Molla yas üstündə həmkarını qəbiristanlıqda bıçaqladı

12:24 / 06.08.2014

Şəmkir rayonu, Qaracəmirli kəndində  molla mollanı bıçaqlayaraq, ona ağır bədən xəsarətləri yetirib. Rasim Abdullayevi həmkarı, Şəmkir rayon sakini 46 yaşlı Səhman Həmzəyev dəfn zamanı kənd qəbiristanlığında bıçaqlayıb. Yaralı qol və kürək nahiyəsindən aldığı xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra həkimlərin səyi nəticəsində o, həyata qaytarılıb.

 

Hadisə  ilə bağlı rayon polis şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar. Hadisə yeri müayinə  olunub və  cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlasalar da, günün-günorta vaxtı kənd sakinlərinin gözü qarşısında həmkarını bıçaqlamaqla xəsarət yetirən Səhman Həmzəyev qaçaraq istintaqdan yayınıb. Bir müddət sonra tutularaq istintaqa təqdim olunub.

 

Barəsində Şəmkir rayon polis şöbəsində 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə  cinayət işi başlanıb. Materiallar toplanaraq Şəmkir Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Səhman Həmzəyevin cinayət işi üzrə  məhkəmə prosesi keçirilib. 

 

“Az qalırdı camaat desin ki, ay Allah, niyə anam-atam ölmür ki...”

 

Prosesdə  dindirilən Şəmkir rayon Qaracəmirli kənd sakini Səhman Həmzəyev uzun müddətdir ki, kənddə mollalıq etdiyini, kənd əhalisi arasında böyük nüfuza sahib olduğunu bildirib. Lakin yenicə bu işin qulpundan tutmağa çalışan Rasim Abdullayevin ona mane olması qarşı tərəfin bıçağa əl atması ilə nəticələnib. S.Həmzəyevin sözlərinə  görə, R. Abdullayevi bıçaqlamasına səbəb kənd sakinlərinin ona deyil, daha çox Rasimə müraciət edib, onu öz məclislərinə dəvət etməsi olub. Qısası, kənd sakinlərinin yas məclislərinə Rasimi çağırması onu əməlli-başlı cinayətə əl atacaq qədər özündən çıxarıb: 

 

“Əvvəllər kəndin tək mollası mən idim. Bütün yas məclislərini özüm aparırdım. Amma Rasim başqa rayondan gəlib mənim işimə ortaq oldu. Buna bir iradım yoxdur. Amma öz elimdə mənə rişxənd etməsi əsəblərimi pozdu. O, camaatı hipnoz eləmişdi. Az qalırdı camaat desin ki, ay Allah, niyə anam-atam ölmür ki, gedim Rasimi çağırım, pul verim ona. Mən də  bu səbəblərə görə, kənarda qaldım. Sonra dözə bilmədim, Rasimə bir neçə dəfə xəbərdarlıq etdim, amma o, yenə də mənə məhəl qoymadı. Camaatı hipnoz etməkdə davam elədi. Hətta son vaxtlar sakin kimi kənddə baş verən məclislərə də qatılmırdım ki, orda onu görüb əsəbiləşərəm, ya da əlimdən bir xəta çıxar. Qoy camaatın məclisinə qanqaraçılıq düşməsin”.

 

“Məni arxamdan vurub, arzularımı puç elədi” 

 

Səhman Həmzəyev Rasimə çox yaxşılıqlar etdiyini, məsləhətlər verdiyini iddia etdi. Bildirdi ki, ona qardaş kimi yol göstərsə də, bunun qarşılığında yalnız pislik görüb:

 

“Rayondan bizim kəndə  təzə gələndə tez-tez evimə dəvət edirdim. Dini söhbətlər edirdik. Bundan başqa ona məsləhətlər verirdim. Kənd camaatının xüsusiyyətini başa salırdım. Əhalinin gözündə hörmətli olmaq üçün nə etmək lazım olduğunu izah edirdim. Sonra da dedim ki, çətinliyin, problemin olanda mənə de. Nə olsun ki, bura mənim kəndimdir, amma sənin xətrinə hər şeyi yoluna qoyaram. Heç kim sənə nə isə bir irad tuta bilməz. Sonra da bildirdim ki, bir il mənə möhlət ver, şərait yarat yas məclislərinə özüm gedim. Çünki bu işdən uzaqlaşmağa qərar vermişəm. Rasim isə mənə düşmən kəsildi. Məni arxamdan vurub, arzularımı puç elədi”.

 

Sonra S.Həmzəyev R. Abdullayevlə mehribançılığının cinayətlə nəticələnməsinə aydınlıq gətirdi. Onu qəbiristanlıqda yasda vurduğunu etiraf edən müttəhim əməlindən qətiyyən peşman olmadığını da dilə gətirdi:

 

“Mən onu vurmağı əvvəlcədən planlaşdırmamışdım. Sadəcə olaraq, kənddə yas düşmüşdü, mən də məclisdə iştirak etdim. Amma molla kimi yox, kənd sakini kimi. Məclisi isə Rasim aparırdı, yəni ev sahibi onu dəvət etmişdi. Dua oxuyanda gördüm, gözaltı rişxəndlə mənə baxır. Mən uşaq deyiləm ki. O demək istəyirdi ki, yəni sənin daha “qatarın gedib”, daha “sürüş” burdan. Elə dua oxuyan zaman üzərimdə gəzdirdiyim bıçaqla onu vurdum.  Duanın sözlərini sona çatdıra bilmədi, ağzında qaldı. Vurduğum bıçaq zərbələri kürəyinə və qoluna dəydi”.

 

“Deyirdi çörəyimi kəsmə, hətta bir dəfə mənə hədə-qorxu da gəldi”

 

Zərərçəkmiş qismində dindirilən Rasim Abdullayev əslən Göyçay rayonundan olduğunu, Şəmkirin Qaracəmirli kəndinə işləmək məqsədilə gəldiyini bildirdi:

 

“Burada bir müddət idi ki, mollalıq edirəm. Elə burada da ailə qurmuşam. Yəni işim, ailəm hamısı buradadır.  S.Həmzəyevlə  münasibətlərim çox yaxşı olsa da, sonradan hər şey yavaş-yavaş dəyişməyə başlayıb. Mən kəndə təzə gələndə dedi ki, sənə kömək edəcəm, etdi də. Məni özü ilə yas mərasimlərinə aparırdı.  Getdikcə kənd arasında məni məclislərə aparanların sayı artmağa başladı. Mənim dəvətlərim artdıqca Səhmanda mənə qarşı kin-küdurət  yaranmağa başladı. Hər dəfə məni kənddə və ya məclislərdə görəndə  xəbərdarlıq edirdi. Dedi ki, yas mərasimlərinin hamısını niyə təkcə sən idarə  edirsən? Niyə çörəyimi kəsirsən? Hətta bir dəfə hədə-qorxu da gəldi. Mən də  ona başa salmağa çalışırdım ki, mən heç nə etmirəm. Camaat özü məni dəvət edir. 5 nəfər deyil, 10 nəfər deyil, bu qədər camaatın hamısını necə öyrədə bilərəm ki, onu dəvət etməyin, məni dəvət edin. Həm də  camaata elə demək düzgün deyil. İndi mən nə edim ki, özləri məni çağırır. Bir sözlə, Səhman mənə paxıllıq edir. Bu məsələnin başqa səbəbi yoxdur”.   

 

“Onların hansını məclislərə aparmaq lazım olduğunu əhali özü seçir”

 

Şahid qismində ifadə verən kənd sakini Əvəz Əliyev bildirdi ki, Rasim Abdullayev əslində uzun illər hərbidə işləyib. Sonralar Göyçaydan Şəmkirə gələrək burada molla kimi fəaliyyət göstərməyə başlayıb. Ə.Əliyevin sözlərinə  görə, kənd sakinləri nə Rasim Abdullayevi, nə də Səhman Həmzəyevi pis adam kimi tanıyıblar. Hər biri kəndin hörmətli mollalarıdır.

 

Şahid qismində ifadə verən kəndin digər sakini Asif Səmədov bildirdi ki, onların bir-biri ilə yola getmədiyini kənddə camaatdan eşidib. Amma din, iman adamları arasında məsələnin bu həddə çatmasını heç ağlına da gətirmək istəmir:

 

“Qəbiristanlıqda dua oxuduğu yerdə birdən-birə Rasimin yerə yıxıldığını gördüm. Heç gözlərimə  inanmadım. Onların ikisinin də arasında problem yaşanmasına baxmayaraq, yaxşı insan kimi tanıyıram. Gərək belə bir hadisə baş verməyəydi. Onların hansını məclislərə aparmaq lazım olduğunu isə əhali özü seçir. Heç kim heç kimə təpki göstərmir.  Kim hansını istəsə, onu da məclisinə dəvət edəcək”./publika.az/

 

(Davamı var)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM