"Kişilər həyat yoldaşlarını mənə əmanət edirlər"

20:27 / 04.08.2014

Taksi sürücüsü Gülər Zamanova: “Həmişə kişi işi görmüşəm”
Bu günə qədər istər kişi, istərsə də qadın sürücülərlə çox qarşılamışdıq. Amma çörəyini sürücülükdən çıxaran qadın görməmişdik. Ötən günlərdən birində "Nizami" metrosunun yanından keçərkən dayanacaqda sərnişin gözləyən gənc sürücü diqqətimizi çəkdi. Onunla söhbətləşmək imkanı əldə etmək və iş prosesini izləmək üçün taksisinə yaxınlaşdıq.

Kişi xarakterli qadın

Çörəyini sürücülükdən çıxaran müsahibimiz Gülər Zamanova 1981-ci ildə Masallı rayonunda anadan olub. Daha sonra Bakıya köçüb İdman İnstitutunda təhsil alıb. Gülərlə söhbət edərkən kişi xarakterli qadın olduğu diqqətimizdən yayınmır. Onun geyim tərzi belə, sərbəst və peşəsinə uyğundur. Həmsöhbətimiz deyir ki, qadın hər bir işdə, xüsusilə də maşın sürməkdə möhkəm olmalıdır: “Taksi sürücüsü həqiqətən kişi işidir. Üstəlik, bu, mənim gördüyüm ilk kişi işi deyil. Uzun müddət güləşlə, boksla məşğul olmuşam. Sonra mühafizə xidmətində işləmişəm. Gördüyüm işlərin hamısı loru dildə desək, “bəy” işləridir. Bu səbəbdən kişilik xarakterimə də təsir edib”.

“Qadın hara, taksi sürmək hara?”


Söhbət əsnasında məlum oldu ki, Gülər 4 ildir ki, professional şəkildə taksi sürücüsü işləyir. Gənc müsahibimiz deyir ki, uşaqlıqdan maşın sürməkdən zövq alıb. Sonra bu hobbisi onun çörək ağacına çevrilib: “Ailəm taksi sürücüsü olmağımı qətiyyən istəmirdi. Onlar narahat olduqlarını, qorxduqlarını bildirərək deyirdilər ki, “qadın hara, taksi sürmək hara?”, “sənin taksi sürməyin bizim cəmiyyətd, ümumiyyətlə, razılıq vermirik”.

Ailəmə təkidinə baxmayaraq, bu sənətin ardınca getdim və çörəyimi bundan çıxarıram. Maşın sürmək mənə həm zövq verir, həm də ailəmi maddi cəhətdən təmin edirəm”.

Gülər deyir ki, maşın sürməyi tək başına öyrənib. Onun sözlərinə görə, hər qadın sürücü işləyə bilməz: “Maşın sürməyi özüm öyrənmişəm. Bu sənəti öyrənməyimdə heç kimin köməyi və dəstəyi olmayıb. İlk maşınım “VAZ 2107” olub. Daha sonra “Nissan Sunny” markalı maşın sürmüşəm. Yaxşı sürücü olmaq üçün həm də dözümlü olmaq lazımdır. Yay, qış sükan arxasındayıq. Adamlarla ünsiyyət qurmaq və danışıq qabiliyyəti, səliqə-səhman olmalıdır ki, müştəri də bir dəfə oturduğu maşına bir də yaxınlaşsın. İşimiz olduqca çətindir. Xüsusilə tıxaclarda maşın sürmək asan məsələ deyil. Gərək kişi kimi güclü olasan ki, bu işin öhdəsindən gələ biləsən”.

Xanım sürücülər naşıdır?

Demək olar, bütün günü sükan arxasında olan həmsöhbətimiz deyir ki, gün ərzində nə qədər maşın sürsə də, bu peşədən heç vaxt bezməyib: “Ümumiyyətlə, nə iş olursa olsun, insan onu sevərək edirsə, heç vaxt yorulmur. İşimdən zövq almasaydım, maşınların və naşı sürücülərin bu qədər çox olduğu bir vaxtda qadın başıma bu işi görə bilməzdim”.

Gənc sürücü bizimlə söhbətində naşı sürücülərdən, xüsusilə də qadınlardan şikayətləndi. Onun sözlərinə görə, yollarda ən çox problem yaradan qadın sürücülərdir: “Maşın sürmək də insandan xüsusi bacarıq və diqqət tələb edir. Adətən yollarda 30 maşından 20-sinin sürücüsü xam olur. Yollarda ən çox problem yaradan sürücülərin əksəriyyəti xanımlardır. Çox zaman maşını diqqətli sürə bilmirlər və bu da problem yaradır”.

18 saatlıq iş rejimi

Gülərin sözlərinə görə, o qədər çox işləyir ki, ailəsinə ayırmağa çox az vaxtı qalır. Onun sözlərinə görə, 18 saat sükan arxasında qalır: “Bir oğlum var, ona çox vaxt ayıra bilmirəm. Bu səbəbdən də oğluma anam baxır. 18 saat, yəni, gecə saatlarına kimi sükan arxasında oluram”.
Gün ərzində orta hesabla 40-50 manat qazandığını söyləyən müsahibimiz deyir ki, bu sənətdə onun çıxarı gəlirindən az olur: “Qazancımın bir hissəsini gündəlik plana, qalanını da yanacağa verirəm. Benzin alıram, hər gün 5 manat verib maşını yuduzdururam”.

“Kişilər qadınlarını mənə əmanət edirlər”

Qadın olmasına baxmayaraq həmsöhbətimizin maşın təmirindən də başı çıxır. O deyir ki, bu işin incəliklərini o qədər yaxşı bilir ki, bəzən maşın ustaları belə, onun bu məharətinə təəccüblənirlər: “Bəzən müştərilər özləri sual verir ki, bəs maşınınızda problem olduqda, yolda qaldıqda neynirsiz? Amma bu, mənim üçün problem deyil. Bu işi bir çox ustalardan yaxşı bilirəm. Maşın sürməyi o qədər çox sevirəm ki, onun hər bir detalı haqqında məlumatım var. Həyatım boyu heç vaxt heç kimə möhtac olmamışam”.

Gülər deyir ki, bəzən kişilər qadın taksi sürücülərinin çox olmasının tərəfdarıdır. Onun sözlərinə görə, qadın olduğu üçün həmcinsləri rahatlıqla onun maşınına minə bilirlər: “Elə qadın müştərilər olur ki, taksiylə istədikləri ünvana getməkdən çəkinirlər. Amma məni görən kimi sanki o qadınlarda güvən hissi yaranır və mən də onları istədikləri ünvana çatdırıram. Bəzən kişi sürücülər maşında əyləşən zaman qadın sürücüsü olduğumu bilir və təəcüblənirlər. Mənə hörmətlə yanaşırlar. Hətta kişilər qadın taksi sürücülərinin çox olmasını istəyirlər. Məhz mənim həyat yoldaşlarını ünvanlarına çatdırmağımı istəyirlər və bu zaman arxayın olduqlarını bildirirlər”.

“Polislər mənə hörmət edirlər”

Gənc sürücünün sözlərinə görə, yol polisləri ona çox hörmət edirlər: “Hər zaman çalışıram ki, yol hərəkət qaydalarına riayət edim. Bu günə qədər qəza törətməmişəm. Sürəti də sevirəm, risk etməyi də bacarıram, amma sürətlə sürmək nəyə lazımdır? Sürət həddini aşmaq həyat üçün təhlükəlidir. Avtomobil qəzalarının 90 faizi sürət həddini aşmağa görə baş verir. Mən tək olmuram, maşında həmişə şərnişin olur. Onların da həyatını düşünmək lazımdır. Ən yüksək halda saatda 180 km sürətlə sürmüşəm. Bu da, rayona gedərkən düz yolda olub. İşlədiyim vaxtdan demək olar ki, hələ qorxulu hadisələrlə üzləşməmişəm, istər gündüz, istərsə də gecə olsun, rahat şəkildə maşını idarə edə bilirəm”.

“Sizə borcum yoxdur”

Gülər deyir ki, xoşu gəlməyən müştərilərə maşın saxlamır. O, insanın simasına baxan kimi hansı xarakterdə olduğunu başa düşür: “Xoşum gəlmədiyi adamlara heç vaxt maşın saxlamıram. Uzun müddətdir maşın sürdüyüm üçün insanları tanımağı öyrənmişəm. İnsanın üzünə baxan kimi onun niyyətini başa düşürəm. Bəzən olub ki, müştərinin danışığından xoşum gəlməyib, hətta onu maşınımdan belə qovmuşam”.

Gənc taksist yolda başına gələn əhvalatlardan da danışdı. Onun sözlərinə görə, taksiyə oturduğu zaman müştəridən heç vaxt əvvəlcədən pul almır: “O qədər olub ki, bəzi insanlar maşına minir, bütün şəhəri bizə gəzdirirlər, lakin yol haqqını ödəmədən qaçıb gedirlər. Başıma belə hadisələr çox gəlib. Amma bir hadisə var ki, o heç zaman yadımdan çıxmır. Bir müştəri taksiyə oturdu və pulunu axırda verəcəyini dedi. 3 gün Bakıda sürdükdən sonra Masallıda istirahət mərkəzlərindən birinə apardım. Bu müştərini 3 gün də Masallıda gəzdirdim. Amma sonda yol haqqını ödəmədi. Cavabında isə “çox təəssüf, sizə heç bir borcum yoxdur” dedi. O qədər əsəbləşdim ki, hər dəfə o hadisə yadıma düşəndə kədərlənirəm”.

Gülərlə söhbət etdiyimiz zaman taksiyə bir müştəri yaxınlaşır. Gənc sürücünü müştərisi ilə baş-başa qoyub oradan ayrılırıq.

Kaspi.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM