Azərbaycan Müdafiə Nazirliyi: Bəzi KİV-lərin sayəsində Ermənistan kəşfiyyatının məlumat əldə etməsinə maneə qalmayıb

13:11 / 05.08.2014

"Artıq bizim bəzi kütləvi informasiya vasitələrimizin (KİV) fəaliyyəti sayəsində Ermənistanın kəşfiyyat orqanlarının Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası hərəkəti, hərbi hissələrin dislokasiyası haqqında məlumatları əldə etməsinə heç bir maneə, problem qalmayıb. Sadəcə həmin KİV-ləri izləməklə bu məlumatları rahat əldə etmək olar. Bu isə çox böyük təəssüf doğurur". Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, hərbi hissələrin dislokasiya yerləri, komandanlıq haqqında fərdi məlumatlar, döyüş texnikasının yerdəyişməsi, onların sayı, bir məntəqədən digərinə hərəkət etməsi haqqında məlumatlar hərbi sirr sayılır, buna görə də onları yaymaq olmaz: "Bəzi insanlar hərbi texnikanın yerdəyişməsini görən kimi fotoşəklini çəkib sosial şəbəkələrə və KİV-ə yerləşdirib yayırlar. Müdafiə Nazirliyi belə halların qəti əleyhinədir. Bizim tərəfimizdən bununla bağlı KİV-lərə, ictimaiyyətə dəfələrlə müraciət edilib. Sadəcə olaraq nəticəsi yoxdur. Bu da çox böyük təəssüf doğurur".

V.Dərgahlı həmçinin qeyd edib ki, bu hal KİV-lərin və jurnalistlərin heç də hamısına aid deyil. Onların əksəriyyəti dövlətçilik mövqeyindən çıxış edir, həmçinin jurnalistlər vətəndaş mövqeyini bildirir, dövlət maraqlarını müdafiə edir, eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək ifadə edirlər. Amma elələri də var ki, kimliyi, arxasında kimlərin durduğu bəlli olmayan mənbələrdən - sosial şəbəkə səhifələrindən və saytlardan istifadə edirlər: "Fikrimizcə, belə mənbələrdən istifadə edib əhalini çaşdıracaq məlumatlar paylaşmaq qəti şəkildə olmaz. Biz bunu dəstəkləmirik və təəssüf edirik. Ona görə də əhaliyə bir daha müraicət edərək bildiririk ki, həm bəzi KİV-lərdə, həm də sosial şəbəkələrdə gedən dezinformasiya xarakterli məlumatlara inanmasınlar. Bu məlumatları dəqiqləşdirmək lazımdır. Dəqiqləşdirmək üçün yalnız bir rəsmi mənbə var. Bu da Müdafiə Nazirliyinin mətbuat xidmətidir. Yalnız mətbuat xidməti ilə əlaqə saxladıqdan sonra bütün məsələləri aydınlıqla yazmaq, istifadə etmək, paylaşmaq olar.

Müdafiə Nazirlyinin rəsmi internet səhifəsi intensiv olaraq məlumatları operativ şəkildə yayır. Bundan əlavə, mətbuat nümayəndələri həm şəhər, həm də mobil telefonlarla zəng edib istənilən məlumatı ala bilərlər. Biz yayılması mümkün olan heç bir məlumatı gizlətmirik".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM