Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çox maraqlı məsələlərin müzakirəsi ilə keçib. Dövlət başçısı söylədiyi geniş nitqində keçən müddətdə əldə edilən nailiyyətləri ifadə edib. Onların müstəqil dövlət quruculuğunda oynadığı rol barədə lakonik və dəqiq fikir ifadə edən İlham Əliyev, eyni zamanda, qarşıda duran vəzifələrdən konkret istiqamətlər üzrə bəhs edib. Daxili və xarici siyasətdə üstünlük verilən məqamları vurğulayıb. Ölkə rəhbəri müstəqil dövlət quruculuğu işində daha inamlı və qətiyyətli irəliləməyin vacib olduğunu ayrıca qeyd edib. Əlamətdardır ki, iclasda dövlət başçısının qaldırdığı məsələlərə Nazirlər Kabineti çevik reaksiya verərək, qarşıda dayanan vəzifələrin icrası ilə bağlı mühüm qərar qəbul edib. Bu kimi məqamların üzərində geniş təhlili dayanmaq zərurətini hiss edirik.
Düşünülmüş siyasətin bəhrələri: cari ilin nailiyyətləri işığında
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dərin məzmunlu nitq söyləyib. Dövlət başçısı keçən müddət ərzində ölkədə əldə edilən nailiyyətləri və qarşıda duran vəzifələri dolğunluğu ilə izah edib. Prezident 2018-ci ili ölkəmiz üçün "uğurlu il" adlandırıb (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 9 oktyabr 2018).
Bu tezisin arxasında cari ilin doqquz ayı ərzində ölkə həyatının bütün sahələrində qazanılan konkret uğurlar dayanır. Onun təməlində isə qarşıya qoyulan bütün vəzifələrin "uğurla və vaxtında icra edilməsi" durur (bax: əvvəlki mənbəyə). Bu aspekt əhəmiyyətlidir. Çünki postsovet məkanında hətta ən inkişaf etmiş dövlətlərdə belə Prezidentin qarşıya qoyduğu vəzifələr müəyyən faizlə icra edilir. Azərbaycanda isə Prezident tapşırıqlarına tam olaraq əməl edilir. Bu, bir tərəfdən, ölkə rəhbərinin düşünülmüş və əsaslı vəzifələr müəyyənləşdirməsi ilə şərtlənirsə, digər tərəfdən, İlham Əliyevin komandasının səmərəli fəaliyyət göstərdiyinin nümayişidir. Azərbaycan iqtidarı vahid komanda ilə faydalı fəaliyyət göstərir.
Bu baxımdan Azərbaycanın əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşaması cari ilin ən vacib nailiyyətləri sırasında yer almalıdır. Bütün dünyada risklərin, qeyri-müəyyənliyin, müxtəlif böhranların hökm sürdüyü bir mərhələdə Azərbaycanda sabitliyin və dayanıqlı inkişafın mövcud olması, təbii ki, çox sevindiricidir. Bununla bağlı dövlət başçısı dəyərli fikirlər ifadə edib. İlham Əliyev nitqində vurğulayıb: "Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır" (bax: əvvəlki mənbəyə).
Özü də bu cür vəziyyət dünya ilə bərabər Cənubi Qafqazda da geosiyasi situasiyanın daha da gərginləşməsi fonunda özünü göstərir. Hətta "yeni qarşıdurma, münaqişə ocaqları yaranır" (bax: əvvəlki mənbəyə). Bunun fonunda, təəssüf ki, əvvəlki illərdə yaranmış münaqişələr həll edilmir. Nəticədə, Azərbaycan özünü mümkün risklərdən qorumalıdır və qoruyur. Baxmayaraq ki, Azərbaycanda daxili risk mənbələri yoxdur, regional və dünya miqyasında cərəyan edən qeyri-müəyyən proseslər və müxtəlif təhdidlər güclü əks-tədbirlər görməyi tələb edir. Azərbaycan rəhbərliyi məhz bu cür strategiya ilə xalqın firavan həyatını təmin edir. Bu, şübhəsiz ki, dövlət başçısının daxili və xarici siyasət kursunu bir-biri ilə yüksək səviyyədə uyğunlaşdırması sayəsində mümkün olur. Bu ilin doqquz ayı ərzində həmin tezisi təsdiq edən çoxlu sayda hadisələr baş verib.
Həmin kontekstdə İlham Əliyev vurğulayıb: "Bu istiqamətdə bir çox addımlar atılır, o cümlədən xarici siyasətlə bağlı addımlar. Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır" (bax: əvvəlki mənbəyə). Bəli, olduqca əhəmiyyətli məqamdır.
Azərbaycan Prezidenti cəmi doqquz ay müddətində 27 ölkənin dövlət və hökumət başçıları ilə dövlətçilik üçün vacib olan müzakirələr aparıb. Bu, istənilən siyasi lider üçün kifayət qədər gərgin və intensiv fəaliyyətdir. Ancaq Prezident İlham Əliyev daim böyük enerji və fəallıqla müzakirələr aparıb və konkret nəticələr əldə edib. Bu nəticələr sırasında siyasi, geosiyasi, iqtisadi, humanitar, nəqliyyat, hərbi, müdafiə və sair xarakterli faktorlar vardır. Deməli, dövlət başçısı keçən müddətdə sistemli və səmərəli fəaliyyət göstərib və bununla bütün ölkə üçün nümunə olub.
Müqayisə üçün deyək ki, Cənubi Qafqazın başqa heç bir dövlətinin başçısı bu səviyyədə fəallıq göstərə bilməyiblər. Məsələn, Ermənistan rəhbərliyi bir neçə ölkəyə səfər edib, lakin konkret bir müqavilə belə imzalanmayıb. Rəsmi İrəvan müxtəlif sahələri əhatə edə biləcək, regional önəm daşıyan, bölgədə sülhə və əməkdaşlığa xidmət göstərən bir dənə də olsun sənəd imzalaya bilməyib. Bunun fonunda Azərbaycan rəhbərliyinin bölgə və dünya üçün böyük əhəmiyyətə malik əməkdaşlıq müqavilələri imzalaması, hansı dövlətin müstəqil olduğunu və beynəlxalq miqyasda praktiki fəaliyyət göstərdiyini açıq təsdiq edir.
Prezident İlham Əliyev məsələnin bu tərəfinin səbəbini dəqiqliklə ifadə edib. Dövlət başçısı deyib: "...Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur" (bax: əvvəlki mənbəyə). Deməli, Azərbaycan əvvəlki illərdə olduğu kimi, bu ilin doqquz ayı ərzində də etibarlı tərəfdaş olaraq fəaliyyət göstərib. Ona inanırlar və onu sözübütöv partnyor kimi qəbul edirlər. Siyasi proseslərdə bu, olduqca əhəmiyyətli bir nəticədir.
İlham Əliyev: qətiyyətli, müasir və milli maraqlara cavab verən addımlar
Qısa müqayisələrdə fikrimizi əsaslandırmağa çalışaq. Azərbaycanda Prezident seçkisi ərəfəsi və sonrası bir sıra dairələr böyük hay-küy salmışdılar. Onlar bütün gücləri ilə dövlətimizi və ölkə rəhbərliyini qaralamağa cəhd göstərirdilər. Ancaq seçkidən sonra dünyanın ən qüdrətli dövlətləri həm qalib gələn İlham Əliyevi təbrik etdilər, həm də əməkdaşlıq təklif etdilər. Onların sırasında ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya kimi dövlətlər vardı. Və eyni zamanda, qısa müddətdə bu dövlətlərin hər biri ilə əməkdaşlıq sahəsində konkret addımlar atıldı. Etibarlı tərəfdaş və sözübütöv olmaq bundan ibarətdir!
Məhz buna görədir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bəyan edib: "Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir" (bax: əvvəlki mənbəyə). Bundan başqa, rəsmi Bakı bu müddət ərzində müsəlman ölkələri ilə də əlaqələrini yeni səviyyəyə qaldırıb. Bu istiqamət xarici siyasətin prioriteti olaraq qalıb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəallığını davam etdirib. O cümlədən bütün beynəlxalq təşkilatlarda İslam həmrəyliyini təbliğ edib. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması bu baxımdan tamamilə məntiqi idi.
Müsəlman ölkələri də öz növbəsində Azərbaycanın bu fəallığına yüksək qiymət verir. Deməli, bütövlükdə İslam aləmində Azərbaycanın hörməti və siyasi çəkisi artır. Bunun təsdiqlərindən biri Bakı ilə yanaşı, Naxçıvanın da İslam Mədəniyyətinin paytaxtı elan edilməsidir. Prezident nitqində ayrıca vurğulayıb ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək və müsəlman dövlətlərlə əməkdaşlıq yeni səviyyəyə yüksəldiləcək.
Bu ilin doqquz ayı ərzində görülən işlərdən bəhs edərkən mütləq Azərbaycanın iştirakı ilə baş tutan bir neçə önəmli beynəlxalq hadisəni də vurğulamaq gərəkdir. Onların sırasında, heç şübhəsiz, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi ayrıca yer tutur. Bununla bağlı Prezident xüsusi fikir bildirib. Dövlət başçısı ifadə edib: "Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir" (bax: əvvəlki mənbəyə).
Bu problemin həll edilməsinin böyük əhəmiyyəti onun tarixçəsindən aydın görünür. Xəzər hövzəsinin bir sıra dövlətləri çalışırdılar ki, daha çox fayda götürsünlər. Azərbaycan isə milli maraqlarından çıxış edərək, müasir dövrün tələblərinə və tarixi reallığa uyğun, beynəlxalq hüquq çərçivəsində məsələnin həllinə çalışırdı. Sonda məhz bu cür də həll öz yerini tutdu. Xəzərin hüquqi statusu ilə bağlı qəbul edilən Konvensiyanın müddəaları Azərbaycanın milli maraqlarına tam uyğundur, eyni zamanda, digər Xəzəryanı dövlətlərin maraqlarına cavab verir.
Digər tərəfdən, Konvensiyanın qəbul edilməsi dünya miqyasında region dövlətləri ilə əməkdaşlıq etməyə can atan ölkələrin sayını artırdı. Çünki artıq hüquqi baza vardır və Xəzərdə əməkdaşlığı çəkinmədən qurmaq olar. Bu səbəbdəndir ki, Azərbaycan Prezidenti ifadə edir ki, bu, "çox ciddi hüquqi sənəddir". Sözsüz ki, Azərbaycan müstəqil dövlət olaraq bu imkandan maksimum dərəcədə həm özünün, həm də bütövlükdə regionun maraqlarına uyğun yararlanacaqdır. Azərbaycanın beynəlxalq əlaqələri daha da inkişaf edəcəkdir.
Ölkə rəhbəri digər vacib beynəlxalq hadisə kimi Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının keçirilməsini göstərib. Gələn il bu təşkilatın zirvə görüşü Bakıda keçiriləcək. Qoşulmama Hərəkatı beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. Onun çox sayda üzvü vardır və fəaliyyətində beynəlxalq gərginliyin azaldılması xətti üstünlük təşkil edir. Azərbaycan gələn ildən bu təşkilatda sədrlik edəcək ki, ekspertlər bunu çox müsbət hal hesab edirlər. Çünki Azərbaycan sülhsevər, əməkdaşlığa can atan, beynəlxalq hüquqa tam əməl edən və sabit inkişafa malik ölkə kimi həmin quruma böyük töhfə verə bilər.
Prezident doqquz ayın mühüm beynəlxalq hadisəsi kimi ölkəmizin Avropa İttifaqı ilə münasibətlərində baş verən yeniliyi də vurğulayıb. Bunun üçün tam əsas vardır. Çünki Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, Aİ ilə münasibətlərini tam suverenlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzrə qurur. İlham Əliyev nitqində həmin kontekstdə xüsusi ifadə edib: "Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir" (bax: əvvəlki mənbəyə).
Məsələ ondan ibarətdir ki, həmin sənəddə Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bir sıra məqamlar öz əksini tapıb. Onların sırasında Aİ ilə Azərbaycanın əməkdaşlığının qarşılıqlı faydalılıq prinsipinə əsaslanması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəklənməsi ayrıca əhəmiyyət kəsb edir.
Çox vacib məqamdır ki, sənəddə ilk dəfə olaraq Aİ bir təşkilat kimi Azərbaycanın sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü rəsmi olaraq ifadə edib. Ekspertlər bunu Azərbaycanın xarici siyasətinin çox böyük uğurlarından biri kimi qiymətləndirirlər. Bu bağlılıqda NATO-nun zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə edildiyi punkt da dövlətimiz üçün əhəmiyyəti olan beynəlxalq hadisə kimi vurğulanmalıdır. Hər iki sənəddə yer almış müddəaları ümumiləşdirərək, Prezident İlham Əliyev nitqində ayrıca ifadə edib: "Bütün bu sənədlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir" (bax: əvvəlki mənbəyə).
Həmin bağlılıqda dövlət başçısının Ermənistan tərəfinin ciddi cəhdlər göstərməsinə rəğmən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişməz qalmasını xüsusi qeyd etməsi təsadüfi deyil. Çünki rəsmi İrəvan son zamanlar bu məqamı çox qabardır. Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı separatçı-terrorçuların danışıqlarda "söz sahibi" olmalarından dəm vurur. Ancaq bunu nə Azərbaycan, nə də vasitəçilər qəbul etmirlər. Buna görə də "danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır" (bax: əvvəlki mənbəyə). Və Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayacaq.
İlham Əliyev bütün bunlarla yanaşı, Azərbaycanın öz hərbi qüdrətini daim artırmaqda davam edəcəyini qürurla vurğulayıb. İndi ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Ölkə rəhbərliyi ordu quruculuğunda lazımi addımlar atmaqdadır. Həm hərbi texnikanın istehsalı, həm kənardan müasir silahların alınması, həm də silahlı qüvvələrin döyüş qabiliyyətinin mütəmadi artırılması onu göstərir ki, Azərbaycan ordusu Ali Baş Komandanın qarşıya qoyduğu hər bir tapşırığı yerinə yetirməyə hazırdır.
Davamlı və uğurlu inkişaf naminə: iqtisadi yüksəliş yolunda
Təbii ki, davamlı və uğurlu inkişaf üçün iqtisadi sistemin inkişafı çox vacibdir. Prezident İlham Əliyev bu məqam üzərində nitqində geniş dayanıb. Dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə ardıcıl addımlar atılır. Güclü iqtisadi imkanlar olmadan heç bir planı reallaşdırmaq mümkün olmazdı. Təsəvvür edək ki, Azərbaycan böyük həcmdə sərmayə tələb edən iqtisadi, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və aktiv iştirakçısıdır. Bu yükü uğurla daşımağın yolu iqtisadiyyatı, maliyyə imkanlarını daim artırmaqdan keçir. Bu barədə ölkə rəhbəri konkret mövqeyini aşağıdakı kimi ifadə edib: "Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir" (bax: əvvəlki mənbəyə).
Buna görədir ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb. Cari ilin doqquz ayı ərzində əldə edilən göstəricilər bunu tam təsdiq edir. Belə ki, keçən müddətdə ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faiz, sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesində isə 10,8 faiz təşkil edib. Kənd təsərrüfatı bu müddətdə 4,3 faiz artıb. Əhalinin gəlirləri 9,5 faiz artıbsa, inflyasiya cəmi 2,6 faiz olub. Keçən doqquz ayda ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız isə 45 milyard ABŞ dollarına çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi və ixrac 37 faiz artıb (bax: əvvəlki mənbəyə).
Ötən doqquz ayda çox əhəmiyyətli istehsal və nəqliyyat-logistika obyektləri istifadəyə verilib. O sırada polipropilen zavodunun açılışını dövlət başçısı xüsusi qeyd edib. "SOCAR Polymer"lə birgə bu zavoda qoyulan sərmayə 800 milyon ABŞ dolları təşkil edir. Bundan başqa, yaxın gələcəkdə istifadəyə veriləcək Azərbaycanın Türkiyədəki "Star" neftayırma zavoduna qoyulan sərmayə – 6 milyard dollar təşkil edir. Dövlət başçısı istifadəyə verilən mühüm obyektlər sırasında Ələt Beynəlxalq Dəniz Ticarət Limanını xüsusi vurğulayıb. Bu liman may ayında istifadəyə verilib. O, Xəzər dənizinin ən böyük limanıdır və geniş imkanlara malikdir. Prezident İlham Əliyev onu "tarixi layihə" adlandırıb.
Yuxarıda vurğulanan uğurlarla yanaşı, 2018-ci il Azərbaycanın enerji siyasətinin inkişafı üçün də əlamətdar olub. May ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. İyun ayında Türkiyədə TANAP-ın açılış törəni keçirildi. 2018-ci il həm də "Şahdəniz-2"dən qazın gəlməsi ilə yadda qalacaq. Prezident Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışarkən vurğulayıb ki, "Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq" (bax: əvvəlki mənbəyə). Doğrudan da, hər bir müstəqil dövlətin həsəd apara biləcəyi işlərdir. Buraya Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə bağlı atdığı addımları da mütləq əlavə etmək gərəkdir.
Beləliklə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi əyani surətdə göstərir ki, Azərbaycan sürətli inkişafını davam etdirir və o, yeni zirvələr fəth etməyə hazırdır. O da vacib məqamdır ki, Nazirlər Kabineti tez bir müddətdə dövlət başçısının nitqi əsasında qarşıda duran vəzifələri müzakirə edərək, onları həyata keçirmək əzmini nümayiş etdirib. Baş nazir Novruz Məmmədov həmin məsələyə həsr edilmiş Nazirlər Kabineti Aparatının iclasında Prezidentin nitqində vurğulanan məqamlardan bəhs edərək, ayrıca vurğulayıb ki, "...iclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir. Eyni zamanda, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılır. Xüsusən sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür. Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının dediyi kimi, bu il Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışları böyük nailiyyətlərdir. Bu yaxınlarda "Azerspace-2" peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda, Mingəçevirdə, Masallıda Sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir..." (bax: Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib / AZƏRTAC, 11 oktyabr 2018).
Baş nazir Prezident İlham Əliyevin nitqində qaldırdığı məsələlərin geniş şərhini verdikdən sonra Nazirlər Kabineti qarşısında duran vəzifələri ümumiləşdirib və onların icrası üçün uyğun tapşırıqlarını verib.
Bütün bunlar göstərir ki, Prezident çox vacib məsələləri konkret ifadə edir və onun icrası üçün tam əsas yaranır. İndi Nazirlər Kabineti də dövlət başçısının qarşıya qoyduğu vəzifələri tam yerinə yetirmək üçün lazımi səviyyədə fəaliyyətə başlayıb. Bütövlükdə dövlət idarəetmə sistemi dəqiqliklə işləyir. Azərbaycan yeni nailiyyətlərə doğru gedir.
Kamal Adıgözəlov
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM