Anqolanın prezidenti Joze Eduardo Duş Santoşun müəllimi Dursun Hümbətov kim olub?

11:09 / 11.10.2018

 

Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı) 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun, yəni qədim türk eli Borçalının Qurdlar kəndində anadan olub. Onun ata babası Borçalı elinin seçkin, nüfuzlu zadəganlarından, bəylərindən biri - Hümmət Şahzeynallı olmuşdur. Məhz bu səbəbdəndir ki, D.Hümbətovun atası Oruc Hümmətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 10 il müddətinə SSRİ-nin uzaq Arxanqelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilib.

Kiçik yaşlarından ailədə atasının yerini tutmağa çalışan qürürlu Dursun gecə-gündüz tarlada, həyətyanı sahədə işləyərək ana-bacısı və kiçik qardaşını dolandırmaqla yanaşı, dərslərini də əla qiymətlərlə oxumaqdan qalmayıb..   

Təsadüfi deyildir ki, 1945-ci ildə o, səkkizillik kənd orta məktəbinin əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirib. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-Riyaziyyat fakültəsinə qəbul olunub. O, təhsilinin ilk illərindən ən yüksək nailiyyətlər əldə etmiş, fakültənin həm elmi, həm də ictimai həyatında yaxından iştirak etmişdir. Məhz bu səbəbdəndir ki, D.Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülmüşdür. Qeyd edək ki, bu nüfuzlu Dövlət təqaüdünə həmin institutda Dursun Hümbətovdan əvvəl yalnız Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Bakı Şəhər PK-nin birinci katibi olmuş Şıxəli Qurbanov layiq görülmüşdü.  D.Hümbətov isə həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü və qrup nümayəndəsi olmuşdur. Lakin onun aktiv ictimai həyatı ona elmi bilik və maraqlarını dərinləşdirməyə mane ola bilməmişdi. Təsadüfi deyildir ki, həmin dövrdə Dursun Hümbətovun elmi istedadı Azərbaycanda fizika elminin banilərindən biri, görkəmli  alim, professor A.A.Abbaszadənin diqqətindən yayınmamışdır. Bu unudulmaz alimin rəhbərliyi altında D.Hümbətovun ilk elmi məqalələri və məruzələri institutda təşkil edilmiş müxtəlif elmi konfranslarda böyük əks-səda doğurmuşdur. Məhz bu nailiyyətlərinə görə, 1951-ci ildə Dursun Hümbətov, istisna hal kimi, tələbə ikən Sov.KP sıralarına qəbul olunmuşdu.

Beləliklə, D.Hümbətov 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra dövlət təyinatı ilə Azərbaycanın Jdanov (indiki Beyləqan) şəhər orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, bir neçə il çalışdıqdan sonra isə doğma Borçalıya, kəndinə qayıdaraq, bir müddət qonşu Gorarxı (indiki Algeti) kəndində, sonra isə Baydar kənd orta məktəblərində fizika və riyaziyyat fənlərini yüksək səviyyədə tədris etmişdir. Onun qeyd olunan orta təhsil məktəblərində əzmkar fəaliyyəti öz bəhrəsini vermiş, burada yüzlərlə gələcəyin yüksək səviyyəli mütəxəssis və alimlərini hazırlamışdır.  

 Lakin D.O.Hümbətovun elmi maraqları, araşdırmaçı həvəsi tezliklə onu aspiranturaya gətirib çıxarmış və o, 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnsitutunun aspiranturasına daxil olmuşdur. Elə həmin ildə, institutun direktoru, görkəmli fizik, uzun müddər Elmlər Akademiyasının Prezidenti olmuş, akademik Həsən Abdullayevin şəxsi təşəbbüsü ilə o, Moskva şəhərindəki Üzvi Elementlər Birləşməsinin Kimya və Texnologiyası Dövlət Elmi-Tədqiqat İnstitutuna ezam olunmuşdur.

Dursun Hümbətov burada professor Viktor Kostryukovun rəhbərliyi altında geniş elmi araşdirmalara başlamış və artıq 1965-ci ildə Minsk  şəhərində Dövlət Universitetinin Elmi Şurasında “Silisium üzvü birləşmələrinin termodinamika funksiyalarının və fırlanma potensialının aşaği temperaturda istilik tutumunun qiymətlərinə əsasən təyini” mövzusunda dissertasiya işini mudafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini qazanmışdır. Eyni zamanda, alim kimi fəaliyyətini 1964-1966-cı ildə illərdə Azərbaycan EA Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində başlamış,1966-cı ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Sənaye Universiteti) Fizika kafedrasında assistent vəzifəsinə keçərək ömürünün axırına kim bu nüfuzlu təhsil ocağında elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Belə ki, Dursun Hümbətov 1967-ci ildə kafedranın baş müəllimi, 1970-ci ildə isə dosenti vəzifəsinə irəli çəkilmişdir. O, 50-dən çox elmi məqalə, monqrafiya və dərs vəsaitlərinin müəllifi olmuş, onun rəhbərliyi ilə onlarla elmlər namizədi yetişdirilmişdir. Onun mexanika, molekular fizika, elektrik, maqnit, optika üzrə çoxsaylı kitabları, metodiki vəsaitləri indiyədək müxtəlif təhsil müəssisələrində qiymətli dərs vəsaiti kimi istifadə olunur. Bununla yanaşı, Dursun müəllim uzun müddət Azərbaycan Neft-Kimya İnstitutunda fakültə partiya komitəsinin katibi, tələbə qəbulu komissiyasının üzvü, Neft-Mədən fakültəsinin Xalq Nəzarəti komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmışdır. Dursun müəllim eyni zamanda ölkəmizin müxtəlif rayonlarında fizika fənni üzrə olimpiadaların təşkilat komitəsinin rəhbəri olmuş, bütün ucqar rayonlarımızda istedadlı şagirdlərin axtarılıb tapılmasına və elmə gətirilməsinə böyük töhfə vermiş, bununla əlaqədar, AR Təhsil Nazirliyinin dəfələrlə medal, fəxri fərman, təşəkkürnamələri ilə təltif edilmişdir. Bundan əlavə, o, Azərbaycan Neft-Kimya İnstitutunda Xarici tələbələr fakültəsində fizika fənnini yüksək səviyyədə tədris etmiş və onun tələbələri sırasında hətta Anqolanın prezidenti Joze Eduardo Duş Santoş (José Eduardo dos Santos), bir sıra Afrika, Asiya ölkələrinin yüksək vəzifələri şəxsləri olmuşlar. Dursun müəllim ömürünün axırlarına yaxın “Bərk maye cisimlərin istilik tutumunun texniki təyinləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və ilkin müdafiəsini yekunlaşdırmışdır. Lakin Dursun müəllim 1990-cı ilin Yanvar hadisələri zamanı, 40 ilə yaxın üzvü olduğu kommunist partiyasının mərkəzi komitəsinin vicdansız rəhbərliyinin ölkəmizə zirehli texnika, ordu yeridərək kütləvi qırğın törətməsindən çox təsirlənərək ağır formada infarkt keçirmiş və bir müddət sonra dünyasını dəyişmişdir. Dursun müəllim nəinki Azərbaycanda, eləcə də Gürcüstanda, Rusiyada və digər ölkələrdə tanınmış alim, ziyalı və ictimaiyyətçi olmuşdur. O, istedadlı alim, dəyərli pedaqoq, fəal ictimaiyyətçi olması ilə yanaşı, həm də gözəl ailə başçısı idi. Belə ki, istedadlı pedaqoq həyat yoldaşı Ofelya Əhmədova ilə birgə üç savadlı, vətənpərvər, qayğıkeş övlad böyütmüşdür. Onların kiçik oğlu Fuad Hümbətov təcrübəli diplomat və alimdir, uzun müddət AR-in Belçika Krallığındakı səfirlinin Birinci katibi olmuşdur, hazırda isə Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının Baş katibinin müavini, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Digər övladları Hümbət və Təranə isə yüksək ixtisaslı, peşəkar həkimdirlər.

Elnur Eltürk


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM