Azərbaycanlı ananın ərə gedən qızına nəsihəti

09:37 / 07.08.2014

 
Nədir onlar? Əvvəla və ən vacibi, yarpaq dolması bişirərkən yarpağın ortasında zoğ olur ha, gərək onu səliqə ilə kəsib çıxarasan. Bunu qaynananın gözü qabağında, nümayişkaranə şəkildə etsən, daha yaxşı olar. Yoxsa bir də gördün, özünü yetirib, sənə ağıl öyrətməyə başladı: “Bax, yarpağın zoğunu çıxar ha...” Bunu deməyə ona macal verdinsə, vəssalam, batdın Şamaxı batan kimi.
 
Ondan sonra üstünlüyü ələ alacaq. Yəni guya bu, yaxşı arvaddır. Yeri gəldi-gəlmədi sənə məsləhətlər verəcək. Nə bilim, ev süpürəndə “süpürgəni islat”, kartof qızardanda “dibi yapışmasın deyə tavanı tam qızdır” deyib, forslanacaq. Belə şeylərə qəti yol vermə!
 
Elə ki ər evinə çatdın, bütün məharətini işə salıb özünü iş-güc bilən kimi göstər. Lazım gəlsə, sən qabağa düşüb onun gördüyü işə “zameçaniye” tut. Bunu eləyə bilsən, lap əla olar.
 
Ona görə də mənim sözlərimi yaxşı yadında saxla. Mən o qaydaları sənə çox təkrarlatmışam, amma bura da yazıram ki, ürəyim rahat olsun. Paltarın sökük yerini tikəndə tərs üzünə çevir, xəngəl xəmiri yoğuranda qaynamış ilıq su ilə yoğur ki, xəmir axmasın, borşun kələmini çox xırda doğrama, xəşil çalanda yanına əlavə bir çaydan qaynar su qoymağı unutma, makaronun düzünü bəri başdan suya at ki, köpük verməsin. Burada bir az boş yer qoyuram, yadıma düşdükcə yazacam. 
 
Yuxudan tez dur, yatıb günortaya qalma. Elə ki, əl-ayaq çəkildi, başını at yastığa. Çalış, səni yatan yerdə görən olmasın. Desinlər, zalımın qızı od parçasıdır.
 
...Nəbadə subay baldızını orda-burda pisləyəsən. Əksinə, harada oldun, tərifini göyə qaldır, qoy tez alıb aparsınlar.
 
Elə ki, qaynın evləndi, özünü vur xəstəliyə. Qoy təzə gəlin həm bir az sənə qulluq eləsin, canın rahatlansın, həm də qaynana görsün ki, sən daha sərf eləmirsən, təzə gəlini yox, səni ayırsın.
 
Özün də daha kitab-dəftəri at qırağa. İnternetə girəndə də ancaq belə evdarlıq sirlərini öyrənmək üçün gir. Çox ağıllı, çox savadlı olmaq adamın əl-ayağına dolaşır ər evində. Qızım, sən nə qədər savadlı olsan da bil ki, azərbaycanlı ailəsində bir qara qəpik qiymətin olmayacaq. Amma arvadlığın olsa, bütün nəsil-kök başına and içəcək.
 
Sənə mən diplom vermişəm, yaxşı yerə ərə vermək üçün. Diplomun olmasa idi, yoluğun birisinə qismət olardın. İndi şükür Allaha, imkanlı bir ailəyə urcah olmusan, fərasətin olsa, hər şeyi ələ alarsan. Fərasətin olmasa, ayaq altda qalarsan, əl buyruqçusuna çevrilərsən.
 
O Hüqodur, nə bilim, Manpasıdır-nədir, onların kitablarını bir də sənin əlində görsəm, məndən incimə. Az, onları oxuyub, Azərbaycanda yaşaya bilərsən? Ayıl ey, ayıl, qonum-qonşunun qızlarına bax.
 
Sən elə bilirsən, mən vaxtında oxumamışam? Mən “46 bənövşə”ni orta məktəb vaxtlarımda, bəlkə, yalan olmasın, 46 dəfə oxumuşam ey... Amma sonra gördüm, oxumuş, öz biliyi ilə universitet qurtarmış bacımı ər evində necə hoydu-hoyduya götürüblər, nifrət elədim dəftər-kitaba.
 
Bacım binəva, heç biclik bilən deyildi. Ərə gedən ilk gündən nəyi bilməsə, qaynanasından soruşurmuş. Gör, heç adam elə səhvə yol verər?
 
Bir dəfə pomidor-yumurta bişirəndə soruşub ki, bunu qarışdırım? Axı pomidor-yumurtanı qarışdırmazlar? Bu da bilməyib də... Sonra bir dəfə də soruşub ki, kompota duz tökürlər? Qaynana da eləmə tənbəllik, bunu “anekdot” eləyib, yayıb bütün qohum-əqrabaya. Beş-altı arvad bir yerə düşən kimi, bu “anekdot”ları danışıb gülürlərmiş. Mənim universitet qurtarmış bacımı kəmağıl bilirlərmiş.
 
Sən də getdin xalana oxşadın. O da özünə baxan deyildi. Özünə baxmayan arvadın ər yanında hörməti olmaz. Tezdən duran kimi birinci işin “pudra-kraska” ilə olsun. Elə geyin, elə bəzən, elə bil, toya gedirsən. Nəyin var, tax əyninə, üstünə-başına. Göz çıxart. Bər-bəzəkli arvadın tay-tuşları yanında da hörməti artıq olur...
 
Hə... Bir də, a qızım, yadımdan çıxmamış, vacib bir şeyi deyim, nəbadə bu məktubu yad millətin yanında oxuyasan. İnan ki, bizə “həşərat” deyərlər. Nə qədər olmasa, biz də 21-ci əsrdə yaşayırıq axı.../milli.az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM