İsrail telekanalında Azərbaycanla bağlı reportaj yayımlanıb

08:27 / 04.10.2018

İsrailin aparıcı KİV-lərinin - "The Jerusalem Post" və "Maariv" qəzetlərinin jurnalist qrupu, habelə "KAN” ictimai televiziya kanalının əməkdaşı Uriya Elkayam Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında olublar və Bakıda, Quba və Oğuz rayonlarında yəhudi icmalarına baş çəkiblər.
 
Bu günlərdə "KAN” televiziya kanalının "praym-taym” bayram xəbərlərində göstərilən "Biz çox bənzərik: Azərbaycanda yəhudilər və müsəlmanlar arasında qeyri-adi və orijinal dostluq” adlı reportajda jurnalist Uriya Elkayam multikulturalizm və Azərbaycan cəmiyyətinin tolerantlığı mövzularından ətraflı bəhs edib. Jurnalist Azərbaycanda yəhudi icmasının vəziyyətindən, həm Azərbaycan xalqının, həm də respublika rəhbərliyinin ölkədəki milli azlıqlara səmimi və qayğıkeş münasibətindən söz açıb.
 
"Biz bu gün təxminən 5 mindən çox dağ yəhudisinin yığcam yaşadığı məşhur Krasnaya Slobodaya (Qırmızı Qəsəbə - red.) gəldik. Gəlişimiz bu qəsəbənin hörmətli sakininin yas mərasiminin keçirildiyi kədərli günə təsadüf etmişdi və insanlar yəhudi qəbiristanlığında idilər. Mərhumun xatirəsini yad etmək üçün tərəddüdsüz oraya yollandıq və burada dünyanın hər hansı digər ölkəsində rast gəlinməyən çox maraqlı faktla qarşılaşdıq. Yəhudi qəbiristanlığına mərhumla vidalaşmaq və öz yəhudi qardaşının xatirəsini yad etmək üçün yəhudilərlə yanaşı, azərbaycanlılar da gəlmişdi”, - deyə reportajda vurğulanır.
 
Qəsəbənin ağsaqqalı Boris Samanduyev deyir: "Biz azərbaycanlı qardaşlarımıza böyük hörmət və ehtiramla yanaşırıq. Bu gün siz də şahid oldunuz ki, biz burada azərbaycanlılarla sevincli və kədərli günlərdə birlikdəyik”.
 
İsrailli jurnalist Uriya Elkayam qeyd edir ki, Qırmızı Qəsəbə 300 ildən çox tarixə malikdir: "Krasnaya Sloboda Azərbaycanda və onun hüdudlarından kənarda dağ yəhudilərinin maddi və mənəvi dəyərlərinin qorunması və inkişafı mərkəzi kimi tanınıb. Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi sülh şəraitində yaşayırlar və ortaq tarix və tale ilə bir-birlərinə həmişəlik bağlıdırlar. Azərbaycanın Quba rayonundakı qədim Krasnaya Sloboda ölkənin həqiqi və əsl qürurudur. Azərbaycanda yəhudilər və müsəlmanlar arasında harmoniya bizim İsraildə görməyə alışdığımız kimi deyil”.
 
U.Elkayam Quba şəhərindəki məscidin imamı axund Hacı Naiblə görüşüb. Axund bildirib ki, Azərbaycan Respublikasında yəhudilər, müsəlmanlar və xristianlar tam harmoniya şəraitində yaşayırlar: "Hörmət, səmimilik və tolerantlıq xalqımızın həyat tərzidir və Azərbaycan rəhbərliyinin siyasətidir. Bu gün Azərbaycan bütün dünya ictimaiyyəti üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Azərbaycanlılara tarixən xas olan multikulturalizm və tolerantlıq günümüzdə milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir azərbaycanlının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”.
 
İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut deyib: "Yəhudilər qədim zamanlardan Azərbaycanda məskunlaşıblar. Bu torpaqlarda onlar heç vaxt azərbaycanlılar tərəfindən antisemitizm və nifrətlə qarşılaşmayıblar. Onlar heç vaxt Azərbaycanda özlərini yad, yaxud əcnəbi kimi hiss etməyiblər. Qürur hiss ilə söyləmək olar ki, Avropanın bir çox ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılarla yəhudilər arasında heç zaman bir-birinə xəyanət halları olmayıb. Dost dar gündə tanınar – İkinci dünya müharibəsi illərində yəhudilər üçün ikinci vətən, faşizmdən qurtulmaqda sığınacaq olmuş Azərbaycanda onlar məhz bu cür münasibət görüblər. Dəhşətli Holokost illərində azərbaycanlılar təqibə məruz qalan və dünyanın hər yerindən qovulan yəhudilərə qucaq açdılar. Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və anlaşma şəraitində yaşayıblar, ölkələrimiz arasında bu dostluq və qardaşlıq əlaqələri bu gün də davam edir. Azərbaycan, bir çoxlarının dediyi kimi, gözəl ölkədir – Qafqazın İtaliyasıdır. Bu ölkəyə gələn hər kəs bunun şahidi olur”.
 
Süjetdə israilli müxbir 200-dən çox yəhudi uşağı xilas edən azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovla görüşündən bəhs edir, onun çoxlu maraqlı faktlar danışdığını bildirir. "Sovet hərbi kəşfiyyatçısı Həmzə Sadıqov xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən Hitlerin yaxın silahdaşı general İohann fon Roddenburqu Stalinqrad yaxınlığında əsir götürür. İnsan cildində vəhşi heyvan olan və yəhudi uşaqların üzərində təcrübələr aparan bu generalı Hitlerin "bioloji bombası”nın atası adlandırırdılar. Həmin Roddenburq öz qərargahının yaxınlığında onlarla əsir yəhudi ailəsinin saxlanıldığı xüsusi "Ölüm sarayı” yaratmışdı. Məhz Firdovsinin atası – azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqov yəhudi uşaqların əsl xilaskarı oldu. Onun cəsarəti və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtardı. Həmzə Sadıqov bu igidliyi və qəhrəmanlığı ilə ona minnətdar olan yəhudi nəsillərinin qəlbində rəşadət və ölümsüzlük abidəsi ucaldıb. Yəhudi uşaqlarını xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçının oğlu ilə görüşdə məlum oldu ki, bu müharibə qəhrəmanın həyatı indiyədək geniş araşdırılmayıb və unudulub. Səbəb isə Azərbaycan xalqının xarakterində olan keyfiyyətlə - etdiyi yaxşılıqlar haqqında danışmaq istəməməsi ilə bağlıdır. Hətta xalq arasında deyim də var: "Əgər etdiyin yaxşılıqdan danışırsansa, onda sən heç nə etməmisən”.
 
Televiziya süjetinin müəllifi qeyd edir ki, Firdovsi Sadıqov 20 ildən artıqdır atasının rəşadəti və igidliyinin tanınması üçün lazım olan materialları toplayır. Firdovsi 200-dən çox yəhudi uşağın xilaskarı olmuş atasının xatirəsinə həsr etdiyi stendi göstərdi. "O, sovet kəşfiyyatının polkovniki olub və Stalinqrad uğrunda döyüşlərdə iştirak edib. Vəfatından əvvəl atam mənə dedi ki, vaxt gələcək yəhudi xalqının nümayəndələri səni axtarıb tapacaq. Hiss edirəm ki, həmin vaxt gəlib. Biz çox inanırıq ki, atama yəhudi xalqı qarşısında xidmətlərinə və igidliyinə görə İsrailin fəlakətlər və qəhrəmanlıq milli Memorialı (Holokost) və "Yad Va-Şem” Qəhrəmanlığı İnstitutunun fəxri adı veriləcək”, - deyə Firdovsi Sadıqov qeyd edir.
 
Sonra israilli jurnalist Azərbaycanın turizm potensialından bəhs edir. "Azərbaycanı bütün gerçəkliyi ilə kəşf edənlər Dubay, Qətər və Səudiyyə Ərəbistanından olan çoxsaylı turistlərdir. Bakı üçüncü minillikdə qədim ənənələr və sərvətlərin cəmləndiyi ecazkar bir ölkə olan Azərbaycanın döyünən ürəyidir. Gündüzlər Azərbaycanın Qəbələ, Quba və Oğuz kimi gözəl bölgələrinə səyahət etmək olar, axşam isə uzaq keçmişdən tədricən qayıtmaq və Dubay göydələnlərini xatırladan "Alov qüllələri”nin işıqları altında müasir mərkəzə gəlmək, dəbdəbəli paytaxt Bakının məşhur Nizami küçəsinə (keçmiş "Torqovı”) çıxmaq lazımdır.
 
Gözlənilmədən Bakı bulvarında – məşhur "İnci” kafe-restoranında İsrail müğənnisi Ömər Adamın məşhur mahnısını eşidirik. Burada, Bakının gözəl axşam havasında vaxtilə Azərbaycanda yaşamış israillilər İsrail və Azərbaycan mahnılarının sədaları altında rəqs edirlər.
 
Turist qadınlardan biri – Noya Zərbəliyeva məmnuniyyətlə öz təəssüratlarını bölüşür: "Biz Azərbaycanı, bu gözəl ölkəni sevirik. Burada yəhudi xalqına həmişə hörmət və ehtiramla yanaşıblar. Azərbaycan mədəni inkişafına, öz görməli məkanlarına və tarixi abidələrinə münasibətinə görə bir çox ölkələrdən üstündür. Demək istəyirəm ki, bu ölkə birmənalı olaraq çox gözəldir. Burada tarixi abidələrə baxmaq, dağların əsrarəngiz gözəlliyini seyr etmək, dənizin təmiz suyunda çimmək və sadəcə, ölkənin gözəlliyindən zövq almaq olar. Azərbaycan paytaxtında qeyri-ixtiyari olaraq heyranlıq hissi keçirirsən. Dəbdəbəli memarlıq üslubları və qeyri-adi tikililər insanı ovsunlayır. Burada özümüzü evdəki kimi hiss edirik - qonaqpərvər və səmimi insanlar, yüksək səviyyəli xidmət, şah-plovdan tutmuş qızılgül mürəbbəsinə qədər ləzzətli yeməklər, habelə samovar və kəklikotu çayı bizi valeh edir”, – deyə israilli turist vurğulayır.
 
Azərbaycanın dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev İsrailin "KAN” televiziya kanalına müsahibəsində qeyd edir ki, yəhudilər Azərbaycan ərazisində qədimdən yaşayırlar. O deyir: "Uzun illər ərzində biz Azərbaycan xalqı ilə o qədər yaxın və doğma olmuşuq ki, bizi heç zaman ayırmaq mümkün deyil. Biz körpəlikdən iki dildə danışırıq. Dağ yəhudiləri əsasən Azərbaycan dilində təhsil alırlar. "Cuuri” danışıq dilini evlərdə öyrədirlər. Azərbaycanda milli-mənəvi dəyərlərin, xüsusən dilin qorunub-saxlanılması üçün münasib və çox əla şərait yaradılıb. Son illər "kaşrut” (halal və haram qidaların qanun məcəlləsi) problemi bizim üçün çox aktual olub, belə ki, bu il 50 min israilli turistin gəlməsini gözləyirik. Harada yaşamağımızdan asılı olmayaraq, İsrail bizim üçün Vətən, Azərbaycan isə Ana Vətəndir”.
 
İsrail telekanalının reportajında deyilir: "Bizim Azərbaycanın yəhudi icması ilə keçirdiyimiz görüşlərin hamısında Azərbaycan rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə böyük hörmət və əsl ehtiramın şahidi olduq. Azərbaycanın dövlət başçısı milli azlıqlar, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada bənzəri olmayan qayğıkeş və səmimi münasibət göstərir. Ölkə Prezidentinin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda yəhudi muzeyinin yaradılması nəzərdə tutulur. İslam dünyasında İsrail Dövləti ilə Azərbaycan qədər dərin, sıx və hərtərəfli münasibətləri olan ikinci ölkə yoxdur. Azərbaycan dövlətinin yəhudi icması ilə qarşılıqlı münasibətləri möhtəşəm və əladır”.
 
Verilişə yekun vuran israilli jurnalist Uriya Elkayam Azərbaycanda gördükləri və eşitdiklərinin təəssüratı altında deyib: "Əziz israillilər, Azərbaycan böyük sevinclə sizi gözləyir, gəlin və bu möhtəşəm, çox gözəl ölkədən zövq alın!”. (AZƏRTAC)

 





 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM