QADIN TURİZMİ…

10:19 / 11.10.2018

HƏYƏCAN TƏBİLİNİ SÜRÜCÜLƏR ÇALIR

Taksi dayanacağında müştəri gözləyən üç sürücü nəyisə bərkdən müzakirə edirdilər. Qulağıma “vallah, daha mən özümə azərbaycanlı deməyə utanıram. Gör bizi nə günə qoyublar!” sözləri dəyəndə ayağımı ləngitdim, düzü xətrimə dəydi bu sözlər. “Nə olub, bala, niyə utanırsan öz xalqına, öz vətəninə görə?” Elə bil ürəyimdənn keçənləri oxudular. Səsləri qısıldı, ehtiyatla baxışdılar, ancaq məni tanıyan kimi qırışıqları açıldı. Görüşdük. “Sabir müəllim, sizsiniz?” Təsdiq etdiyimi görüb daha qəzəblə danışmağa başladılar. Saçı-saqqalı çallaşmış, tökmə bədənli kişi qəzəbindən bir yerdə dayana bilmirdi: “Başqa adam olar deyə, ehtiyat elədik. Amma siz xalq adamısınız, sizin yanınızda danışmaq olar...”

“Nə barədə?”

“Heç bu ətrafdakı barlara getmisiniz?”

“Mən barlara getmirəm. Hansı bardan danışırsınız?”

Yanında dayanan yoldaşı söhbətə qarışdı. “Gecə barlarını, bağışlayın, ümumxanalarıı deyir. Hamısı bu ətrafda, Bakının mərkəzindədir! Şəhərimizin ürəyinə soruşublar! . Ay başuva dönüm, niyə bu milləti alçaldırlar?”

Demək istədim, “gərək, millət özü öz ləyaqətini qorusun”, sonra düşündüm ki, yaxşısı budur əvvəlcə onları dinləyim.

Üçüncü sürücü qarışdı söhbətə: “Kimin övladlarıdır o barlardakılar? Bir maraqlanın, öz gözünüzlə görün, görün xalqın cavan-cavan qızları nə gündədir, bir tikə çörək, ehtiyac onları nə günə salıb? Zəhləm getmiş ərəblər Bakıda “para”, “qarı” deyə-deyə gəzirlər. Vurub öldürək bunları?”.

Mən qəsdən ağızlarını aradım: “Hanı bəs qıza-qadına əyri baxanın gözünü çıxaran Bakı cavanları?”

“Bu elə-belə iş deyil e, Sabir bəy! Bu millətimizə qarşı qəsddir. Heç bir ölkədə belə, bağışlayın, oğraşlıq ola bilməz! Tək bir “İnfiniti”yə minlərlə qız girib-çıxır...”

“Nədir o İnfiniti?” - deyə təəccüblə soruşdum.

“Maraqlanın da! Xalq sizlərin etirazınızı gözləyir, sizdən umur. Görün bu İnfinitiləri, Tunelləri, Las-Veqasları, Ellipsləri kimlər açıb? Arxasında kimlər dayanır? Qadınları, qızları kimlər cəlb edir oralara?”

“Bu, müharibədən də ağırdır, müəllim. Turist cəlb eləmək üçün millətin şərəfini ayaq altına atıblar? Tüpürüm o turistin də, ona yol göstərənin də üzünə! Belə binamusluq olar? Turistlər gəlsin, ammma sən ona mədəniyyətini, tarixini, təbiətini göstər! Turistə xoş olsun deyə özlərini açıb ortaya qoyublar. Bilmirlər dünya bizə gülür. “Dağ turizmi”, “dəniz turizmi”, “at turizmi” eşitmişik. “Qadın turizmini” də bunlar yaratdılar...”

“Canuva and olsun, müəllim, boğaza yığılmışıq. Ailəmizi dolandırmaq üçün gecəni-gündüzə qatıb işləyirik. Onu da burnumuzdan tökürlər. Ay qardaş, bizdən nə istəyirsən, sən get o əxlaqsızlıq yuvalarını yoxla da!”

“Sən nə danışırsan, ay kişi, oraları elə yoxlayanlar qoruyur da! Müəllim, bizdə bu işlərə rəsmi icazə var?”

“Yox! –deyirəm= bizdə bu işlər leqallaşmayıb”.

“Deməli, bu boyda həngamələr, günü-gündən artan əxlaqsızlıq yuvaları qanunsuz fəaliyyət göstərir. Bəs bu qanunsuzluğun qarşısı niyə alınmır? Sizcə adi adamlar qanunla qadağan olunan işləri görə bilər?..”

Beləcə mənə kəlmə kəsməyə imkan vermədən, biri-birinin sözünü kəsə-kəsə danışırdılar. Sadə adamlardı, hər şeyi çox sərt şəkildə, öz adı ilə deyirdilər, onların dediyi kimi yaza bilmərəm. Bakı otellərində, restoran adı daşıyan ümumxanalarda, istirahət mərkəzilərində nələr baş verdiyi haqqında çox eşitmişdim, ancaq bunların sadaladıqları o komplekslərdən xəbərim yox idi.

Hələ üstəlik, Bakının mərkəzindəki yaşayış binalarının əksəriyyətinin zirzəmilərində “Massaj salonları” adı altında fəaliyyət göstərən “yuvalar” barədə də birinci dəfə idi eşidirdim.

Sözə birinci başlayan sürücü sakitləşə bilmirdi: “ Müəllim, söhbət beş-on nəfərdən getmir, minlərlə gənc azərbaycanlı qızdan gedir. Bunların sahibi yoxdur? Bunlar bu ölkənin vətəndaşı deyil? Ana olmamalıdır bunlar? Burda xüsusi şəbəkələr, firmalar fəaliyyət göstərirlər; gənc qızları, ehtiyacı olan, iş axtaran xanımları əxlaqsızlığa cəlb etməklə çörək qazanırlar, var-dövlət sahibi olurlar. Ən dəhşətlisi odur ki, bu barlara gələnlər arasında tələbələrin sayı günü-gündən artır. Çoxu rayon qızları, bura təhsil almağa gəliblər, nəzarətdən uzaq, valideynlərdən ayrı... Bir az yaxşı yaşamaq üçün edilən təklifləri bu şəkildə “dəyərləndirirlər”. Xüsusi dəllallar hərəni bir yolla bu işlərə cəlb etməyi yaxşı bacarırlar. Hamının zəif yerlərini bilirlər. Yoxsa ölkədə bu qədər əxlaqsız qadın nə gəzirdi?! Deyirlər, Türkiyədə otellərdən yığışdırıblar bu biabırçılığı. Bizə nə olub bəs?

Yoldaşı onun sözünü kəsir:

“Burda onu eləyə bilməzlər. Çünki bu işdə vəzifəli şəxslərin barmağı var. Bu, təkcə turist və pul məsələsi deyil. Bu, qəsdən millətimizin əxlaqını pozmaqdır, bizi aşağılamaqdır, bizim üzümüzə tüpürməkdir. Görünür, hakimiyyətdə müəyyən adamlar var ki, bu yolla milləti satmaqdan, dünyada biabır etməkdən zövq alırlar. Onlar da bu yolla vuruşurlar biznən...”

“Yolundan olma, müəllim. Allah razı olsun, heç olmasa dinlədin bizi. Amma susma! Sənin sözünə ehtiyacımız var!...”

Söz qalmamışdı. Küçədə müştəri gözləyən sürücülər hər şeyi demişdilər...

“Siz azərbaycanlı olmağınızdan utanmayın, qardaşlar, qoy azərbaycanlını bu yola itələyənlər utansınlar” - deyib aralandım.

Ölkədə fuhuş qadağası haqqında qanun çıxarmağın vaxtı çatıb!

Bu yazımı paylaşmağınızı və bu məsələyə münasibət bildirməyinizi xahiş edirəm. Bu çirkab yuvalarını şəhərimizdən təmizləyənə qədər susmaq olmaz!

Sabir Rüstəmxanlı

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM