Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycanın 9 ay ərzində həm daxili, həm də xarici siyasətində qazanılmış uğurlar və onu fərqləndirən amillər, qarşıda duran vəzifələr haqqında təhlillər apardı.Strategiya.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün uğurlu ildir: "Bunu cənab Prezident də çıxışında vurğuladı. Ən önəmlisi odur ki, bu 9 ay ərzində Azərbaycanda sabitlik olub, əhali əmin-amanlıq şəraitində və təhlükəsiz yaşayıb. Qonşu regionlarda və ölkələrdə qorxulu proseslərin getdiyini nəzərə alsaq, Azərbaycanda sabitlik çox ciddi nailiyyətimizdir. Təbii ki, bunun da əsasında Azərbaycan xalqı ilə iqtidarının birliyi dayanır. Bu bizim uğurlarımızın əldə olunmasında əsas amildir. 9 ay ərzində də bütün bu nailiyyətlərin əsasında Azərbaycan əhalisinin sosial rifahı dayanır”.
Millət vəkili bildirib ki, bu dövrdə Azərbaycanın xarici siyasəti kifayət qədər uğurlu olub: “Bu müddətdə Prezident İlham Əliyev 12 ölkəyə səfər edib. 15 ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri olub. Bu faktlar Azərbaycanın xarici siyasətinin səmərəliliyinin nəticəsidir. Eyni zamanda, xarici siyasətimizdə Azərbaycanın qonşu ölkələrlə münasibəti xüsusi yer tutur. Biz bu sahəyə də xüsusi önəm veririk. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri inkişaf edir. Azərbaycan bu gün islam həmrəyliyinə çox ciddi töhfələr verən dövlətdir. İslam Əməkdaşlıq Təşkilatı ilə, təşkilata üzv olan ölkələrlə əlaqələrimizi xeyli inkişaf etdirmişik. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri inkişaf etdirilib. Avropa İttifaqı ilə bu il imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin isə bir çox üstün cəhətləri var. Xüsusilə də bu sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması öz əksini tapıb. Eyni zamanda NATO-nun son sammitinin yekun bəyannaməsində də münaqişələrin ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlanması məsələsi öz əksini tapıb”.
E.Nəsirov deyib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət ayırdı:
“Dövlətimizin başçısı qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb və olmayacaq da. Cənab Prezident münaqişənin tənzimlənməsi ilə bağlı mövcud formata diqqət ayırdı. Qeyd etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılmalıdır. Bu da təsadüfi deyil, çünki Ermənistanın yeni rəhbərliyi israrlı idi ki, danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də tərəf kimi çıxış eləsin. Halbuki Azərbaycanın Dağlıq Qarabağla bağlı heç bir ərazi iddiası yoxdur, çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, hüquqi və tarixi torpaqlarıdır. İddia Ermənistanındır və bu ölkə hələ də işğalçılıq siyasətini həyata keçirir. Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqeyini ortaya qoydu”.
Politoloq qeyd edib ki, 9 ayın yekunları bunu deməyə əsas verir ki, Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qarşısına qoyduğu hədəflərə nail olunub.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM