Prezident İlham Əliyev: Azərbaycan-Vatikan əlaqələri dünyaya nümayiş etdirir ki, fərqli mədəniyyətlərin, dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə bilərlər (YENİLƏNİB)

18:31 / 04.10.2018

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul edib.

Arxiyepiskop Pol Fitzpatrik Rassel fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsi ilə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd etdi ki, biz bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altındayıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikana səfərini məmnunluqla xatırladı. Roma Papası Fransiskin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, bu yaxınlarda Roma Papası Fransiskin xanım Mehriban Əliyevanı qəbul etdiyinə görə minnətdarlığını çatdırdı və qeyd etdi ki, bu görüş xanım Mehriban Əliyevada dərin təəssürat hissi yaradıb. Prezident İlham Əliyev salamlarını və ən xoş arzularını Roma Papası Fransiskə çatdırmağı xahiş etdi.

Münasibətlərimizin yaxşı tarixə malik olduğunu və bir çox sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, mədəniyyət sahəsindəki əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlığımız həm ikitərəfli münasibətlərin yaxşı əlamətidir, eyni zamanda, mədəniyyətlərarası və sivilizasiyalararası qlobal prosesin mühüm elementlərindən biridir: "Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və əminik ki, əlaqələrimiz bundan sonra da möhkəmlənəcək".

Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəaliyyəti müddətində münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğuladı. O, bir neçə həftə bundan əvvəl Roma Papası Fransisklə görüşdüyünü qeyd edərək bildirdi ki, həmin görüş zamanı Papa Fransisk Azərbaycana səfərini məmnunluqla xatırladı və eyni zamanda, xoş hisslərlə xanım Mehriban Əliyevanın səfərini gözlədiklərini qeyd etdi.

Dövlətimizin başçısı bildirdi ki, xanım Mehriban Əliyeva Papa Fransisklə görüşünün çox səmimi və dostluq şəraitində keçdiyini deyib. Prezident İlham Əliyev bunun əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər.

Arxiyepiskop Pol Fitzpatrik Rassel Prezident İlham Əliyevin fikirlərinə tam şərik olduğunu bildirərək, öz növbəsində, qeyd etdi ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında, bir nümunədir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM