Antalyada Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşünün rəsmi açılışı olub

15:10 / 09.10.2018

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşünün rəsmi açılışı olub.

 “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Tədbirə 39 ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla, ümumilikdə 350-dan çox iştirakçı qatılıb.

Görüşün rəsmi açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin artıq ənənə halını alan görüşlərinin məqsəd və vəzifələrindən danışıb. Dünyanın ayrı-ayrı bölgələrindəki mövcud münaqişələrin əməkdaşlığa və inkişafa ən böyük əngəl olduğunu diqqətə çatdıran TBMM-nin sədri bildirib ki, Türkiyə Avrasiya məkanında ölkələrin, xalqların sülh və bərbərlik, inkişaf və rifah şəraitində yaşamasına tərəfdar olmaqla, bu istiqamətdə önəmli addımlar atmaqdadır. Qeyd edilib ki, Yaxın Şərqdə, həmçinin Suriyada sülh və əmin-amanlığın təmini üçün edilən cəhdlər buna nümunədir.

Parlament sədri qeyd edib ki, heç kim iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, qaçqın və məcburi köçkünlər məsələsinə biganə qalmamalıdır. Terrorçuluğun və onun dəstəklənməsinin yaratdığı təhlükələrdən bəhs edən Binəli Yıldırım qeyd edib ki, Türkiyə bundan sonra da terrorun bütün forma və metodlarına, o cümlədən PKK, FETÖ və digər terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq Avrasiya məkanında sülhün, sabitliyin və inkişafın qorunması ilə bağlı ölkəsinin mövqeyindən bəhs edib. İnkişaf və rifaha nail olmaq üçün dünyadakı problemlərin dialoq vasitəsilə çözülməsinin əhəmiyyətindən danışan sədr qeyd edib ki, bu prosesdə parlamentlərarası əlaqələr mühüm gücə malikdir. Koreya yarmadasındakı mövcud problemin sülh yolu ilə tənzimlənməsinin əhəmiyyəti böyükdür.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxışında dünyadakı mövcud problemlərin qarşılıqlı anlaşma şəraitində həllinin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, həmçinin Suriya probleminin həlli üçün bu ölkənin bəzi bölgələrində atəşkəsin əldə olunması kimi nailiyyətlər maraqlı ölkələr arasında aparılan səmərəli dialoq nəticəsində qazanılıb. Vyaçeslav Volodin bildirib ki, bütün problemlərin həlli və iqtisadi əməkdaşlıq sülh çağırışları sayəsində çözülə bilər.

Çıxışında yüksək təşkilatçılığa görə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma səmimi təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, hazırda bütün dünya miqyasında getdikcə daha da kəskinləşən qlobal problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı mühüm rol oynayır. İnanıram ki, bugünkü müşavirədə aparılan fikir mübadiləsi bir-biri ilə sıx bağlı olan iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf məsələlərində parlamentlərimizin ortaq mövqelərinin müəyyən edilməsinə kömək göstərəcək.

Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya birliyi özünün artan tələbatı ilə bu tələbatın yerinə yetirilməsi imkanları arasında kəskin ziddiyyətlərlə qarşılaşıb. Həmin ziddiyyətlərin həll edilməsi üçün işlənib hazırlanan davamlı inkişaf modeli bəşəriyyətin təhlükəsiz gələcəyi naminə bütün dövlətlərin səylərinin birləşdirilməsi üzərində qurulub. Qlobal xarakter alan dünya iqtisadiyyatı getdikcə daha çox dərəcədə ekoloji tarazlığın qorunub saxlanması konsepsiyasına əsaslanır.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, əgər Avrasiya məkanına nəzər salsaq, əminliklə söyləyə bilərik ki, burada iqtisadi inteqrasiyanın güclənməsi davamlı inkişaf sahəsində məqsədlərə nail olunmasına töhfə verə bilər. Böyük Avrasiya ölkələrində dünya enerji istehsalının ondadoqquz hissəsi, dünya ümumi daxili məhsulunun dörddəüç hissəsi və dünya əhalisinin beşdədörd hissəsi cəmləşib. Məmnunluqla qeyd etmək istəyirəm ki, bu gün Avrasiya məkanında bir sıra ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları təşəkkül tapıb.

Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi inteqrasiya üçün yaranmış imkanların lazımınca dəyərləndirilməsi nəticəsində meydana gəldiyini diqqətə çatdıran parlament sədri Oqtay Əsədov bildirib ki, bu layihələr Avrasiya qitəsinin çox geniş bir bölgəsində inkişafın, sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə yönəlib. İqtisadi layihələrin hazırlanması və həyata keçirilməsi zamanı ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Azərbaycanın iştirak etdiyi bütün transmilli layihələrdə ətraf mühitin qorunması ən yüksək standartlar əsasında təmin edilir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri və digər enerji-nəqliyyat layihələrinin Avrasiya qitəsinin yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynadığını ifadə edən Milli Məclisin sədri bildirib ki, Azərbaycan XXI əsrin qlobal geosiyasi və geoiqtisadi layihələrindən biri olan Böyük İpək Yolunun bərpasında yaxından iştirak edir. Dünyanın ən uzun ölçüyə malik olan “iqtisadi kəməri” onlarca ölkənin zəngin energetika, sənaye, kənd təsərrüfatı, turizm potensialına əsaslanmaqla regionlararası əməkdaşlığın çoxcəhətli innovasiya modelini təqdim edir. Ötən il İpək Yolunun fəaliyyəti üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu layihə Çindən Avropaya tranzit müddətini 30-35 gündən iki həftəyə qədər azalda bilər. Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən digər bir layihə “Şimal-Cənub” dəhlizi adlanır. Bu layihə ölkəmizin nadir coğrafi mövqeyindən istifadə etməklə Hindistanı, İranı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Artıq layihənin bizə aid olan hissəsi tamamlanıb. Yaxın gələcəkdə bu layihə İpək Yoluna inteqrasiya olunaraq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.

Oqtay Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər. Təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir. Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daimi təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır.

İştirakçı tərəflərin nümayəndə heyətlərinin başçıları Avrasiya ölkələri parlament sədrlərinin görüşü ilə bağlı ölkələrinin mövqelərini çatdırıblar. Çıxışlarda münaqişə və problemlərin yaratdığı çətinliklər, onların həlli yolları, iqlim dəyişikliyinin fəsadları, ətraf mühitin geniş şəkildə çirklənməsinin yaradığı ağır nəticələrdən bəhs olunub. Bu görüşlərin daha intensivləşməsi və müzakirə olunan məsələlərin icrası ilə bağlı maraqlı təklif və çağırışlar səslənib.

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işini panel iclaslarla davam etdirəcək.

Tədbir çərçivəsində geniş mədəni proqram təşkil olunacaq.

Mərasim keçirilən məkanda Anadolunun tarixini əks etdirən təsviri incəsənət əsərlərindən ibarət sərgi nümayiş etdirilir.

Qeyd edək ki, Avrasiya ölkələri parlament sədlərinin iki il əvvəl Moskvada başlayan və ötən il Seulda davam etdirilən dialoqu artıq ənənəyə çevrilib. Azərbaycan bu prosesdə fəal iştirak edir.

Sabir Şahtaxtı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM