Milli komandamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatına son hazırlıq məşqləri keçir. Çempionatda iştirak edəcək qadın güləşi, sərbəst güləş və yunan-Roma güləşi üzrə yığma komandaların heyətləri bugünlərdə müəyyənləşib. Dünya çempionatında güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Pəhləvanlarımız ötən illər olduğu kimi, bu il də iştirak etdikləri beynəlxalq turnirlərdə böyük uğurlar qazanıblar.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib. O, dünya çempionatında yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriətinin (125 kq) baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə mübarizə aparacaqlarını bildirib.
Komandanın güclü potensialı var
Elçin Cəfərov bu ilin mühüm yarışlarından olan Avropa çempionatında yunan-Roma güləşi üzrə komandanın böyük uğur qazandığını qeyd edərək deyib: “Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatını yunan-Roma güləşi üzrə Azərbaycan millisi bir qızıl, iki gümüş, iki bürünc medalla başa vurub. Qızıl medala 55 kiloqram çəki dərəcəsində gənc pəhləvanımız Eldəniz Əzizli sahib olub. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş, Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) bürünc medal qazanıblar. Komandamız qitə çempionatından sonra bir neçə Qran-Pri yarışlarında və beynəlxalq turnirlərdə iştirak edib. Həmin yarışlarda ümidləri doğruldan pəhləvanlarımız Ukraynanın Kiyev şəhərində keçirilən son beynəlxalq turniri də uğurla başa vurublar. Bu turnirlər dünya çempionatına hazırlıq xarakteri baxımından böyük əhəmiyyət daşıyır”.
E.Cəfərov komandanın bəzi üzvlərinin kiçik zədələri olduğunu, onların sağalıb bərpa prosesi keçməsi ilə bağlı həkimlər korpusunun tədbirlər gördüyünü də qeyd edib.
Dünya çempionatı gənc pəhləvanlar üçün ciddi sınaqdır
Federasiyanın vitse-prezidenti dünya çempionatında ölkəmizi bir neçə çəki dərəcəsində gənclərin təmsil edəcəklərini deyib. Qeyd edib ki, bu yarış gənc pəhləvanlar üçün ciddi sınaqdır. “Gələn il keçiriləcək növbəti dünya çempionatında da onlara şans vermək fikrindəyik. Düşünürük ki, gənclərimiz yüksək nailiyyət əldə edəcəklər. Bununla da yığma komandamızı gəncləşdirmək istəyirik. Gənclər arasında Avropa çempionatının qalibi Ülvi Qənizadənin də dünya çempionatında iştirakını nəzərdə tutmuşduq. Lakin o, zədə səbəbindən turnirə qatıla bilməyəcək. Eldəniz Əzizli, Murad Məmmədov, İslam Abbasov, Orxan Nuriyev də artıq böyüklər arasında yarışlarda iştirak edirlər”, - deyə E.Cəfərov əlavə edib.
Güləş yarışlarında yeniyetmə idmançılarımızın nailiyyətlərini də xüsusi vurğulayan Elçin Cəfərov qeyd edib ki, onlar Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazanıblar. “Buenos-Ayres-2018”də qadın güləşi üzrə Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Sərbəst güləşçi Turan Bayramov (65 kq) Olimpiya çempionu adına layiq görülüb.
Elçin Cəfərov söhbətinin sonunda vurğulayıb ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi pəhləvanlarımızın dünya çempionatına hazırlığı ilə bağlı son məşqlərin də yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradıb. “Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi bizə hər bir dəstəyi göstərir. Güləşçilərimiz də diqqət və qayğıya cavab olaraq öz üzərilərində səylə çalışırlar. 2019-cu ildə növbəti dünya çempionatı Qazaxıstanda keçiriləcək. Yarış həm də Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əhəmiyyətlidir. Orada ilk beşlikdə qərarlaşan idmançılar “Tokio-2020”yə vəsiqə qazanacaqlar. Macarıstandakı dünya çempionatı 2019-cu ildə təşkil ediləcək dünya çempionatına bir növ yoxlama xarakteri daşıyır. Ümid edirik ki, idmançılarımız öz potensiallarından maksimum istifadə edəcəklər”, - deyə vitse-prezident qeyd edib.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM