Tarix boyunca Qoşulmama Hərəkatı Bandunq prinsiplərinə sadiq qalmağı təmin edərək beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayıb. Dünyanın üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransının sentyabrın 26-da Nyu-Yorkda “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin dəstəklənməsi: sülh mədəniyyətinə doğru” mövzusunda keçirilən toplantısında deyib.
E.Məmmədyarov deyib ki, ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi prinsipi və beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində yaranmış vəziyyətlərin tanınmaması öhdəliyi universal şəkildə və qeyd-şərtsiz tətbiq olunmalı və gücləndirilməlidir. Nəzərdən keçirilən mövzu ilə bağlı Azərbaycanın mövqeyi məlumdur və bu mövqe ölkənin digər amillər arasında, silahlı təcavüz, etnik təmizləmə və qanunsuz xarici hərbi işğala məruz qalma təcrübəsindən qaynaqlanır.
Nazir bildirib ki, Venesuelanın Margarita adasında 2016-cı ilin sentyabrında keçirilən NAM XVII sammitində dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (Qət/ № 822, 853, 874 və 884) rəğmən, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasına, beynəlxalq və regional sülhə və təhlükəsizliyə təhdid yaratmaqda davam etməsinə öz təəssüflərini ifadə etdilər. Bu həmrəylik Hərəkatın bir daha təcavüz, xarici hərbi işğal və etnik təmizləməyə qarşı böyük sədaqətini nümayiş etdirdi.
“Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu gün sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistanın yeni rəhbərliyi ziddiyyətli və məsuliyyətsiz bəyanatlar verərək münaqişənin sülh yolu ilə həllində istəkli olmadığını nümayiş etdirir. Belə təxribatçı yanaşma danışıqlar prosesində müsbət inkişafların əldə olunmasına xidmət etməyəcək və yerində gərgin olan vəziyyəti daha da pisləşdirəcək.
Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn normalarına uyğun hərəkət etməsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməsi üçün Ermənistana güclü ismarıc göndərməyə çağırırıq”, - deyə Elmar Məmmədyarov vurğulayıb.
Nazir qeyd edib ki, Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısı 2019-cu il iyunun 14-15-də Bakıda keçiriləcək. Sammit çərçivəsində 2019-cu il 10-11 iyun tarixlərində Baş Katiblərin Hazırlıq Yığıncağı və 12-13 İyun tarixlərində Nazirlərin Hazırlıq Yığıncağı keçiriləcək. Bu, bizim üçün 2016-cı ilin sentyabrında Venesuela Bolivar Respublikasının Margarita adasında keçirilən dövlət və hökumət başçılarının görüşü və o vaxtdan etibarən keçirilən nazirlərin görüşündən sonra gördüyümüz işlər nəticəsində əldə etdiyimiz tərəqqini qiymətləndirmək üçün gözəl bir fürsət olacaq.
“Bakı sammiti ilə Azərbaycan Hərəkatın sədrliyini üzərinə götürəcəkdir. Növbəti sədr qismində biz müharibəyə qarşı və sülhsevər qüvvə kimi Hərəkatın rolunun gücləndirilməsi, BMT-nin Nizamnaməsi və Bandunq prinsiplərinin dəstəklənməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması və gücləndirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.
Azərbaycan Hərəkata sədrliyini bütün üzv ölkələr üçün kritik bir dövrdə qəbul edir və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalarımızı tələb edir. Azərbaycanın Hərəkata sədrliyi Bandunq prinsiplərinin (2020) 65 illiyi və NAM-in yaranmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcəkdir. Hər iki ildönümü bizə bu günədək əldə edilmiş nailiyyətlərdən bəhrələnmək və qarşılaşdığımız çoxşaxəli və ortaya çıxan problemlərə üzv dövlətlərin ümumi baxışı və birləşdirilmiş gücü ilə necə cavab verməli olduğumuzu əks etdirmək üçün mükəmməl bir məqam olacaq”, - deyə nazir Elmar Məmmədyarov bildirib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM