“Pulu ipoteka borcum üçün yığıram, könlüm belə istəyir!” - Tünzalə Əliyeva

08:48 / 28.09.2018

"Toppuş bacı" obrazı ilə şöhrət qazanmış və bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir.

Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması, ölkə ictimaiyyətinin və o cümlədən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir. Aktrisanın bu addımı bu gün də ciddi şəkildə tənqid olunmaqdadır.

Strategiya.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tünzalə Əliyeva Azad Kərimlinin dediklərinə şərh verməkdən imtina edib. Bunu onunla əlaqələndirib ki, Kərimlinin müsahibəsini oxumayıb və oxumaq fikri də yoxdur. Aktrisa sadəcə onu deyib ki, vəziyyəti son zamanlar normallaşmağa başlayıb. Ona qədər isə özünü pis hiss edirdi.

"Hazırda müalicəm davam edir. Şükür Allaha ki, indi özümü çox yaxşı hiss edirəm. Həkimlər məni əmin ediblər ki, hər şey yaxşı olacaq və ən ağır vaxtlar artıq arxada qalıb. İnanıram ki, xərçəngə qalib gələ biləcəyəm" - deyə Əliyeva bildirib.

 

Aktrisa etiraf edib ki, onun sağlamlığı demək olar ki, qaydasındadır. Sadəcə müəyyən maliyyə problemləri var. Hazırda onun həlli vacib olan əsas problemi qızı və əri ilə birlikdə yaşadığı mənzilin ipotekasını bağlamaqdır.

"Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm" - deyə Əliyeva bildirib.

Niyə öz müalicəsi üçün deyil, mənzili üçün pul topladığına gəlincə, aktrisa deyib ki, könlü belə istəyir. Onun bu addımını xəstəliyin reklamı hesab edənlərə isə Əliyeva can sağlığı arzulayıb.

Aktrisa pul toplamaqda davam edəcək. Hazırda o, 40 min manat toplamağa müvəffəq olub. İpotekasını bağlamaq üçün ona 60 min manat lazımdır. Əliyeva əmindir ki, o, yerdə qalan 20 min manatı da toplaya biləcək, çünki bu istiqamətdə yardımlar və dəstək davam edir.

Aktrisa onu da deyib ki, yaxın vaxtlarda öz işinə qayıtmaq və tamaşaçılarını yeni rolları ilə sevindirmək niyyətindədir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM