Aİ-nin iki təkamül ssenarisi: Zalsburq sammitinin üç çətin problemi fonunda

18:08 / 03.10.2018

Bu ilin 19-20 sentyabr tarixində Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqı liderlərinin növbəti sammiti keçirilib. Ekspertlər təbirdə təşkilat üçün böyük əhəmiyyət daşıyan bir sıra problemlər üzrə müsbət nəticə əldə ediləcəyinə inanırdılar. Masada isə üç ciddi məsələ vardı: miqrasiya siyasəti, sərhədlərin qorunması və "Breksit". Ancaq bu məsələlərin heç biri üzrə ortaq qənaət əldə edilmədi. Liderlər müzakirələr apardılar və hər biri öz mövqeyində qaldı. Bu cür vəziyyətin bütövlükdə Aİ-nin gələcək taleyinə təsiri ilə bağlı proqnozlar verilir. Onların üzərində bir qədər geniş dayanaq.

Milli və ümumavropa maraqları: hansı daha əhəmiyyətlidir?

Avropa İttifaqının bir təşkilat olaraq çətin mərhələ yaşadığını inkar etmirlər. Onun qarşısında həlli vacib olan çoxlu sayda problemlər dayanır. Siyasi, iqtisadi, maliyyə, təşkilati və demoqrafik aspektləri əhatə edən həmin problemlərin aradan qaldırılması üçün birgə mövqe də formalaşdırılmayıb. Aİ üzvləri hər dəfə toplaşır, müzakirə aparır, hər biri öz mövqeyini ifadə edir, lakin onları yaxınlaşdırmağa nail ola bilmirlər. Zalsburqda keçirilən Aİ-nin son sammiti də digərlərindən fərqlənmədi.

Əslində, liderlərin qeyri-formal görüşü olan bu tədbirin təşkil edilməsi səbəbləri öncədən ortaq mövqenin yarana bilməyəcəyinə əsas verirdi. Belə ki, sammitə ev sahibliyi edən Avstriya miqrasiya siyasəti, "Breksit" və üzv dövlətlərin daxili sərhədlərinin qorunması məsələlərini gündəliyə salmışdı. Hər üç mövzu üzrə isə neçə müddətdir ki, qızğın müzakirələr aparılır, fikir ayrılıqları dərinləşir.

Bu problemlərin tarixçəsinə nəzər salanda yuxarıdakı tezisin həqiqiliyinə əmin ola bilərik. Macarıstan, Çexiya, Slovakiya və Polşa millətçi-radikal mövqedən çıxış edərək, başlıca olaraq öz maraqlarının təmin edilməsinə çalışırlar. Aİ-nin aparıcı dövlətləri olan Almaniya və Fransa isə Benilüks ölkələri ilə birlikdə fərqli mövqe nümayiş etdirirlər. Bu iki ifrat qruplaşma arasında var-gəl edən digər Aİ üzvləri isə konkret mövqe seçə bilmirlər. Çünki yuxarıda vurğulanana problemlər o qədər mürəkkəb və bir-biri ilə bağlıdır ki, geniş miqyasda baxanda hamı haqlı görünür. Deməli, başlıca məsələ Aİ-nin bir təşkilat olaraq müasir tələblərə uyğun təkamül xəttini seçə bilməməsi ilə bağlıdır. Bu səbəbdən üzvlər arasında fikir ayrılığı getdikcə dərinləşir və bütövlükdə təşkilatın gələcəyi ilə bağlı bədbin ssenarilərə yol açılır.

Zalsburqda iştirakçılar üçün əhəmiyyətli olan məsələlərdən biri də "Breksit" idi. Böyük Britaniyanın təşkilatı tərk etməsi çıxılmaz dalana dirənmiş kimi görünür. Avstriyadakı sammitdə də tərəflər ortaq mövqeyə gələ bilməyiblər. Fikir ayrılığı maliyyə siyasətində, miqrant məsələsində və İrlandiya Respublikası ilə Şimali İrlandiyanın Aİ ilə bağlı fərqli qərar qəbul etməsilə əlaqəli olub. London maksimum dərəcədə Aİ-dən zərərsiz çıxmağa çalışır. O, təşkilata üzv olan bir sıra ölkələrin vətəndaşlarına sosial sığorta verməkdən imtina edir, öz sərhədlərini daha sərt üsulla qorumağa üstünlük verir.

Bu kontekstdə Aİ-də qalmağa qərar verən İrlandiya ilə Böyük Britaniyanın tərkibində olmağa üstünlük verən Şimali İrlandiya arasında sərhəd münasibətlərinin qeyri-müəyyən qalması ciddi çətinlik yaradır. İrlandiya insanların sərhəddən maneəsiz gediş-gəlişi üçün şərait yaradılmasını tələb edir. London isə bunu həm gömrük sazişi, həm də beynəlxalq hüquq normaları çərçivəsində necə həll etməyin mümkün olduğunu bilmir. Brüssel tələb edir ki, onun müəyyən etdiyi şərtlər daxilində "Breksit" baş tuta bilər, London isə bunu qəbul etmir. Onda alternativ kimi "təmiz vərəq"dən başlayaraq münasibətlər qurmaq təklif edilir. Bununla bağlı isə tərəflər arasında aparılan danışıqlar heç bir nəticə vermir. Zalsburqda da eyni nəticə alındı.

"Breksit"lə bağlı yaranmış bu cür mürəkkəb və ziddiyyətli vəziyyətə, ondan heç də az kəskin olmayan miqrant məsələsini də əlavə etmək lazımdır. Təşkilatın bir sıra üzvləri (məsələn, İtaliya və Macarıstan) bu məsələdə çox sərt mövqe nümayiş etdirirlər. Hətta İtaliya miqrant siyasətini təşkilatın ortaq mövqeyi etmək üçün nəzərdə tutulan vəsaitin ayrılmasına belə razı deyil. Roma hər bir təşkilat üzvünün sərhədlərini özünün qoruması üzərində dayanır. Eyni mövqedə Macarıstan, Çexiya və Slovakiyadır.

Növbəti mərhələ: sərt, yaxud yumşaq mövqe?

Bu radikallığın səbəbi kimi Avropada miqrantların kriminal biznesinin artıq 4-5 milyard avroya çatdığı göstərilir. Bundan başqa, Aİ-də bir sıra üzv dövlətlər gənc və iddialı şərqlinin hansı mənada miqrant sayıldığının müəyyən olunmadığı qənaətindədirlər. Bir tərəfdən, həmin gənclər müxtəlif üsullarla sənədlər düzəldərək xoş həyat ardınca Avropaya gedirlər, digər tərəfdən isə onlar getdikləri ölkənin vətəndaşı olandan sonra böyük iddialar ortaya qoyurlar. Bu isə yerli əhalinin xoşuna gəlmir. Onlar hesab edirlər ki, belə davam etsə, tədricən öz ölkələrində ikinci dərəcəli adamlar olacaqlar.

Macarıstan və İtaliya miqrantların Avropaya axınının tamamən kəsilməsi təklifi ilə çıxış edirlər. Statistik məlumatlara görə, 2015-ci ilə nisbətən indi Avropaya miqrant axını 80 faiz azalıb. Lakin hələ də Yaxın Şərqdən və Afrikadan qanunsuz olaraq Aİ ölkələrinə üz tutanlar vardır. Macarıstan və İtaliyanın sərt mövqe tutması Slovakiyanı miqrantlar üçün tranzit ölkədən yerləşim yerinə çevirib. İndi, obrazlı olaraq Belqradın köhnə avtovağzalını "əfqan parkı" adlandırırlar. Almaniya və Fransa isə yumşaq miqrant siyasəti tərəfdarıdırlar. Onlar Aİ-nin bütün üzvlərinin miqrantlarla bağlı olan xərclərə pul verməsini tələb edirlər. Lakin bir sıra üzvlər bunu qəbul etmək istəmir.

Miqrant məsələsində mövcud olan fikir ayrılığı fonunda Zalsburqda təşkilatın daxili sərhədlərinin qorunması da geniş müzakirə edilib. Almaniya və Fransa başda olmaqla bir sıra daha çox inkişaf etmiş üzv dövlətlər təşkilatın büdcəsindən bu istiqamətdə xərcləri daha da artırmağı təklif ediblər. Bunun üçün Aİ-nin sərhəd xidmətində 2020-ci ilə qədər ştat sayını 10 min nəfərə çatdırmaq planı hazırlanıb. Sərhəd xidməti təşkilata üzv olan ölkələrin birindən digərinə qanunsuz keçidlərin qarşısını almağa və əsas olaraq kriminal biznesin əngəllənməsinə nail olmalıdır.

Lakin bununla bütün üzvlər razılaşmırlar. Macarıstan çox sərt şəkildə milli sərhədlərin yalnız milli imkanlarla qorunması gərəkliyini ifadə edir. Ölkənin sərhəd xidməti ilə yanaşı, təhlükəsizliyi təmin edən başqa qurumları da bu məsələyə daha çox cəlb edilməlidirlər. İtaliya Macarıstanın bu mövqeyini dəstəkləyir.

Bütün bunlar ekspertlər üçün bir çox suallar yaradıb. Onlar Aİ-nin gələcək təkamül ssenarilərini müəyyənləşdirməyə çalışırlar. Bu zaman iki mümkün ssenaridən bəhs edilir. Onlardan biri sərt, digəri isə yumşaq inkişaf ssenarisidir. Sərt ssenari Aİ-yə üzv dövlətlərin daxili maraqlarına üstünlük verilməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, milli sərhədlərin qorunması ümumavropa maraqlarından üstün sayılacaq. Təbii ki, həmin ssenaridə problemlər çox ola bilər. Çünki Almaniya və Fransa kimi çox fəal üzvlərin daxili siyasi qüvvələr nisbəti ilə Şərqi Avropa ölkələrinin daxili siyasi vəziyyəti arasında ciddi fərqlər vardır. Bu reallıq təşkilat daxilində ziddiyyətləri və parçalanmaları gücləndirə bilər. Və sonucda Aİ-nin dağılması baş verər.

Yumşaq ssenari isə yeni Avropa humanitar düzənini yaratmağı tələb edir (bax: Ольга Гулина. Три камня преткновения в отношениях лидеров ЕС / Valdaiclub.com, 28 sentyabr 2018). Bu yanaşma Aİ üzvlərindən miqrasiya siyasətlərinin mərkəzinə insan haqları məsələsini qoymağı tələb edəcək. Ümumavropa nəzarət mexanizminə üstünlük verməyi zəruri edəcək. Hər bir üzv dövlətin daxili və xarici sərhədlərinin təhlükəsizliyinin uyğunlaşdırılması ehtiyacını ortaya çıxaracaq (bax: əvvəlki mənbəyə).

Ekspertlərin rəyinə görə, yumşaq ssenari Avropanın daha çox inkişaf etmiş ölkələri ilə əyalətlərdə yerləşən və daha az inkişaf etmiş ölkələr arasında uçurumu dərinləşdirə bilər. Onlar "Breksit" və miqrant məsələlərində heç cür ortaq mövqeyə gələ bilmirlər.

Beləliklə, Zalsburq sammiti faktiki olaraq heç bir problemi həll etmədi. Əksinə, mövcud çətinliklərin nə dərəcədə dərində olduğunu bir daha üzə çıxardı. Aİ üçün bu, bir xəbərdarlıq olmalıdır.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM