Məleykə Abbasazdə: Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub

20:50 / 13.10.2018

"Abituriyentlər və onların valideynləri, bu proseslə əlaqəli olan elmi-pedaqoji ictimaiyyət qəbulla bağlı baş verən dəyişikliklərdən narahat olmamalıdırlar. Çünki bu dəyişikliklər mərhələ-mərhələ, onların elmi əsası öyrənilərək, təcrübədə sınaqdan keçirilərək tətbiq olunur".

Bunu Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərə yeni qəbul modeli ilə bağlı ictimaiyyətdə aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 25 illik, həmçinin Dövlət İmtahan Mərkəzinin son 2 ildəki fəaliyyəti ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin biliklərinin daha obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi məqsədi daşımışdır. Bu gün də təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin, qiymətləndirmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac var.
M.Abbaszadə əlavə edib ki, aparılan araşdırmaların əsasında 2 il bundan öncə Təhsil Nazirliyi ilə birlikdə ümumi orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının yeni qaydaları hazırlanmışdır. 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyır. Bu dəyişikliklərin bir sıra üstünlükləri var. İlk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verəcəklər. Abituriyentlərin imtahan yükü daha da azaldılmışdır. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhə ləsini verir) verilməsini nəzərdə tutur: "Bu da müsbət addım kimi qiymətləndirilməlidir. Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunacaq".
M.Abbaszadə deyib ki, yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub:"Bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir və bizə abituriyentlərin yeni təhsil proqramlarında nəzərdə tutulmuş məzmun xətləri üzrə bacarıqlarını ölçmək imkanı verəcəkdir.
Bu növ yazılı cavab tələb edən tapşırıqların obyektiv yoxlanılması ilə bağlı da müəyyən fikirlər səslənir. Yazı işlərinin yoxlanılması prosesi Dövlət İmtahan Mərkəzində bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüterdən istifadə etməklə markerlər tərəfindən aparılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Yoxlama prosesinə respublikanın paytaxtı və regionlarından ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri cəlb edilir".
M.Abbaszadə bildirib ki, müəllimlər arasında müəyyən qədər narahatlıq doğuran və iradlar səsləndirilən fikirlərdən biri də xarici dil fənni üzrə imtahanının məzmununda edilmiş dəyişiklikdir: "Bilirsiniz ki, burada əsas dəyişikliklərdən biri də imtahanda istifadə olunacaq 30 tapşırıqdan 6-nın “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid olmasıdır. Heç kəsə sirr deyil ki, xarici dil bilmək müasir dövrdə artıq ehtiyac halına gəlmişdir. Buna görə də rus dili ilə yanaşı, ingilis, alman və s. dillərin də lazımi səviyyədə öyrədilməsi əsas məqsədlərdən olmalıdır. Bu sahədə olan mütəxəssislərin tədqiqatları göstərir ki, şagirdlər xarici dili dinləmə və danışıq kimi aktiv metodlarla da öyrənməlidir.
Fənn kurikulumunun xarici dil fənni üzrə müəyyən etdiyi 4 məzmun xəttinə aid bacarıqların yoxlanılması tələb olunur. DİM və Təhsil Nazirliyinin İşçi qrupunun rəyi əsasında hələlik bəzi alt standartların yoxlanılması üçün əlavə vasitələr tələb edildiyindən, onlara aid tapşırıqlardan istifadə olunmur. “Danışma” məzmun xətti üzrə bilik və bacarıqlar da buraxılış imtahanında hələ ki, yoxlanılmır. Bu imtahanda əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək. “Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılır. Bu bacarıqların da fənn kurikulumunda, dərsliklərdə şagirdlərə aşılanması nəzərdə tutulub və 11 ildir ki, həyata keçirilir. Dərsliklərdə bununla bağlı tapşırıqlar yer alıb".
M.Abbaszadə bildirib ki, müasir informasiya cəmiyyətində, yeni texnoloji inqilabların baş verdiyi bir dövrdə yaşadığımızdan hazırda istənilən bir xarici dillə bağlı lazımi məlumatların tapılması şagird və müəllimlər üçün çətin olmamalıdır: "Kurikulumun bir cəhəti də tələbyönümlü olmaq deyilmi? Müasir təhsil sistemində şagird aktiv öyrənəndir, biliyə çatma yollarını araşdırandır. Hər bir məktəbdə kompüterlər mövcuddur. Hər birimizin əlində bir yox, bir neçə telefon var. Özümüz bəzən indiki uşaqların bütün günü əllərində telefon qulaqlarında qulaqlıqla vaxt keçirmələrindən şikayət etmirikmi? Bu vasitələrdən səmərəli istifadənin zamanı nə vaxt gələcək? Bir məsələ barədə də fikirləşməliyik. Məktəbdə xarici dili tədris edən müəllim hansı dildə danışır? İngilis dili dərsində müəllim ingilis dilində danışmırmı? Şagird dərsdə hansı dildə cavab verir? Bu məgər “dinləyib-anlama” bacarıqlarına təsir etmirmi? 11 ildir ki, yeni sistemdən danışılır, tətbiq olunur. Biz daha 11 il də gözləməliyikmi? Bu suallar hər kəsi düşündürməlidir. “Dinləyib-anlama mətni ilə bağlı yaranan süni ajiotajın ciddi bir əsası yoxdur. Təbii hər bir yenilik insanda müəyyən qədər həya cən yaradır. Lakin əminik ki, Mərkəz tərəfindən təqdim olunacaq materiallar, keçiriləcək sınaq imtahanları (yeri gəlmişkən DİM tərəfindən ingilis dili fənni üzrə 2018-ci ilin əvvəlində monitorinq imtahanı da keçirilib və burada şagirdlərin “dinləyib-anlama” qabiliyyətləri də yoxlanılıb) abituriyentlər üçün proqamın mənimsənilməsində yardımçı vasitə olacaqdır".

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM