Ruscadan tərcümə: Tariyel Süleyman
Bu mətn məşhur sovet jurnalisti Yeqor Yakovlevin oğlu, “Kommersant” qəzetinin qurucusu və ilk baş redaktoru Vladimir Yakovlev tərəfindən yazılıb. Mənə babamın adını qoyublar. Babam Vladimir Yakovlev qatil, əliqanlı cəllad, çekist olub. Onun çoxsaylı qurbanları içərisində... doğma valideynləri də vardı. Babam öz atasını güllələmişdi spekulyasiyaya görə. Babamın anası bunu eşidib, özünü asmışdı. Mənim ən xoşbəxt uşaqlıq xatirələrim Novokuznetskidəki geniş mənzilimizlə bağlıdı. Sonralar öyrəndim ki, bu mənzili nə satın almışıq, nə də tikmişik, sadəcə müsadirə edilib – daha doğrusu, varlı bir tacir ailəsindən zorla alınıb. Onu da öyrəndim ki, çox sevdiyim nənəm həyatının böyük hissəsini peşəkar agent-provokator işləyib. Özünün zadəgan əsil-nəcabətindən istifadə edərək tanışları ilə əlaqələr qurar və onları səmimi etiraflara təhrik edərmiş. Həmin söhbətlərin əsasında xidməti donoslar yazarmış. Nənəmin oxuduğu nağıllara qulaq asarkən oturduğum divan, kreslo və mənzilimizdəki bütün mebelləri nə babam, nə də nənəm almışdı. Onları güllələnmiş moskvalıların mənzillərindən toplanmış əşyaların yığıldığı xüsusi anbardan seçib gətirmişdilər. Çekistlər öz mənzillərini bu anbardan pulsuz təmin edirdilər. Beləcə, mənim xoşbəxt uşaqlıq xatirələrim incə bir qəflət pərdəsi altında soyğun, qətl, şiddət və xəyanət ruhu ilə bəslənib. Təkcə mənmi? Biz hamımız – Rusiyada böyüyənlər – qurbanların və cəlladların nəvələriyik. Hamımız. Heç kəs istisna deyil. Sizin ailədə qurbanlar olmayıb? Deməli, cəlladlar olub. Cəlladlar olmayıb? Deməli, qurbanlar olub. Nə qurban, nə də cəllad olmayıbsa, demək, sirr var. Əsla şübhə etməyin! Rusiyanın keçmiş faciələrinin miqyasını qiymətləndirərkən, biz adətən ölüləri sayırıq. Lakin bu faciələrin gələcək nəsillərin psixikasına təsirini ölçmək üçün ölüləri deyil, sağ qalanları saymaq lazımdır. Ölənlər öldü. Sağ qalanlar – bizim ata-babalarımız oldu. Sağ qalanlar kimlər idi? Dullar, yetim qalmışlar, sevdiklərini itirənlər, köçürülənlər, sürgün edilənlər, ölkədən qovulanlar, öz xilası üçün öldürənlər, xəyanətkarlar, vicdanını satanlar, cəllada çevrilənlər, əzab verilmişlər və işgəncə verənlər, təcavüzə məruz qalmışlar, şikəst olunmuşlar, talan edilmişlər, donos yazmağa məcbur qalmışlar, alçaldılmışlar, ölümcül aclıqdan, əsirlikdən, düşərgələrdən keçənlər... Ölənlər – on milyonlarladır. Sağ qalanlar – 100 milyonlar. O yüz milyonlar ki, öz qorxularını, acılarını, daimi təhdid hisslərini uşaqlara ötürdülər, onlar da həmin ağrılara öz əzablarını əlavə edib, bu qorxularla bizi yoluxdurdular. Statistik olaraq, bugünkü Rusiyada elə bir ailə yoxdur ki, bir əsr ərzində ölkədə davam edən misli görünməmiş vəhşiliyin ağır nəticələrini bu və ya digər şəkildə özündə daşımasın. Nə vaxtsa düşündünüzmü ki, əcdadınızın üç ardıcıl nəslinin bu həyat təcrübəsi sizin şəxsi dünyagörüşünüzə nə dərəcədə təsir edir? Bəs, uşaqlarınıza necə? Düşünün! Öz ailəmizin tarixini başa düşmək üçün mənə illər lazım oldu. Amma indi mən çox yaxşı bilirəm ki, mənim səbəbsiz qorxularımın, kimsəyə etibar etməməyimin və yaxın əlaqələr qura bilməməyimin kökü hardadı... Yaxud uşaq yaşlarımdan mənə əziyyət verən daimi günahkarlıq hissi nədən törəyib... Məktəbdə bizə alman faşistlərinin vəhşilikləri barədə danışardılar. İnstitutda – Çin xunveybinlərinin və ya Kamboca kxmerlərinin pozğunluqları haqqında. Laki bizə deməyi unutdular ki, genosidin miqyası və davamlılığı baxımından insanlıq tarixində ən dəhşətli zona bizim öz ölkəmizdi, nəinki Almaniya, Çin və ya Kamboca... Bizə çox vaxt elə gəlir ki, keçmişdən qorunmağın ən yaxşı üsulu onu qurdalamamaqdır, ailənin tarixini eşələyib, doğmalarımızın başına gələn faciələri öyrənməməkdir. Bizə elə gəlir ki, ən yaxşısı – bilməməkdir. Əslində isə bu, çox pisdir. O şeyi ki bilmirik, onlar uşaqlıq xatirələri ilə, valideynlərimizlə ünsiyyət vasitəsilə bizə təsirini göstərməkdə davam edir. Bilmədiyimiz üçün biz bu təsiri dərk eləmirik və bu səbəbdən ona müqavimət göstərməkdə acizik. İrsi travmanın ən dəhşətli nəticəsi – onu dərk etməkdə aciz olmaq və bu travmanın bugünkü gerçəkliyi dərk etməyimizə nə dərəcədə mane olmasını bilməməkdir. Bu gün bizim hər birimiz üçün bu qorxunu təcəssüm etdirən şey nədir, kimi təhlükə olaraq görürük – Amerika, Kreml, “pozğun” Avropa, beşinci kolon və ya sadəcə iş yerindəki rəis, yaxud metro qarşısındakı polis? Bu, vacib deyil. Vacib olan bir şeydir: dərk edirikmi ki, bizim bugünkü qorxularımız, xarici təhlükə hissi, əslində, keçmişin vahiməsi, qarabasmasıdır? O keçmişin ki, varlığını qəbul etməkdən belə, qorxuruq... P.S. 1919-cu ildə, xarabalıq və aclıq dövründə mənim qatil babam vərəmdən ölürmüş. Onu ölümdən Feliks Dzerjinski qurtarıb – “xüsusi” anbardan gətirdiyi bir yeşik yağ içində siyənək balıqları ilə. Babam o balıqlarla bir ay qidalanmış və yalnız bunun sayəsində sağ qalmışdı. İndi demək olarmı ki, mən öz həyatımı Dzerjinskiyə borcluyam? Əgər elədirsə, mən belə keçmişlə necə yaşayım?..
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM