Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində görüşündən sonra məlum oldu ki, Ermənistanın baş naziri artıq əvvəlki ritorikasını təkrarlamır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib: "N.Paşinyan təxminən 4 aydır Ermənistanın baş naziridir və bu 4 aylıq hakimiyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı israrlı şəkildə bu mövqenin üzərində dayanırdı ki, Ermənistan danışıqlara getməyə hazırdır, lakin bir şərtlə ki, danışıqlar masası arxasında həm də qondarma rejim otursun. Bununla əlaqədar Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, bu şərti biz qəbul etmirik, ümumiyyətlə, danışıqlarda format dəyişdirilə bilməz. Format isə odur ki, bu münaqişənin tənzimlənməsi prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak edirlər və heç bir halda qondarma rejim bu danışıqlarda təmsil oluna bilməz, çünki münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir".
Millət vəkili qeyd edib ki, N.Paşinyan eyni yanaşmalarını BMT-də də təkrarlamışdı: "Lakin onun Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə apardığı danışıqlardan sonra məlum oldu ki, Ermənistanın baş naziri artıq əvvəlki ritorikasını təkrarlamır və o, danışıqlar prosesində qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir, eyni zamanda danışıqların formatı dəyişməməlidir, danışıqlar prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak etməlidir”.
E.Nəsirovun fikrincə, bu dəyişiklik onunla bağlıdır ki, Ermənistanın baş naziri əvvəlki yanaşmasının daha çox daxili auditoriyaya ünvanlandığını, lakin heç bir beynəlxalq dəstək almadığını çox gözəl anladı:
“Eyni zamanda, o, MDB dövlət başçılarının Düşənbə sammitində bu ideyasının dəstək almadığının növbəti dəfə şahidi oldu, ona görə də bu məsələdə praqmatik siyasət aparmaqdan başqa yol olmadığını gördü. Danışıqlar prosesində yalnız və yalnız Ermənistan və Azərbaycan tərəfləri iştirak etməlidir. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən oktyabr ayında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən növbəti səfəri çərçivəsində artıq məhz Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində danışıqlar aparılması ilə bağlı mövqe yekun təsdiqini tapacaq və artıq bundan sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların vaxtının təyin edilməsi ətrafında müzakirələr gedə bilər”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM