Ermənilərdən sensasion etiraf: “Atdığımız güllələr Leyla Yunusa görə cavabdır” - (Fotofakt)

13:56 / 04.08.2014

Ermənistanın sosial şəbəkə istifadəçiləri arasında hüquq müdafiəçisi Leyla Yunusun həbsi ətrafında qızğın müzakirələr gedir.

Virtualaz.org saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni bloggerlər və sosial şəbəkə istifadəçiləri bu həbsə qəzəbli şəkildə etirazlarını bildirir və Azərbaycan hakimiyyətini “Ermənistan, Azərbaycan və Artsax üçün çox işlər görmüş bu görkəmli və nəhəng qadının təqib olunmasına görə” ittiham edirlər. L.Yunusun şəxsiyyətinin və xidmətlərinin şişirdilib təriflənməsi Azərbaycan hakimiyyətinin ünvanına qəzəbli şərhlərlə müşayiət olunur.

Burada çox maraqlı, hətta sensasion sayılacaq qeyri-adi məqam odur ki, əksər erməni bloggerlər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini, erməni ordusunun çoxsaylı diversiya cəhdlərini Leyla Yunusun həbsinə görə intiqam aksiyası kimi qiymətləndirirlər.

Uzağa getməyək. Ermənilərin aparıcı “Novosti Armenii” saytı belə bir sərlövhə altında yazı dərc edib: “DQR Müdafiə Nazirliyi: Bakının təbliğat maşını fantaziyalarını davam etdirir”.

Erməni bloggerlər bu xəbər ətrafında dərhal müzakirə açaraq cəbhə xəttindəki son hadisələrə qiymət veriblər. Ermənistan və Azərbaycan qoşunları arasındakı döyüş ətrafındakı müzakirələr sonradan Leyla Yunus mövzusunun müzakirəsinə çevrilib.

Fəal erməni bloggerlərinin yazdıqlarına özünüz qiymət verin.

Blogger Aram Davidyan yazır: “Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs ediblər. Bu nəhəng insan bizim Artsaxın azadlığı üçün çox iş görüb. Eybi yoxdur, biz tezliklə Bakını da azad edərik. Onda Leyla da azadlıqda olacaq. O, Artsaxın bütün ordenlərin layiqdir. Bu, Leylaya görə qisas idi. Azərbaycanlılar (erməni blogger burada xalqımız haqda təhqiramiz “azərbaranlar” ifadəsini işlədib-red.), siz Leylanı nə qədər türmədə saxlasanız, bizim tərəfdən də bir o qədər çox güllə və raket alacaqsınız. Başa düşdünüz?”

Erməni bloggerin sözlərindən belə çıxır ki, cəbhədə bizim əsgərlərə atılan güllələr “Artsaxın bütün ordenlərinə layiq olan görkəmli qadın” Leyla Yunusun həbsinə görə qisas aksiyası imiş.

A.Davidyanın digər həmkarı Sərkis Xaçatryan da onun dediklərini təkrarlayır: “Leylanı nəyə görə həbs etdilər? Ona görə ki, onun damarlarından erməni qanı axır. Leyla bizi bu lənətə gəlmiş Azərbaycan hakimiyyətindən xilas etmək üçün əlindən gələn hər şeyi etdi. Nə qədər ki Əliyev hakimiyyətdədir, o, istədiyini edəcək. Müharibə də edəcək. Leyla isə bunu hamıya başa salmaq, izah etmək istəyirdi ki, Azərbaycanı, Ermənistanı, Artsaxı xilas etmək lazımdır... Biz bütün artsaxlılar Leylaya minnətdarıq ki, o, bizə sülh gətirmək istəyirdi. Amma onu həbs etdilər. Bu ... Əliyev (erməni bloggerlər burada Azərbaycan prezidentinin ünvanına təhqiramiz ifadə işlədiblər-red.) Leylanı azad etməyənə qədər bizim əsgərlər azərbaycanlılara güllə atmalıdırlar. Hətta Bakını və Leylanı azad etməlidirlər. Leyla Barseqyana azadlıq!!!”

Beləliklə, Ermənistanda L.Yunusa əsl dəstək kampaniyası gedir və onu nəyə görəsə qəhrəman erməni qadını və sülh və barışıq uğrunda mübariz kimi qələmə verirlər. Deyirlər ki, ermənilər L.Yunus azad edilənə qədər azərbaycanlılara güllə atmalıdır. Bu zaman Leyla Yunusu da nəyə görəsə Leyla Barseqyan adlandırırlar. Halbuki bizə məlumdur ki, Leyla Yunusun əri Arif Yunusovun anasının soyadıdır. Azərbaycan hakimiyyəti isə Arif Yunusovu həbs etməyib.

Burada suallar yaranır: özünü guya iki xalqın barışığı, sülh yolunda qurban verən L.Yunusun qəhrəmana çevrilməsi nə ilə bağlıdır? Azərbaycana qarşı son diversiya əməliyyatlarının L.Yunusun həbsinə görə qisas aksiyası olması fikri erməni ictimai rəyinə nəyə görə belə ciddi-cəhdlə yeridilir? Burada hansı əlaqə ola bilər? L.Yunus bütün bu illər ərzində ermənilər üçün doğrudanmı bu qədər çox işlər görüb? Yoxsa ermənilər L.Yunus məsələsindən həm Azərbaycanda, həm də Ermənistanda ictimai fikri çaşdırmaq üçün istifadə etməyə qərar veriblər?

Bu suallar açıq qalır...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM