Elman Nəsirov: "Biz həmişə sülhə sadiq olmuşuq, lakin indiki vəziyyət fərqlidir"

13:29 / 25.09.2018

 

 
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən söz açıb və indiki erməni hökumətinə sərt xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Əks halda bundan sonrakı proseslərdə bütün məsuliyyət Ermənistan hökumətinin üzərinə düşəcək. Prezident vurğulayıb ki, işğal olunmuş torpaqlarımızda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayətlər törədilib: 
 
"Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.
 
Dövlət başçısının toxunduğu mühüm məqamlarla bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində sərgilədiyi davranışı böyük təəssüf doğurur. Deputatın sözlərinə görə, Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları danışıqlar prosesinə zərbə vurur...

- Elman müəllim, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi ifadələri necə şərh edərdiz?
 
- Xatırlayırsızsa, baş nazir ilkin dövrdə münaqişənin "sülh” yolu ilə həllinə tərəfdar olduğunu iddia edirdi. Ancaq necə oldusa, daha sonra birbaşa onun təkidi ilə ölkə parlamenti Azərbaycana müharibə elan etdi. Paşinyan deyir ki, Dağlıq Qarabağ adından danışmağa ixtiyarı yoxdur, ona görə də separatçı rejim özü prosesdə "müstəqil” tərəf kimi iştirak etməlidir. Bunu deyən adam öz oğlunu Dağlıq Qarabağa əsgərliyə göndərir. Sual olunur, əgər Ermənistan Dağlıq Qarabağı özünə aid bilmirsə, hansı əsasla ora əsgər göndərir? Bu faktın özü İrəvanın qondarma rejimlə əlbir olduğunu göstərir. Təcavüzkar Ermənistan öz silahlı qüvvələrini Qarabağa göndərirsə, bu, düşmənin Azərbaycan ərazisində mövcudluğu deməkdir. Paşinyan özü bunu etiraf edir. Halbuki bugünə kimi erməni siyasətçiləri iddia edirdilər ki, guya, Qarabağda Ermənistana məxsus əsgərlər xidmət etmir. Dövlət başçısı bu məqamlara diqqət çəkərək münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini növbəti dəfə ifadə etdi. Prezident qeyd etdi ki, Ermənistanın baş naziri çox absurd və cəfəng bəyanatlar verir. Paşinyanın sözləri münaqişənin həllinə deyil, daha da dərinləşməsinə xidmət göstərir. Yeni hökumət BMT-nin qətnamələrinə məhəl qoymur. Təəssüf doğuran hallardan biri də odur ki, biz beynəlxalq təşkilatların məsələyə münasibətini görmürük. Fikrimcə, bu da ikili standartların göstəricisidir.

- Nikol Paşinyan Ermənistan daxilində də gözlədiyi dəstəyi ala bilmir. Baş nazirin qısa zamanda reytinqini itirməsi nəylə bağlıdır?
 
- Dövlət başçısı İlham Əliyev bildirdi ki, Ermənistanın yeni rəhbərliyi ölkə daxilində diktatura rejimi formalaşdırmaqla məşğuldur. Paşinyan öz siyasi opponentlərinə qarşı təzyiq dili ilə danışır, onları həbs etdirir, heç kimə güzəştə getmir. Hazırda Ermənistanda mediaya, azad sözə qarşı böyük təzyiq var. Maraqlı məqam isə odur ki, bu sahələrə nəzarət edən beynəlxalq qurumlar susqunluq nümayiş etdirirlər. Onlar Ermənistandakı anti-demokratik proseslərə göz yumurlar. Cənab Prezident haqlı olaraq vurğuladı ki, əgər heç bir reaksiya yoxdursa, deməli, onlar da Ermənistandakı rejimlə əlbirdirlər. Buna başqa ad vermək olmaz.

- Hesab edilir ki, Paşinyanın absurd açıqlamaları ilk növbədə düşmən ölkənin özü üçün təhlükə yaradır. Çünki indiki halda savaş yoxsul və zəif Ermənistanı daha da dözülməz edə bilər...
 
- Paşinyanın yeritdiyi siyasət Ermənistanı hərtərəfli zəiflədir, uçuruma aparır. Bu, həqiqətdir. Əgər Paşinyan öz sələflərinin başına gələnlərdən nəticə çıxarmazsa, münaqişənin tənzimlənməsi ilə bağlı sağlam addım atmazsa, eyni aqibət onu da gözləyir. Ermənistan gündən-günə zəifləməkdə, yoxsulluq artmaqdadır. Heç bir islahat aparılmır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın zəifləməsi bizim xeyrimizədir. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, proseslər bizim üçün faydalı olacaq. Lakin məsələ ondadır ki, Paşinyanın düşünülməmiş sözləri və yanlış addımları sadəcə Ermənistan üçün deyil, bütövlükdə region üçün ciddi təhdid deməkdir. Ona görə də çağırış edirik ki, beynəlxalq təşkilatlar gec olmadan Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq etsin və təzyiq göstərsin. İşğalçıya öz yerini göstərmək lazımdır. Əks halda proseslər arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. O halda bütün məsuliyyət Ermənistanın yeni rəhbərliyinin üzərinə düşəcək.

- Baş nazirin sərsəm bəyanatları fonunda müharibə ehtimalı yenidən gündəmə gətirilir. Hərbi əməliyyatların başlanma ehtimalı varmı?
 
- Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır və hər addımında buna sadiq olduğunu bəyan edir. Lakin indiki vəziyyət fərqlidir. Reallıq odur ki, qarşı tərəf, yəni Ermənistan danışıqlara adekvat mövqe sərgiləmir. İrəvan hökuməti prosesdə qeyri-konstruktiv mövqe sərgiləyir, ziddiyyətli bəyanatlar verir. Təsəvvür edin, Ermənistan rəhbərliyi gah sülhdən danışır, gah da ölkəmizə müharibə elan edir. Belə məqamda sülh danışıqlarından söhbət gedə bilməz. O baxımdan dövlət başçısı hər dəfə diqqətə çatdırır ki, bundan sonrakı proseslərə görə, məsuliyyəti birbaşa Ermənistanın indiki rəhbərliyi, xüsusən də baş nazir Nikol Paşinyan daşıyacaq.
 
- Ermənistan baş nazirinin xarici siyasəti də uğursuz alınır. Paşinyanın dünya siyasətində qəbul olunmamasının səbəbləri nədir?
 
- Ermənistan baş nazirinin yeritdiyi xarici siyasət fiaskoya uğrayıb. Sizə bir neçə misal deyim. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqillik günü ilə bağlı baş nazir Nikol Paşinyanı təbrik etmədi. Putin öz təbrikini Prezident Armen Sarkisyana göndərdi. Paşinyanın tərəfdarları iddia edirlər ki, guya, burada təəccüblü bir şey yoxdur, Putin erməni həmkarını təbrik edib. Lakin ermənilər bir həqiqəti gizlədirlər. Axı Ermənistan hazırda idarəetmə üsul-idarəsinə görə prezidentli yox, parlamentli respublikadır. Düşmən ölkədə hökumət rəhbəri baş nazir sayılır. Necə olur ki, Rusiya prezidenti Putin təbrik məktublarını parlamentli respublikanın mövcud olduğu İsraildə baş nazir Benyamin Netanyahuya, Almaniya kansleri Angela Merkelə göndərir, Ermənistana gələndə isə fərqli addım atır?! Bütün bunlar Putinin Paşinyana olan münasibətini göstərir. Hətta erməni mətbuatının yazdığına görə, Putin Ermənistana səfər edərkən baş nazirin həbs etdirdiyi, sonra buraxdığı Robert Köçəryanla görüşəcək və onun evinə gedəcək. Bunlar ciddi anonslardır.
 
- Paşinyanın ABŞ-a səfər edəcəyi də tez-tez müzakirə olunur. Ekspertlər bu səfərin də nəticəsiz olacağını deyirlər. Bu barədə sizin fikirləriniz nədir?
 
- Paşinyan ABŞ-a səfər edəcəyi təqdirdə Prezident Donald Trampla görüşməyi çox istəyirdi. Erməni diasporası bu istiqamətdə ciddi-cəhdlə çalışırdı. Ancaq ötən gün məlum oldu ki, Tramp Paşinyanla görüşdən imtina edib. Göründüyü kimi, Kremlin gözündən düşən baş nazir digər xarici ölkə liderləri tərəfindən də qəbul edilmir. Çünki eyni anda iki stulda oturmağa çalışan Paşinyan ciddi siyasi fiqur kimi qəbul olunmur. ABŞ-ın Ermənistandakı səfirinin sözlərinə görə, Vaşinqton Paşinyana seyirçi mövqedən yanaşır. Amerika bilmək istəyir ki, Paşinyan demokratik ənənələrə, insan hüquq və azadlıqlarına sadiqdirmi? Ağ Ev hələlik Paşinyana etibar etmir. Ona görə ki, Paşinyanın atdığı addımlar Vaşinqtonu təəssüfləndirir. Bu baxımdan Ağ Ev indiki Ermənistanla münasibətlərin inkişafında maraqlı olmadığını gizlətmir. Paşinyanın yeritdiyi daxili və xarici siyasət fiaskoya uğramaqdadır. Bunun əksinə, Azərbaycan hərtərəfli güclənməkdədir. Bizim birliyin təməlində xalq-hakimiyyət vəhdəti dayanır.
 
İsmayıl

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM