“Ermənistan gücsüz, regionda heç bir mövqeyə malik olmayan vassal bir qurumdur”.
Axar.az xəbər verir ki, bu fikirləri saytımıza ekskluziv açıqlamalarında əcnəbi politoloqlar Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələri şərh edərkən deyiblər.
Azərbaycanlı oxucuların da yaxşı tanıdığı politoloq ukraynalı Oleq Panfilov vurğulayıb ki, gərginlik iki əsas səbəbdən qaynaqlanıb:
“Təmas xəttində baş verənləri iki əsas səbəblə əlaqələndirərdim – birincisi, Ermənistan öz daxilindəki sosial problemləri ört-basdır etmək istəyir. İkincisi isə, rəsmi İrəvanın havadarı olan Rusiya Ukrayna məğlubiyyətini əlavə münaqişə ocaqları, gərgin vəziyyətlər yaratmaqla kompensasiya etmək istəyir. Ən vacib məqam isə, sanksiyalardan sonra ağır zərbə alan Kremlin enerji layihələrinə görə Azərbaycanı zəiflətmək istəyidir. Hazırda bu, Rusiyanın ən ağrılı yeridir. Təsadüfi deyil ki, Rusiya son zamanlar bütün siyasətini münaqişələr yaratmaq, hərbi siyasət üzərində qurur. Siyasətçilərin çıxışlarını təhlil etsək, hər hansı danışıqlar prosesinin aparılmadığının və bütün yolların münaqişəyə yönləndirildiyinin şahidi olarıq”.
Panfilov hadisələrin qarşıda hansı məcrada inkişaf edəcəyi məqamına da toxunub:
”Ağlı başında olan insanlar gözəl bilirlər ki, Ermənistanda Rusiyaya qarşı mövqe sərgiləyən şəxslər az deyil. Daimi gərginlik altında yaşamaq, əsrlərlə çiyin-çiyinə yaşadığın qonşulara qarşı pis münasibət sərgiləmək müsbət heç nə vəd etmir. Fikrimcə, proseslər müharibə həddinə gəlməyəcək. Problemin həlli üçün yeni təşəbbüslər meydana gələcək. Amma Moskvasız”.
Krımın ilhaqından sonra Qərb Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi. Panfilovdan nədən bunu Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan qarşı tətbiq olunmadığını soruşduq:
“Cavab verməkdə çətinlik çəkirəm... Söhbət təkcə Qarabağdan deyil, həmçinin Rusiyanın burnunu soxduğu Gürcüstanın, Moldovanın üzləşdiyi problemlərdən də getməlidir. Fikrimcə, gec olmadan xuliqanlar layiqli cavablarını alacaqlar. İkincisi, nəhəng dövlətə qarşı müqavimət elə də asan məsələ deyil, amma düşünürəm ki, həmin məqam yetişib. Ermənistan da məcbur olacaq ki, sərgilədiyi regional siyasətində korrektələr, dəyişikliklər etsin. Ukrayna hadisələri imperiyanın məhvinin başlanğıcı oldu. Bununla da postsovet məkanındakı münaqişələrin obyektiv həllinin vaxtı yetişdi. Məlum avqust hadisələrinə görə Rusiyaya tutarlı sanksiyaların tətbiq olunmaması məqamına gəlincə, bəli, Almaniya müəyyən mərhələlərdə Kremli müdafiə etdi. Amma rəsmi Berlin indi anlamağa başlayıb ki, Rusiya ilə başqa dildə danışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanın cəzalandırılmaması məsələsinə gəlincə, hesab edirəm ki, bu ölkə müstəqil və regional qüvvə deyil. İrəvan üçüncü ölkələrin istəyini, məramını və tapşırıqlarını həyata keçirir”.
Suxumi Universitetinin professoru Quram Marxuliyanın da fikriləri oxşar oldu:
“Ukrayna hadisələri fonunda uğursuzluğa düçar olan Putin rejimi Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinə əl atdı. Səbəb həm də əməllərini diqqətdən yayındırmaqdır. Gürcüstanda çox ehtiyat edirlər ki, əgər ərazi bütövlüyünün bərpası üçün Azərbaycan irimiqyaslı müharibəyə başlayarsa, Ermənistan ordusu qısa bir müddətə darmadağın ediləcək və bir müttəfiqi kimi, məsələyə Rusiya müdaxilə edəcək. Əlavə qoşunların yeridilməsi üçün Moskvanın qurudan yalnız Gürcüstan üzərindən variantı mövcuddur. Ehtiyat edirik ki, Rusiya Gürcüstanı ilhaq edəcək. Bu da alınmasa, ölkənin cənubundakı və ermənilərin kompakt yaşadığı Samsxe Cavaxetiya bölgəsini ələ keçirəcək”.
Marxuliya da Ermənistana sanksiyaların tətbiq olunmaması məqamına toxunub:
“Ermənistana sanksiyaların tətbiq olunmamsının kökündə mühüm amil durur – o da bu ölkənin dünya birliyi tərəfindən müstəqil bir dövlət kimi tanınmamasındadır. Bu ölkəyə qarşı sanksiyaların tətbiqini dilə gətirməyin özü gülməlidir. Ermənistan faktiki olaraq, Rusiyanın bir quberniyasıdır”.
Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrin hansı məcrada inkişaf edəcəyi sualına cavabında gürcü politoloq bunları deyib:
“Cənubi Qafqazda geosiyası mübarizə başa çatmaq üzrədir. Əlbəttə, Rusiya və ABŞ-ın nüfuz savaşı səbəbindən meydana gələn münaqişələrin yaxın vaxtda həlli qaçılmazdır. Başda prezident İlham Əliyev olmaqla Azərbaycan olduqca uğurlu və balanslaşdırılmış siyasət həyata keçirir. Son hadisələr də göstərdi ki, Azərbaycan nəinki öz torpaqlarını geri qaytara, hətta bir dövlət kimi, Ermənistanın mövcudiyyətinə son qoya bilər. Bu səbəbdən də Ermənistan prezidentlərin Soçidə görüşünü xahiş etdi”.
- See more at: http://axar.az/news/25730#sthash.vuetTSyB.dpuf
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM