Strategiya.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:
Bu ilin may ayından Ermənistanda siyasi təlatümlər ara vermir. Nikol Paşinyan küçədən birbaşa baş nazir kreslosuna oturandan sonra dramatik və ziddiyyətli hadisələr bir-birini əvəz edir. İndi ekspertlər Ermənistanda müşahidə edilən proseslərin kökündə qanunlara əməl edilməməsinin dayandığı fikrini irəli sürürlər. Bunun təsdiqi kimi son aylar hakimiyyətin atdığı addımlar və parlamentin qəbul etdiyi qanunları göstərirlər. Hər iki tərəf beynəlxalq hüquqdan kənara çıxır. Bunun fonunda hazırda hökumət-parlament qarşıdurması yeni gərginlik səviyyəsinə yüksəlib. Proseslərin bu cür gedişinin Ermənistan siyasi səhnəsində hansı tendensiyalara yol aça biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.
Baş nazir və parlament: kim haqlıdır?
Baş nazir Nikol Paşinyan Ermənistanı inamla yeni kataklizmlərə doğru sürükləyir. Onun atdığı hər bir addım ölkənin siyasi səhnəsində gərginliyin artırılmasına əlavə təkanlar verir. Hazırda ekspertlər Ermənistanda getdikcə dərinləşən hökumət-parlament qarşıdurmasının mümkün siyasi nəticələrini proqnozlaşdırmağa çalışırlar. Demək olar ki, bütün siyasi qüvvələr artıq cəbhələşmədə iştirak edirlər. Bir zamanlar erməni siyasi mühitinin "monolitliyindən" ağızdolusu danışanlar indi sükut edirlər. Həm də ona görə ki, siyasi qütbləşmə onsuz da kiçik olan bu ölkəni daha xırda fraqmentlərə ayırmaq istiqamətini götürüb.
Ekspertlər hesab edirlər ki, bütün bunların kökündə N.Paşinyanın hakimiyyət hərisliyi dayanır. Bununla bağlı İrina Corbenadze yazır: "Situasiya onunla dərinləşir ki, Paşinyan inqilabın ilk dəqiqəsindən özündən başqa kimsəni baş nazir kimi görmürdü və bunu qətiyyən gizlətmirdi. "Mən və ya heç kim" formulu bu gün də qüvvədədir" (bax: В Армении началась контрреволюция? / "Росбалт", 3 oktyabr 2018).
Ziddiyyətləri alovlandıran digər məqam kimi N.Paşinyanın konkret hədəfinin olmamasını və siyasi proqramının yoxluğunu vurğulayırlar. Siyasətçi Paruyr Ayrikyanın bu kontekstdə verdiyi xarakteristika həqiqətə uyğun görünür. O deyib: "Hərəkat başlayanda Paşinyan növbədənkənar seçki ilə bağlı müəyyən bəyanatlar yaydı, amma indi tamam başqa şeylər deyib seçkinin dekabrda keçirilməsi gərəkliyini vurğulayır".
Məsələnin bu tərəfi həqiqətən maraqlıdır. Yəni aydındır ki, əvvəllər sakit dayanan və baş verənləri seyr etməklə kifayətlənən erməni siyasətçiləri artıq N.Paşinyanın davranış məntiqindən uyğun nəticələr çıxarırlar. Nəticədə, belə bir mənzərə alınır: N.Paşinyan dəqiq siyasi hədəfi olmayan boşboğaz mitinq-meydan "qəhrəmanı"dır, siyasi proqramı mövcud deyil, hakimiyyət hərisidir və onu saxlamaq üçün hər şeyə gedər, konstitusiyaya tam əməl etmir.
Etiraf edək ki, bu sadalanan çatışmazlıqlar bir siyasi lider üçün həddən artıqdır. Hətta onlardan hər hansı birinin mövcudluğu şəraitində belə uğurlu iqtidar olmaq mümkünsüzdür. Erməni siyasətçilərin özlərinin verdiyi yuxarıdakı xarakteristika onu göstərir ki, N.Paşinyan bir şəxs olaraq çox eqoist, siyasətçi olaraq qeyri-peşəkar (peşəkar siyasətçinin konkret siyasi hədəfi və əsaslı fəaliyyət proqramı olur), iqtidar olaraq isə qanunları mütəmadi pozandır. Bu qüsurlarla dövlətə başçılıq etmək olarmı? Əslində, Ermənistanda hər şey olar, çünki onun özü də qondarma dövlətdir.
Lakin məsələ yalnız Ermənistan sərhədləri ilə məhdudlaşmır. Buna görə də Ermənistanda müşahidə edilən proseslər ciddi narahatlıq doğurur. Vəziyyətin parlamentin "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul etməsindən sonra daha da gərginləşdiyini ekspertlər təsdiq edirlər. "Respublika" partiyasının təqdim etdiyi bu layihəni "Sarukyan" bloku və "Daşnaksütyun" da dəstəkləyib. Sonuncu ikisi N.Paşinyanı müdafiə edirdilər. İndi onlar da müxalif cəbhəyə keçiblər. Qanuna edilən düzəlişdə faktiki olaraq növbədənkənar seçkinin yaxın aylarda keçirilməsinə qadağa qoyulur. Orada xüsusi vurğulanır ki, kənardan təzyiq olduqda parlamentin qəbul etdiyi heç bir qanun keçərli deyil. N.Paşinyanın da küçədən təzyiqdən başqa, təsiretmə mexanizmi yoxdur. Sakit şəraitdə parlamentin əksəriyyəti respublikaçıların irəli sürdüyü layihəni dəstəkləyir.
Beynəlxalq hüquq: erməni siyasətçilərin tapdağı altında
Deməli, əsas ziddiyyət Nikol Paşinyanın növbədənkənar seçkilərin dekabrda keçirilməsi planı ilə bağlıdır. Müxaliflər anlayırlar ki, zaman onların xeyrinə işləyir. Səbəbini yuxarıda vurğuladıq - Ermənistan iqtidarı "inqilab" gedişində verdiyi vədlərin əksinə olaraq heç bir müsbət iş görə bilmir. Bu da N.Paşinyanın bir müddət sonra tamamilə nüfuzdan düşəcəyi anlamına gəlir. Təbii ki, "inqilabçılar" bunu dərk edirlər və tələsirlər. S.Sarkisyanın tərəfdarları isə əksinə, vaxtı uzadırlar. Bu səbəbdən də parlament növbədənkənar seçkinin tez keçirilməsini blok edən qanun qəbul edib.
Maraqlıdır ki, AŞPA da N.Paşinyana seçki keçirməkdə tələsməməyi məsləhət görür. Avropanın bu qurumunun monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Y.Levoçkina bununla bağlı bəyan edib: "Biz Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışları başa düşürük, amma ... seçkilərə hazırlıq üçün Ermənistandakı bütün siyasi qüvvələrin kifayət qədər vaxta malik olması vacibdir".
Bundan başqa, AŞPA Seçki Məcəlləsinə ediləcək dəyişikliyin Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməsi zəruriliyini önə çəkib. Yəni Ermənistan iqtidarına və siyasi qüvvələrinə xəbərdarlıq edilir ki, növbədənkənar seçkilər və mümkün konstitusiya islahatlarının həyata keçirilməsi üçün lazımi qanuni baza yaradılmalıdır. Hər iki tərəf bunu ancaq beynəlxalq hüquq çərçivəsində edə bilər. Deməli, AŞPA faktiki olaraq Ermənistanda siyasi qüvvələrin öz maraqları naminə beynəlxalq hüququ pozmaqda olduğunu çatdırıb. Ancaq bu xəbərdarlığa erməni siyasi qüvvələrinin əməl etdiyini təsdiqləyən fakt hələ gözə dəymir.
Belə çıxır ki, Ermənistandakı siyasi ziddiyyətlərin kökündə, əslində, qanunsuzluq dayanır. Ölkənin iqtidarı ilə bərabər müxalifəti də lazımi səviyyədə beynəlxalq hüquqa əməl etmirlər. Bu məqam illərdir ki, Ermənistanda "azadlıq adası" axtaran bir sıra beynəlxalq təşkilatlar və ekspertlər üçün daha düşündürücü olmalıdır. Onlar, görəsən, anlayırlarmı ki, nə dərəcədə yalan mövqe tutublar və eyni zamanda, bunun fonunda Azərbaycana qarşı nə dərəcədə haqsızlıq ediblər. Heç bir real əsas olmadan Ermənistanı dəstəkləyiblər, orada insan haqlarına əməl edildiyini, islahatlar aparıldığını, qanunçuluğun hökm sürdüyünü deyiblər. İndi isə bunun tamamilə əksini ifadə edirlər.
Bu bağlılıqda Rusiyanın "Kommersant" qəzetinin bir qeydi maraqlıdır. Qəzet yazır: "Ermənistanda may ayında baş tutan "məxməri inqilab", əslində, inqilaba çevrilmədi. Meydanlardan hakimiyyətin rəhbəri kreslosuna əyləşən Nikol Paşinyan ordusuz bir generala çevrildi...". Ancaq digər Rusiya mətbu orqanları kimi cəmi bir neçə ay öncə həmin nəşr Ermənistan haqqında tamamilə başqa məzmunda yazılar dərc edirdi. Nələr baş verir?
Bütün hallarda Ermənistanın siyasi səhnəsi ilə bağlı bir nəticəyə şübhə yoxdur: hazırda bu səhnə dolaşıq düşmüş "siyasi yumağa" bənzəyir. N.Paşinyan qısa müddətdə onsuz da dolaşıq olan Ermənistan siyasi mühitini qatı "dumana bürüməyi" bacardı! Bu münasibətlə onu təbrik etmək olar! Lakin erməni xalqı üçün fəlakətli və vahiməli günlər bundan sonra başlaya bilər. Cənubi Qafqazda hər hansı xalqın fəlakətə düşməsi, təbii ki, yaxşı hal deyil və buna sevinmək olmaz.
Ancaq nə etmək olar? Erməni xalqı artıq öz iradəsini ortaya qoyub, üzdəniraq "demokratik" siyasətçilərin dərsini verməlidir. Onlardan Azərbaycanla niyə düşmən olmalarının hesabını sormalıdır. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.
Təəssüf ki, Ermənistanda xalqın bu cür ayağa qalxmasını indi gözləmək elə də inandırıcı deyil. Çünki cəmiyyət o dərəcədə siyasi dərketmə baxımından öldürülüb ki, sadə erməni nəyin baş verdiyini anlaya bilmir. Ona "meydana çıx" - deyirlər, gedir, "evə gəl" - çağırılar, yenə də əməl edir. Buna rəğmən, zaman erməni xalqının əleyhinə işləyir. Sabah gec ola bilər!
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM