Elman Nəsirov: Görünür, Konstantın Zatulin ermənipərəst qüvvələrin təzyiqi altında yenidən fəaliyyətini canlandırıb

14:08 / 10.10.2018

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin yenə öz ampulasındadır. Qısamüddətli fasilədən sonra o, yenidən öz ağalarının, yiyələrinin, sahiblərinin diktəsi ilə Azərbaycan əleyhinə mövqe ifadə etməkdədir. Zatulindən başqa bir yanaşma gözləməyin mənası da yoxdur. Çünki hələ 1993-cü ildə ilk dəfə Rusiya Dövlət Dumasına deputat seçilərkən Konstantin Zatulinin seçki qələbəsini təmin edən Soçidəki erməni lobbisi və diasporu idi. Təbii ki, onlar bu dəstəyin əvəzi olaraq, “əl əli yuyar, əl də üzü yuyar” prinsipindən çıxış edilməsini bir tələb kimi Konstantin Zatulinin qarşısına qoyublar. Elə ona görə də Konstantin Zatulin dəfələrlə qanun pozuntusuna yol verərək qondarma Dağlıq Qarabağ rejimində səfərlərdə olub.

Bu sözləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov söyləyib.

Elman Nəsirov deyib ki, Konstantin Zatulinin Ermənistan rəhbərliyi ilə çox sıx əlaqələrinin olması bəllidir. Vaxtilə Zatulin Ermənistan dövlətindən şərəf ordeni də alıb. “Sual yaranır ki, qısa fasilədən sonra Zatulinin yenidən bu qədər fəallaşmasının səbəbləri nə ilə bağlıdır. Bu onunla bağlıdır ki, erməni lobbisi, diasporu Zatulindən xeyli narazı qalıb. Ona göstərdikləri dəstəyin əvəzində Zatulinin fəaliyyəti və bir çox hallarda qısamüddətli fəaliyyətsizliyi onların narazılığına səbəb olub. Görünür Zatulin ermənipərəst qüvvələrin təzyiqi altında yenidən fəaliyyətini canlandırıb. Niyə ermənipərəst qüvvələr, erməni lobbisi və diasporu Zatulindən narazı qalıblar? Çünki onun əsas missiyalarından biri Azərbaycanın əleyhinə çıxışlar edərək Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq, Rusiya-Ermənistan əlaqələrini inkişaf etdirmək idi. Zatulinin məqsədlərindən biri də o idi ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləsin. Lakin Azərbaycan-Rusiya münasibətləri strateji əhəmiyyət kəsb etməklə daha da yüksəlməkdədir. Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində 16 strateji əhəmiyyətli sənəd imzalandı. Bu səfərdən qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəldi, yenidən çox mühüm görüşlər baş tutdu, razılaşmalar əldə edildi. Erməni mətbuatı məlumatlar yaymışdı ki, Azərbaycana səfərindən sonra Vladimir Putinin Ermənistana səfəri olacaq. Lakin bu səfər baş tutmadı”, -deyə E.Nəsirov qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, bu yaxınlarda Rusiya parlamentinin deputatları, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır” adlı konfrans keçirildi. Konfransın adı isə çox sualın cavabını verir. Burada “yeganə” sözünün çox böyük mənası var. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazda Azərbaycandan başqa strateji müttəfiqi yoxdur. Deməli, Rusiya Ermənistanı özünün strateji müttəfiqi hesab etmir. Bütün bunları analiz etdikdən sonra Zatulini deputat edən ermənipərəst qüvvələr, erməni lobbisi və diasporu, necə deyərlər, Zatulinin yaxasından yapışaraq deyirlər ki, “sən nə ilə məşğulsan? Sənin fəaliyyətinin nəticəsi nədir? Budurmu sənin fəaliyyətin?”. Ona görə Zatulin bu təzyiqlər altında belə sərsəm bəyanatlar verir. “Hətta elə bir bəyanat verir ki, Azərbaycan Ermənistanla müharibəyə başlasa, bu, Azərbaycan dövlətinin süqutuna gətirib çıxaracaq. Mən hesab edirəm ki, rusiyalı deputatın bu qədər ağılsız, sərsəm bəyanat verməsi təəssüf doğurur. Xüsusilə vurğulayıram ki, rusiyalı deputatın bu yanaşması heç bir halda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz. Bizim münasibətlərimiz strateji xarakterlidir və inkişaf etməkdədir. Belə üzdəniraq deputatların üzdəniraq yanaşmaları heç bir halda bizim münasibətlərimizin yüksək səviyyəsinə xələl gətirə bilməz. Azərbaycan Rusiya ilə dost dövlətlərdir. Bizim dövlət rəhbərlərimiz səviyyəsində dostluq münasibətləri mövcuddur, ölkələrimizin mehriban qonşuluq əlaqələri var. Zatulin kimi üzdəniraq deputatların belə sərsəm bəyanatları heç bir halda öz məqsədlərinə çata bilməyəcək”, - deyə Milli Məclisin deputatı bildirib.

E.Nəsirov vurğulayıb ki, Rusiya Dövlət Dumasının rəhbərliyinin Zatulin kimi üzdəniraq deputatların belə bəyanatlarına reaksiya verməsini çox istərdik. Hesab edirəm ki, Zatulinin bu hərəkətlərinin mənasız olduğu, bizim münasibətlərin səviyyəsinə adekvat olmadığı ona başa salınmalıdır. İnanırıq ki, Zatulin kimi üzdəniraq siyasətçilərin belə davranışlarına və məsuliyyətsiz bəyanatlarına Rusiya Dövlət Duması rəhbərliyi səviyyəsində də müəyyən reaksiya olacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM