Berlində Aşağı Saksoniya federal torpağının Federasiya yanındakı nümayəndəliyində Almaniya-Azərbaycan Forumu və NUMOV cəmiyyətinin təşkilatçılığı və “Ağstafa Aqrar Sənaye Kompleksi”nin dəstəyi ilə “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və gələcək prespektivlər” mövzusunda konfrans keçirilib.
Aşağı Saksoniya federal torpağının Federal və Avropa işləri və Regional İnkişaf Nazirliyinin nümayəndəsi Petra Şults və Almaniya-Azərbaycan Forumunun sədr müavini Helqa Daub təmsil etdikləri qurumların adından tədbir iştirakçılarını salamlayıblar.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək iki dövlət arasındakı münasibətlərin cari vəziyyətini qiymətləndirib, iki ölkə arasında ən yüksək səviyyədə mövcud olan siyasi dialoqu və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya, Federal Kansler Angela Merkelin isə ölkəmizə səfərini vurğulayıb. Səfir siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlığı qeyd edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Almaniyanın ədalətli mövqeyinə toxunub.
Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman çıxış edərək Azərbaycanın Avropa üçün geostrateji və iqtisadi əhəmiyyətini vurğulayıb. O, xalqlarımız arasında münasibətlərin 200 illik tarixə söykəndiyini və bunun hazırda iki dövlət arasında cari münasibətlərin inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan T.Opperman Almaniyanın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycanı özünün tolerantlıq ənənələrinə görə İslam dünyasında nümunəvi ölkə adlandırıb.
Daha sonra tədbir panel müzakirələrlə davam edib. Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoahim Hayntsenin aparıcısı olduğu Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinə həsr olunan paneldə Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının sədr müavini Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb. Millət vəkili qeyd edib ki, Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir. O, eyni zamanda Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulayıb.
Bundestaqın deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Dağlıq Qarabağda yaranmış beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, amma münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərin artırılmalı olduğunu bildirib. Alman deputat münaqişənin həlli prosesində münaqişə tərəflərindən əlavə, digər maraqlı tərəflərin də mövcud olduğuna işarə edib və bunun münaqişənin həllini çətinləşdirdiyini qeyd edib.
Almaniya Xarici İşlər Nazirliyində keçmiş dövlət katibi, NUMOV cəmiyyətinin məsləhət şurasının üzvü Volf Rutord Born bu münaqişədə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu vurğulayıb. O, münaqişənin həllində Madrid Prinsiplərinə əməl olunmasının əhəmiyyətini qeyd edib.
Tədbirin ikinci panelində “Businnes & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılığı ilə münasibətlərin tarixi, Azərbaycanda alman irsi və iki dövlət arasında elmi-mədəni münasibətlərə dair müzakirələr keçirilib.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, prof. Eva-Maria Aux almanların tarixən Azərbaycana köç etməsi, onların ölkəmizdə səmimi qarşılanması, alman irsinə hazırda hörmətlə yanaşılması barədə söhbət açıb. Bu köçün səbəblərinə toxunan alman professor bunu Çar Rusiyasının işğal etdiyi Qafqaz regionunda xristian əhalini artırmaqla özünə sosial baza yaratmaq niyyəti güddüyünü, bu məqsədlə erməni, alman, rus və digər xristian millətlərin kütləvi şəkildə Azərbaycana köçürüldüyünü qeyd edib.
Qissen Universitetinin dosenti Mixael Raynhard Hess xalqlarımız arasında ədəbi-mədəni münasibətlərin tarixinə toxundu və bu tarixin orta əsrlərə gedib çıxdığını qeyd edib. O, bu xüsusda alman ədəbiyyatşünasların Azərbaycan ədəbiyyatına olan marağına dair bir sıra misallar gətirib. M.R.Hess keçmişdə olduğu kimi, hazırda da ölkələr arasında münasibətlərin istiliyi üçün mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, eləcə də tələbə və tədqiqatçılar arasındakı təmasların əhəmiyyətini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Mattias Kruze ölkəmizdə mövcud olan alman koloniyaları ilə bağlı mövcud müsbət təcrübənin Azərbaycan-Almaniya münasibətlərinin inkişafında oynadığı rolu vurğulayıb. O, təmsil etdiyi qurumun sözügedən tarixin əbədiləşdirilməsi və qeyd edilməsi istiqamətində attdığı addımları qeyd edib. Almaniya Kanslerinin Azərbaycana səfərinə toxunan alman diplomat bunun bir çox sahələrdə, o cümlədən iqtisadi dairələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.
Tədbirdə, həmçinin azərbaycanlı müəllif Məmməd Əlizadənin Azərbaycanda alman məskənlərinin tarixindən bəhs edən “Keçmişin qızıl səhifələri“ adlı alman dilində yeni nəşr olunmuş kitabı müəllifin iştirakı ilə təqdim edilib.
Tədbir Azərbaycan musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib. Nərgiz Əliyevanın pianoda, Ceyhun İsmayılovun skripkada müşayiəti ilə opera ifaçıları xalq artisti Samir Cəfərov və Nərgiz Kərimova Azərbaycan, alman və beynəlxalq musiqi əsərlərindən parçalar ifa ediblər.
Sonda tədbir iştirakçılarına Azərbaycan milli yeməkləri və içkilərindən ibarət qəbul verilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev, Sahib Əliyev və Şahin İsmayılov, Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Almaniyanın siyasi, iqtisadi, elmi-mədəni və mətbuat dairələrinin, eləcə də Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM