamaq vacibdir. Digər tərəfdən, İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa rəhbərlərinin nəzərdə tutulan görüşü vurğulanan kontekstdə əhəmiyyətli görünmürmü? Türkiyə həqiqi mənada dünya siyasətinin ön sırasına çıxdığını göstərmirmi? Və bunun nəyi pisdir?
Newtimes.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM