İsrailin Akko şəhərinin meri: Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir

11:05 / 13.10.2018

Azərbaycan Respublikası dünyəvi ölkə və İslam dünyanın həqiqi tərəqqisinin mayakıdır. Dəfələrlə demişəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mən Azərbaycan xalqının tərəfindəyəm.

Üç il bundan əvvəl mən Azərbaycanda səfərdə oldum, bu gözəl ölkənin siyasi isteblişmenti ilə, o cümlədən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı şəhərinin Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev ilə görüşdüm, Quba rayonundakı məşhur Qırmızı Qəsəbəyə getdim və Azərbaycan yəhudilərinin həyatı ilə tanış oldum. Deyə bilərəm ki, yəhudilər heç bir başqa yerdə Azərbaycanda olduğu kimi gözəl həyat tərzi keçirmirlər. Bu işdə Azərbaycan-İsrail strateji tərəfdaşlığının memarlarından biri olan Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri var. İlham Əliyev özünün geosiyasi təşəbbüsləri ilə, beynəlxalq təhlükəsizlik problemlərinin, regional və qlobal məsələlərin həllinə verdiyi töhfələrlə regionun lideri olan ölkənin güclü Prezidenti olduğunu təsdiq edir.

 İsrailin Akko şəhərinin meri Şimon Lankri bu fikirləri İsrailin Akko şəhərində bələdiyyə seçkiləri ərəfəsində öz elektoratı – Azərbaycan Dağ Yəhudiləri İcması qarşısında çıxışında söyləyib.

Şimon Lankri Azərbaycanda olarkən Azərbaycan xalqına xas olan səmimiyyət və qonaqpərvərliyi, tolerantlıq və multikulturalizmi şəxsən hiss etdiyini vurğulayıb. Akko meri deyib: “İsrail müasir müstəqil Azərbaycan rəhbərliyinin ölkədəki 20 minlik yəhudi icmasına səmimi münasibətdə rolunu yüksək qiymətləndirir. Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. Əslən Azərbaycandan olan yaxın dostlarım – Akko şəhərinin Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı, əslən Azərbaycandan və Qafqazdan olanları Əlaqələndirmə Mərkəzinin rəhbəri Nexemiya Şirin Mixaeli və İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Azərbaycan adlı ölkəni mənim üçün kəşf ediblər. Onlar İsraildə həmişə qürurla deyirlər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər orada özlərini heç vaxt qərib hiss etməyiblər. Mən Azərbaycanda yəhudilərə bu cür səmimi münasibəti öz gözümlə görəndən sonra Azərbaycanın həqiqi dostu olmağıma görə qürur duyuram. Müsəlman ölkəsi olan Azərbaycandakı yəhudilərin də bu gün Akkodakı sinaqoqları bəzəyən “Allah bütün dövrlərdə həmişə mənimlə olub” sözləri yazılmış təsvirin eyni olan təsvir qarşısında dayanaraq Siona qayıtmaq haqqında dua oxuduqlarını görəndə çox mütəəssir oldum”.

Şimon Lankri daha sonra deyib: “Səfər çərçivəsində Quba rayonuna getdim. Orada azərbaycanlıların soyqırımına həsr edilmiş memorial kompleksdə 1918-ci ildə bolşevik-daşnak silahlı dəstələrinin Azərbaycan torpağında törətdikləri kütləvi qətllərin qurbanı olmuş bir neçə min azərbaycanlının və yəhudinin xatirəsini ehtiramla yad etdim. XX əsrin əvvəlində ən faciəli qanlı qırğın aktlarından biri kimi Azərbaycan tarixinə daxil olmuş qanlı faciə barədə eşitdiklərim məni sarsıtdı. Yaxşı yadımdadır, bir neçə il bundan əvvəl biz Akko şəhərinin bələdiyyə şurasında Heydər Əliyev Fondunun dəstəyi ilə sənədli fotosərgi təşkil etmişdik. Azərbaycanın Xocalı şəhərində erməni silahlı dəstələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qanlı qırğına həsr edilmiş həmin sərgidə gördüklərim məni şoka saldı. Mən məhz orada olarkən Azərbaycan tarixinin bu qanlı səhifəsi barədə məlumatı dünya birliyinə çatdırmağa çağırdım”.

Akko şəhərinin Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı, əslən Azərbaycandan və Qafqazdan olanları Əlaqələndirmə Mərkəzinin rəhbəri Nexemiya Şirin Mixaeli tədbirdə çıxış etdi. O, Şimon Lankrinin İsrail-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsində böyük rolunu qeyd edərək dedi: “Mer Şimon Lankri Azərbaycana uğurlu səfəri zamanı Azərbaycan dövləti tərəfindən və şəxsən Azərbaycanın Prezidenti tərəfindən yəhudilərə bu cür səmimi münasibəti görəndən sonra qərara aldı ki, Akko şəhərində Azərbaycan Evi tikilməsi və bu evin fəaliyyətə başlaması zəruridir. Bu gün Şimon Lankri Azərbaycan Evinin qədim və multikultural Akko şəhərinin ayrılmaz və müasir rəmzinə çevrilməsi üçün ondan asılı olan hər işi görür. Əslən Azərbaycandan olan yəhudilərin ən böyük icması Akko şəhərində yaşayır. Vurğulamaq lazımdır ki, Azərbaycandan olan dağ yəhudilərini Əlaqələndirmə Mərkəzi üçün yeni, çoxfunksiyalı abad bina inşa edilməsi təşəbbüsünü məhz Akko şəhərinin meri Şimon Lankri və dağ yəhudilərinin STMEQİ Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev irəli sürüblər. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi də həmin Mərkəzdə fəaliyyət göstərir”.

Tədbirdə çıxış edən İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Şimon Lankrinin Azərbaycana səfərinin tarixi əhəmiyyətini qeyd edərək vurğulayıb ki, bu, İsrail şəhərinin merinin Odlar Diyarına ilk səfəri olub.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut çıxışının sonunda deyib: “Qədim Azərbaycan torpağında iudaizm və İslam, atəşpərəstlik və xristianlıq dinləri mövcud olub. Bu ölkədə hər addımda tolerantlıq və dini dözümlülük hiss olunur. Bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkan olan Qırmızı Qəsəbə Azərbaycanın qürur yeridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi mehriban yaşayırlar. Onları ortaq tarix və ortaq tale bağlayır.

Biz bütün dünyaya və ilk növbədə işğalçı ermənilərə müraciətlə tam məsuliyyətlə bəyan edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz, bizim ağrımızdır, çünki həqiqət və ədalət Azərbaycanın tərəfindədir. İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar həmişə birgə çıxış ediblər. Biz birgə yaşamışıq, birgə sevinmişik, birgə döyüşmüşük. Biz - əslən Azərbaycandan olanlar fəxr edirik ki, erməni işğalçılara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri bizim qardaşımız, Azərbaycan və yəhudi xalqlarının mərdlik və qardaşlıq rəmzi sayılan Albert Aqarunov olub.

Ulu Tanrıya şükür edirik ki, bizə məhz bu gözəl, tolerant və qonaqpərvər Azərbaycan xalqının yanında doğulmaq, böyümək və yaşamaq qismət olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev milli azlıqların, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəsləyir. Ölkə Prezidentinin himayəsi sayəsində Azərbaycanda iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi inşa edilib. Azərbaycanda və bütün Cənubi Qafqazda ilk Yəhudi Muzeyi yaradılması nəzərdə tutulur. Praktiki olaraq İslam dünyasında Azərbaycandan başqa elə bir ölkə yoxdur ki, İsrail dövləti ilə bu cür dərin, sıx və hərtərəfli münasibətlər qurmuş olsun. Azərbaycan dövləti ilə yəhudi icmasının qarşılıqlı münasibətləri əladır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM