Həll edilməmiş qalan silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.
Nazir əlavə edib: "Biz 2018-ci il sentyabrın 24-də burada, BMT-nin qərargahında Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Əlaqə qrupunun keçirdiyi iclasın nəticələrinə dair qəbul olunmuş məruzəni alqışlayırıq".
Nazir yığıncağda çıxış edib:
"Hörmətli cənab Sədr və İƏT-in Baş katibi, sizə bu toplantının təşkilinə görə təşəkkür bildirmək istərdim. Həmçinin bu fürsətdən faydalanaraq, Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasına uğurlu ev sahibliyi və Nyu-Yorkda İƏT Qrupuna mükəmməl rəhbərlik etdiyi üçün Banqladeş Xalq Respublikasına minnətdarlığımızı ifadə edirəm.
Biz artıq dərəcədə məmnuniyyət hissi duyuruq ki, İƏT-in qurulmasından təqribən 40 il ötəndən sonra həmin təşkilat İslam dünyasının genişəhatəli çoxtərəfli qurumu kimi, beynəlxalq müstəvidə öz nüfuzunu və əyaniliyini artırmağa davam edərək, beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin, eləcə də ortaya çıxan təhdid və təhlükələrin qarşısının alınması üzrə strateji tərəfdaşa çevrildi".
"İƏT dünyada sülhün və təhlükəsizliyin və münaqişədən sonra bərpa işlərinin təşviq edilməsi, humanitar, insan hüquqları, sosial, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi və sülh mədəniyyətinin gücləndirilməsində BMT-nin mühüm tərəfdaşıdır.
Azərbaycan cari ilin əvvəllərində qəbul edilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının Dəkkə Bəyanatına uyğun olaraq, İƏT-in BMT-nin Baş Assambleyasında genişləndirilmiş müşahidəçi status alması təklifini tam dəstəkləyir. Bu xüsusda, biz bu məsələ üzrə müzakirələrin tezliklə yekunlaşacağını və ardınca BMT Baş Assambleyasının müvafiq qətnaməsinin qəbul olunacağını gözləyirik", - nazir davam edib.
E.Məmmədyarov deyib: "Dünyanın bir çox yerində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış qalan münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır. Azərbaycan əmindir ki, davamlı sülh yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq və qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər.
Son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlığımızı doğurur. Dünyada baş verən bu köçürmələrin ciddi artımı həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir. Ən çox sayda qaçqınlara sığınacaq verən ölkələrin məhz İƏT-ə üzv olan dövlətlər olduğu üçün kütləvi şəkildə zor gücünə didərgin salınma halları İƏT üçün dərin narahatlıq doğurmalıdır".
"Bu baxımdan, son məruzələrə görə, sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininlərinin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcəkdir.
Fələstin Dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Mən qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir" - nazir davam edib.
Nazir bildirib: "Azərbaycan həmişə öz adından mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və inkişafına töhfə verməyə çalışmışdır. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Müxtəlif dinlərin, millətlərin və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaq məqsədilə, bir çox tədbirlərə ev sahibliyi etdik. Mədəniyyət və din fərqlərinə əsaslanan ayrı-seçkilikdən azad bir cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun parlaq nümunəsidir.
2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən və onun rəhbərliyinin himayəsi altında həyata keçirilən Bakı prosesi müsəlman dünyası ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsinə böyük töhfə vermişdir. Bu il həmin təşəbbüsün 10 illiyini qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər, o cümlədən 25-26 oktyabr tarixlərində Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum keçiriləcək".
"Həll edilməmiş qalan silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir.
Hökumət adından və Azərbaycan xalqı adından, ölkəmizə qarşı Ermənistan Respublikasının təcavüzü ilə bağlı ədalətli mövqeyimizə tam dəstək göstərildiyi üçün nəcib Təşkilatımıza və üzv dövlətlərinə dərin minnətdarlığımı bildirmək istərdim", - nazir deyib.
E.Məmmədyarov bildirib: "İqtisadi inkişaf, müvəffəqiyyətli sosial siyasət, zəngin insan kapitalı sahəsində nailiyyətlərdən və multikulturalizmin ənənəvi dəyərlərindən ilhamlanaraq, Azərbaycan onun paytaxtı olan Bakı şəhərinin Dünya EXPO 2025-ni keçirmək üçün irəli sürülməsini qərara aldı. Bakı EXPO-ya ev sahibliyi etmək üçün İƏT-yə üzv ölkələri arasında yeganə namizəddir. Bu fürsətdən istifadə edərək, Azərbaycan namizədliyinə dəstək göstərməyinizi sizdən lütfən xahiş edirəm".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM