Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.
Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış etdilər.
Prezident İlham Əliyevin
çıxışı
- Hörmətli Vladimir Vladimiroviç.
Hörmətli qonaqlar.
Əziz dostlar, xanımlar və cənablar.
İlk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putini, eləcə də, onu müşayiət edən şəxsləri Azərbaycanda salamlamaq istərdim, xoş gəlmisiniz. Sizi görməyimizə həmişə çox şadıq.
Rusiya və Azərbaycan prezidentlərinin bu gün regionlararası forumda iştirakı həmin forumun fəaliyyətinə nə qədər böyük əhəmiyyət verdiyimizi sübut edir. Bu, IX forumdur. Gələn il yubiley forumu olacaq. Biz şadıq ki, ilk forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da çox fəal regionlararası əməkdaşlığa təkan verilib. Min nəfər tutan bu salonun tamamilə dolması bu foruma nə qədər böyük maraq olduğuna dəlalət edir.
Biz Vladimir Vladimiroviçlə müntəzəm görüşürük. Bu yaxınlarda - sentyabrın əvvəlində mən Rusiya Federasiyasına rəsmi səfər etdim, biz çox məhsuldar danışıqlar apardıq. Gündəliyin bütün məsələləri üzrə çox mükəmməl fikir mübadiləsi oldu. Bir aydan da az müddətdən sonra Rusiya Prezidentinin Azərbaycanda olması bizim aramızda mövcud münasibətlərin parlaq sübutudur. Mənim səfərim çərçivəsində fəaliyyətin əksər sahələrini əhatə edən və uzun illər əvvəlcədən bizim münasibətlərimizin gələcəkdə daha da inkişafını müəyyənləşdirəcək 16 sənəd imzalanmışdır. Həmçinin qeyd etməliyəm ki, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin son 5 il ərzində 4-cü dəfədir ki, Azərbaycanda olur. Mən də müntəzəm olaraq Rusiyaya səfər edirəm, bu da bizim tərəfdaşlığımızın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin parlaq sübutudur.
Ticari-iqtisadi əlaqələrə gəlincə, biz inkişaf dinamikasını görürük, bu olduqca güclü təəssürat oyadır, bu artmaqda olan dinamikadır. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır.
Həmçinin qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir. Biz burada da müsbət dinamikanı görürük. Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur. Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində “Rossneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda “LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz, mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək.
Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Bizim birgə reallaşdırdığımız “Şimal-Cənub” layihəsi artıq öz nəticələrini verir. Ötən illə müqayisədə biz bu il həmin dəhlizlə yükdaşımaların nəqlinin 100 dəfədən çox artdığını görürük. Həm də bu, yalnız başlanğıcdır. Hesab edirik ki, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da ölkələrimizin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialımızı artıracaq. Həmçinin qeyd etmək istərdim ki, təkcə Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir. Əgər, Rusiyanın aviadaşıyıcılarını da əlavə etsək, biz vətəndaşlarımızın öz aralarında necə ünsiyyət saxladıqlarını və əlaqələrimizin intensivliyini görərik.
Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq.
Bank sahəsində çox yaxşı əməkdaşlıq və perspektivlər mövcuddur. Azərbaycanda VTB kimi iri Rusiya bankı fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycan bu bankın ən iri xarici səhmdarıdır. Həmçinin “Qazprombank” nisbətən bu yaxınlarda Azərbaycanın 400 milyon dollardan artıq dəyəri olan iri sənaye layihəsini maliyyələşdirib. Yəni, bütün bunlar bizim əməkdaşlığımızın mühüm elementləridir.
Maşınqayırma bizim əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır. Artıq yüzlərlə belə avtomobil konveyerlərdən düşürülüb. Eləcə də, bizim ölkəmizdə “QAZ” avtomobillərinin istehsalı haqqında razılıq əldə olunub. Yəni, biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir.
Əlbəttə ki, bizim münasibətlərimizin təməlində tarixi, mədəni əlaqələrimiz, xalqlarımızın yaxınlığı durur. Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forum keçiriləcək. Bu, beynəlxalq Forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Həmçinin mədəniyyət sahəsində çox sıx qarşılıqlı fəaliyyət var. Burada Rusiya-Azərbaycan münasibətləri barədə çox danışmaq olar, sadəcə, bugünkü forumun formatına görə hamısını əhatə etmək mümkün deyil. Amma biz münasibətlərin gələcəkdə də fəal inkişafına istiqamətlənmişik. Həmçinin düşünürəm ki, bizim gələcək əməkdaşlığımız çərçivəsində gələn il üçün nəzərdə tutulan Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mühüm addım olacaq. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, biz onu bərpa edirik. Düşünürəm ki, biz belə mühüm beynəlxalq sərgi meydanında iştirak edəcəyik və öz nailiyyətlərimizi nümayiş etdirəcəyik.
Rusiya regionları ilə də bizim çox sıx münasibətlərimiz mövcuddur. Rusiya Federasiyasının 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Bizim Rusiya regionlarında, eləcə də Rusiya regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır.
Yəni, əminəm ki, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq.
Mən Prezident Vladimir Vladimiroviç Putinə bu gün Azərbaycanda olduğuna görə təşəkkürümü bildirmək istərdim. Bu, bizim üçün çox qiymətlidir. Biz buna dostluğun, ölkəmizə hörmətin əlaməti kimi baxırıq. Əlbəttə, sizin qarşınızda çıxış etməyimiz sizin apardığınız işin əhəmiyyətini nəzərə çarpdırır. Mən foruma uğurlar, ölkələrimizin və xalqlarımızın rifahı naminə gələcək nailiyyətlər arzulayıram. Sağ olun.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM