"2014-cü ildə "Bank of Baku”dan 11 min dollar kredit götürmüşdüm. Banka olan borcumu hər ay ödəyirdim. Təxminən 3 min dollar borcum qalanda manatın məzənnəsi dəyişdi. Ondan sonra borcumu manatla ödəməyə başladım. Bu zaman həmin vəsait manata dəyişdirildi, ona uyğun ödəməyə davam etdim. Borcun qalan hissəsi dollardan manatla ifadəyə keçəndə məlum oldu ki, hələ 12 min manat banka ödəniş etməliyəm. Bir müddət bu cür ödəniş etdim, lakin bu il yanvardan ödənişdə müəyyən problemlər oldu və bank məni məhkəməyə verdi, məhkəmənin qərarı ilə ayda 300 manat ödəməliyəm. Lakin problem bununla bitmir. Banka ödəniş etdiyim halda mənə zamin duran şəxsləri də məhkəməyə veriblər”.
Bakı şəhər sakini İradə Salamova illərdir biznes krediti götürdüyü bankdan şikayətçidir. Yaşadığı problem Publika.az-a danışan İ.Salamova ödəniş etdiyi halda hər gün bank işçiləri tərəfindən narahat edildiyini bildirir.
"Məhkəmənin qərarı ilə ayda müvafiq məbləği ödəyirdim, lakin hər gün bank işçiləri mənə zəng edib dalaşırlar ki, ödənişlə bağlı yenidən sənədləri icra məmurundan götürüb qrafik qursunlar. Bankın baş ofisinin Emin adlı əməkdaşı hər gün əlaqə saxlayıb banka gəlməyimi tələb edir, telefonda mənə qarşı kobud ifadələr işlədir. Deyirdi ki, "məhkəmə kimdir qrafik qursun ödəniş üçün?” Bütün bu zənglər təbii ki məni narahat edirdi. Bu mübahisələrin davam etdiyi vaxtda zaminlərdən birini məhkəməyə verdiklərini öyrəndim. Mən məhkəmənin qərarına uyğun olaraq bankın borcunu ödədiyim halda necə zamini məhkəməyə verə bilərlər? Bunu özlərinə də demişəm. Üstəlik, bu vaxta qədər götürdüyüm kreditin pulunu beş dəfə məndən çıxarıblar, amma hələ də, banka borcluyam. Bank əməkdaşı icra məmuru ilə əlaqə saxlayaraq mənim evimi satdıraraq pulu ödəməyimi, işin yenidən banka göndərilməsini tələb edir. Bankın işçisi mənimlə telefonda dalaşdıqdan və ünvanıma kobud sözlər istifadə etdikdən sonra dedi ki, "pulu zaminlərdən tutacam”. Sonra da zamini məhkəməyə verdilər”, - deyə şikayətçi bildirir.
Şikayətçi iddia edir ki, kreditin ödəniş kursu manata dəyişəndən sonra 8 min manatdan çox ödəniş edib, amma hələ də banka 7214 manat borcu qalır:
"Aylardır ödəniş edirəm, amma borc məbləği dəyişmir. Üstəlik, 500 dollar depozitim var idi, o da ortada itdi”.
Bəs məhkəmənin qərarı ilə kredit götürən borcu ödədiyi halda zamin necə məhkəməyə verilə bilər? Məhkəmə qərarından sonra bank işçisi borclu ilə hansı hallarda əlaqə saxlaya bilər?
Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov Publika.az-a açıqlamasında suallara aydınlıq gətirib. Onun sözlərinə görə, bank məhkəməyə müraciət edəndə borclu şəxsdən, o cümlədən zamindən borcun tutulmasını tələb edibsə, məhkəmə iddiaya müsbət cavab veribdə, bu zaman qərar yerinə yetirilmirsə bank təkrar zamini məhkəməyə verə bilər.
"Əks halda, bank birinci dəfə məhkəməyə müraciət edəndə vəsaitin yalnız borclunun ödəməsi barədə tələb irəli sürübsə, bank təkrar zamini məhkəməyə verə bilməz. Üstəlik qanunvericiliyə görə, məhkəmə ilkin qərarda vəsaitin birdəfəlik ödənilməsi barədə qərar çıxarıb krediti götürən şəxsin yaşadığı yerin icra şöbəsinə yönləndirildikdən sonra borclunun hüququ var ki, banka pulun hissə - hissə ödənilməsi üçün təkrar məhkəməyə müraciət etsin. Məhkəmə bu cür tələbə müsbət qərar verəndən sonra bankın zamindən pulun ödənilməsini tələb etmək hüququ yoxdur. İcra məmuru pulun ödənilməsi forması barədə qərar qəbul edə bilməz. Onun işi məhkəmənin qərarlarını icra etməkdir”.
Vəkil bildirib ki, məhkəmə ödəniş barədə qərar qəbul edəndən sonra bank əməkdaşının nə icra məmurundan, nə də vətəndaşdan vəsaitin birdəfəlik ödənilməsini tələb etmək hüququ yoxdur:
"Bundan başqa, məhkəmənin qərarı qüvvəyə minibsə icra məmuru həmin tələblərə əməl etməməlidir. Çünki məhkəmə qərar qəbul edəndə sonra məsələdə məhkəmə və vətəndaş tərəf olur. Artıq bankla heç bir münasibət qalmır. Ümumiliyyətlə, bank əməkdaşı vətəndaşla təhqir və tənqid formasında danışa bilməz. Bu halla qarşılaşan şəxslər Maliyyə Bazarına Nəzarət Palatasına, habelə məhkəməyə müraciət edə bilər. Bank əməkdaşının tez-tez vətəndaşa borcu barədə xəbərdarlıq etməsi tərəflər arasında bağlanan müqavilədə əks oluna bilər. Vətəndaş kredit götürərkən bağlanan müqavilədə borcun ödənilmədiyi barədə bank əməkdaşlarının vətəndaşla əlaqə saxlamaq imkanı göstərilir. Bank əməkdaşı yalnız müqavilədə göstərildiyi formada və müqavilə müddətində müştəri ilə əlaqə saxlaya bilər. Məhkəmə qərarından sonra vətəndaşla bank arasında münasibət bitir”.
Ödənilən vəsaitin sistemdə görünməməsinə gəldikdə, vəkil bildirib ki, bəzən bankların sistemində problem olur, ona görə də ödənilən məbləğ sistemdə göstərilmir:
"Vətəndaş ödəniş qəbzlərini özündə saxlamalıdır, borcu bitəndən sonra banka müraciət edərək borcu tam ödədiyini və borcunun olub-olmaması barədə arayış ala bilər”.
Bir həftə əvvəl vətəndaşın şikayəti ilə bağlı banka sorğu göndərsək və dəfələrlə əlaqə saxlasaq da hələ ki cavab verilməyib. Əgər bundan sonra qarşı tərəfin cavabı gələrsə onu da yayımlamağa hazırıq.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM