Prokurorluq işçilərinin peşə bayramı və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

18:15 / 01.10.2018

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən həmin ildən etibarən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyini və növbəti peşə bayramını qeyd edir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, oktyabrın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda “1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevin təbrik məktubunu oxumuşdur.

Tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və peşə bayramı günü münasibətilə Baş Prokurorluğun Kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edərək bildirmişdir ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olmuşdur.

Bildirilmişdir ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılmışdır. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubiley münasibətilə prokurorluq əməkdaşları və veteranlara ünvanlanmış təbrikinin əhəmiyyətini vurğulayan Baş prokuror bildirmişdir ki, Azərbaycan Prokurorluğunun 100 illik tarixi ərzində keçdiyi inkişaf yoluna, Xalq Cümhuriyyəti dövrü və ondan sonrakı tarixi mərhələlərdəki fəaliyyətinə qiymət verən həmin müraciətdə ümummilli liderin rəhbərliyi ilə milli prokurorluğun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılmış, müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir. Eyni zamanda minnətdarlıq hissi ilə qeyd edilmişdir ki, yubiley ərəfəsində dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatları - orden və medallarla ilə təltif edilməsi kollektivin böyük sevincinə səbəb olmuşdur.

Ümummilli liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işləri diqqətə çatdıran Baş prokuror vurğulamışdır ki, son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutmuşdur.

Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının hökm sürməsinə baxmayaraq sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi hər bir azərbaycanlını gələcəyə ruhlandırır.

Xüsusi vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyəti üçün zəruri normativ-hüquqi bazası yaradılmış, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusu formalaşdırılmışdır.

Bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət sürdüyü 23 aylıq dövrə təsadüf edir. 1 oktyabr 1918-ci il tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 100 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərmişdir.

 

Xüsusi vurğulanmışdır ki, dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət daha da gücləndirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 mart 2004-cü il tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncamına əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə verilən inam və etimadın təcəssümü kimi dəyərləndirilmişdir.

Mərasimdə qeyd edilmişdir ki, ötən dövrlər ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Nəzərə çatdırılmışdır ki, ölkə başçısı tərəfindən prokurorluq orqanlarına daim yüksək diqqət və qayğı göstərilərək, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 27 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın Azərbaycan Prokurorluğunun 100 illik tarixində ən önəmli hadisələrdən biri olmaqla yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoymuşdur.

Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyətə malik olmuş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin qurulması üçün hərtərəfli zəmin yaradılmış, eləcə də prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilərək prokurorluğun maddi-texniki təminatı yaxşılaşdırılmışdır. Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında Gəncə və Sumqayıt şəhər prokurorluqlarının ən müasir standartlara cavab verən yeni inzibati binalarının tikilərək yubiley ərəfəsində əməkdaşların istifadəsinə verilməsi xüsusi qeyd edilmişdir.

Bildirilmişdir ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində qulluğa qəbul edilən 873 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 67 faizini təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi, alternativi olmayan müsabiqə yolu ilə qulluğa qəbulun bundan sonra da davam etdiriləcəyinə əminlik yaratmışdır.

Tədbirdə çıxış edən prokurorluğun veteranı Qənimət Səfərov prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin prokuroru Vüsal Mehrəliyev isə prokurorluğa qulluğa qəbul edilmiş gənclərə göstərilən dövlət qayğısından ətraflı söz açmışlar.

İnam ifadə olunmuşdur ki, bu gün öz peşə bayramını və 100 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəkdir.

Mərasimdə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Baş prokuror tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı, “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri Fərmanlar və digər təltiflər təqdim edilmişdir.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM