Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq və düz yola gəlmək üçün şans verdi. Bunu Trend-ə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş iclasdakı çıxışı Azərbaycanın ötən 100 ildəki inkişaf xronikasının müfəssəl təsviri idi:
"Biz haradan hara gəlmişik? Doğrudan da qürurlu tarixdir. Cənab Prezident bu tarixin incəliklərindən bəhs etməklə yanaşı, Azərbaycanın bölgədəki hegemon mövqeyinin real əsaslarını son dərəcə dəqiqliklə göstərdi. Dövlət başçısının bu fikirləri məhz Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı keçirilmiş yubiley iclasında – ali qanunverici orqanın kürsüsündən səsləndirməsi xüsusilə qürurvericidir, Azərbaycan Respublikasının Milli Məclisinin yerinə və roluna verilən böyük dəyərdir: “Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik. Bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. ...Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir”. Dünyada 5 mindən çox xalq var. Onlardan yalnız 200-ə yaxınının dövləti var. Təbii ki, bu günün müstəqil Azərbaycanı xalqımızın tarixi nemətidir".
Onun sözlərinə görə, yaşadığımız bölgənin olduqca mürəkkəb olduğunu və dəfələrlə tarixin sərt sifətinin bizləri müstəqillikdən məhrum etdiyini nəzərə alsaq, ötən 27 il həqiqətən də bir nemətdir:
"Parlamentarizmimizin 100 ili isə müasir müstəqillik yaşantımızın əbədilik simvoludur. Ötən 27 il 100 ili nəsillərə miras edəcək təminatdır. Ötən 27 il 100 ilimizi ənənəyə çevirən misilsiz tarixdir və bu tarixin yazılmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu son dərəcə böyükdür. Milli Məclis 100 illik parlamentarizm ənənəmizi yaşadan mühüm institutdur. Tarixi parlamentimizin ənənələrinin davam etdirən Milli Məclisin fəaliyyəti eyni zamanda Azərbaycanın dünyadakı hüquqi-demokratik dövlət simasının təsdiq platformasıdır. Dövlət başçımızın çıxışında bu kimi məqamlar ustalıqla diqqətə çatdırıldı, müqayisə və paralellər aparıldı".
Millət vəkili vurğulayıb ki, cənab Prezidentin parlament kürsüsündən etdiyi çıxış Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər səsləndirdiyi fikirlərin avantürist mahiyyətinin ciddi arqumentlərlə əsaslandırılması və ifşası, belə demək mümkünsə, ucuz populizmə reallıq dərsi idi:
"Hansı halda Ermənistan bölgənin inkişafından pay götürə bilər? Necə olur ki, Ermənistanın inkişafına əngəl yaranır? Cənab İlham Əliyev çıxışında Ermənistan cəmiyyəti üçün inkişaf yolunu göstərdi. Təbii ki, ölkənin iflasının nədən qaynaqlandığını izah etdi: “Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir”. İllərdir ki, Cənubi Qafqazın bu ölkəsində inkişaf yoxdur, ictimai-siyasi durum gərgindir, sosial-iqtisadi vəziyyət acınacaqlıdır, dözülməzdir, digərində - Azərbaycanda isə nəhəng layihələr reallaşır, inkişaf xüsusiyyətləri dünya reytinqləri ilə ölçülür. Hesab edirəm ki, həm erməni cəmiyyəti, həm də hakimiyyəti bunu nəzərə almalı və ciddi düşünməlidir".
Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidenti əslində parlamentdəki çıxışında düşünmək, nəticə çıxarmaq və düz yola gəlmək üçün şans da verdi. Bu şans Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Dövlət başçısı bu məqamı diqqətə çatdırmaqla yanaşı, Azərbaycanın işğalla barışmayacağını xüsusi vurğuladı:
"Bir daha müstəqillik haqqında. Hesab edirəm ki, “müstəqillik təkcə dövlət atributları deyil” deyən Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər dövlət müstəqilliyi fəlsəfəsinin çox sadə, ancaq fundamental izahı idi. Bu izahda Azərbaycanın yeritdiyi siyasi xəttin əminliyi, dönməzliyi ifadə olunurdu. Dövlət başçısının aşağıdakı fikirləri həm də işğalçı Ermənistana ünvanlanmış mesaj idi. “Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM