Böyük dövlətlər müstəqil xarici siyasət yeridərlər. Bunu müstəqil olan hər bir ölkə tam dərk edir. Ancaq müstəqil siyasət yeritmək qətiyyən ədalətsiz, haqsız və qeyri-obyektiv olmaq anlamına gəlməz. Üstəlik, bu "müstəqil siyasət" təcavüzkara, haqsıza arxa olmağı nəzərdə tutursa, çox zərərlidir, bütün dünya üçün təhdiddir. Frankofoniya təşkilatının 17-ci sammitinin İrəvanda keçirilməsi özlüyündə qeyri-adi deyil. Ermənistan həmişə qeyri-sabit, bir geosiyasi cəbhədən digərinə qaçmaqla xarakterizə olunan mövqe tutub. Olmasın "rusofoniya", olsun "frankofoniya" – İrəvan üçün elə də fərq etməz. Təki danışanlar ermənipərəst olsunlar. Bu baxımdan Fransa Prezidenti 17-ci sammitdə çox fərqləndi. Onun ifadə etdiyi fikirlərin dünya siyasətinə hansı təsiri göstərəcəyi bir qədər sonra aydın olacaq. Ancaq söylənən fikirlərdə Cənubi Qafqaza aid vacib məqamlar olduğundan onların üzərində indidən geniş dayanmağa ehtiyac görürük.
Azərbaycan-Fransa münasibətləri: Bakının cəsarətli və konstruktiv addımları
Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmiz Fransa ilə ən yüksək səviyyədə münasibətlər qurmaq istiqamətində davamlı addımlar atıb. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə bu proses sistemli, ardıcıl və dərindən düşünülmüş məzmun kəsb edib. Heydər Əliyev Prezident kimi xaricə ilk rəsmi səfərini Parisə edib. Azərbaycan Prezidenti seçildikdən sonra (3 oktyabr 1993-cü il) Ulu öndər Fransa Prezidenti Fransua Mitteranın dəvətini qəbul edərək bu ölkəyə gedib. Orada Ümummilli liderin apardığı danışıqlar müsbət nəticə verib. Fransa Azərbaycanla əlaqələri inkişaf etdirməyin zəruriliyini dərk edib.
Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu inkişaf etdirərək, Fransa ilə əlaqələrə ayrıca önəm verib. Bunu dövlət başçısının Fransaya olan səfərləri və həyata keçirilən birgə proqramlar təsdiq edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev də Prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya edib (yanvar, 2004).
2016-cı ilə olan məlumata görə, Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Təbii ki, bu, son hədd deyil. Çünki dövlət başçısı İlham Əliyev Fransa ilə əlaqələrin daha da genişlənməsi istiqamətində addımlarını davam etdirir. Təkcə bu ilin yayında Prezident İlham Əliyevin Fransaya səfəri zamanı 11 fransız şirkəti ilə müxtəlif sahələri əhatə edən və 2 milyard dollar həcmində sərmayəni nəzərdə tutan müqavilələr imzalanıb.
Bununla bağlı Azərbaycan Prezidenti deyib: "Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub".
Bəs bütün bunların qarşılığında rəsmi Parisin Azərbaycan siyasəti hansı məzmunda olub? Çox təəssüf ki, məsələnin bu tərəfi ilə bağlı bir sıra mənfi faktları xatırlamalı oluruq. Hər şeydən öncə, deməliyik ki, Azərbaycan müstəqil dövlət kimi heç bir ölkənin daxili işlərinə qarışmır və münasibətlərini hansısa xüsusi məqsədə görə qurmur. O cümlədən rəsmi Bakı Fransanın hansı dövlətlə necə əlaqələr yaratmalı olmasına qətiyyən qarışmaz. Lakin Azərbaycanın dövlət maraqlarına və suverenliyinə zərər verə biləcək davranışları da diqqətdən kənarda saxlaya bilməz. Fransa ilə münasibətlərdə məsələnin bu aspekti həm də ona görə daha həssasdır ki, bu ölkə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Fransa üzərinə belə bir öhdəlik götürüb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllində vasitəçilik edəcək. Əgər bu şərtlərdən kənara çıxılırsa, Azərbaycanın haqlı irad bildirməsinə kimsə mane ola bilməz, çünki söhbət Azərbaycanın müstəqilliyindən, ərazi bütövlüyündən və suveren dövlət kimi gələcəyindən gedir. Bu anlamda Fransa tərəfindən hansı addımlar atılıb?
Öncə qeyd edək ki, Prezident Emmanuel Makron bu ilin yanvarında Fransada yerləşən Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) tərəfindən qondarma "erməni soyqırımı"nın anım mərasiminə dəvət edilərkən, CCAF-ın həmsədrləri Ara Toranyan və Murad Papazyan onu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyib.
Fransız deputatlar və merlər: işğal ərazilərinə qanunsuz səfərlər
Ancaq bununla yanaşı, Fransa parlamentinin bir sıra üzvləri və şəhər merləri Dağlıq Qarabağa səfərlər edirlər. Məsələn, Fransanın "Xalq hərəkatı uğrunda ittifaq" parlament fraksiyasının deputatı Gi Tesye Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib və orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib. Bundan başqa, "Fransa-Dağlıq Qarabağ" dostluq qrupu yaradılıb. Fransa rəsmiləri Ermənistanın son 25 ildə işğalda saxladığı Dağlıq Qarabağ bölgəsinə səfərlər həyata keçiriblər. Digər heç bir dövlətin rəsmi şəxsləri bu addımı atmayıblar.
Fransanın Alforvil və Valans şəhərlərinin merləri də Dağlıq Qarabağa səfərlər ediblər. Bu, birbaşa Ermənistanın və havadarlarının Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu bağlılıqda Fransada türklərə qarşı terror aktları törədən canilərin milli qəhrəman obrazlarının yaradılması, onların adına küçə və meydanların verilməsi olduqca təəssüfedicidir. Fransa ədaləti, demokratiyanı, insan haqlarını və obyektivliyi tam itirmiş kimi görünür.
Bunlardan başqa, Fransanın ayrı-ayrı şəhərləri Dağlıq Qarabağla müqavilələr imzalayıblar. Fransız şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyəti barədə informasiyalar mövcuddur. Bu kimi proseslərin fonunda iki məqam maraq doğurur. Birincisi, Fransanın canfəşanlıq etməsinə rəğmən, Ermənistanın faktiki olaraq rəsmi Parisi gözardına almasıdır. İkincisi, Frankofoniyanın məhz Ermənistanda keçirilməsidir.
Birinci məqamla bağlı Fransanın Ermənistandakı keçmiş səfiri Anri Renonun etirafı diqqət çəkir. O deyir ki, Ermənistanda fransız dilini öyrənənlərin sayı hətta SSRİ dövründə olduğundan da aşağıya düşüb. Ermənistanla Fransa arasında əmtəə dövriyyəsi 100 milyon dollar həddini ötməyib və illik mal dövriyyəsində də heç bir artım yoxdur. Əksinə, azalma müşahidə edilir. "Orange" mobil operatoru Ermənistanın mobil operatorları bazarına daxil olsa da, sonradan səhmlərini Rusiyaya məxsus şirkətə satmağa məcbur oldu. "Karfur" dükanlar şəbəkəsi Ermənistanda reallaşa bilmədi. Bu şirkəti də Rusiya ilə sıx əməkdaşlığı olan erməni biznesmenlərindən biri ələ keçirdi. İndi İrəvanda 1-2 fransız mağazası var və Nikol Paşinyan Fransaya səfəri zamanı onları qoruyacağına söz verib. Bu, əməkdaşlıq və dostluq haqqında tipik erməni mövqeyidir.
Makronun "ermənifoniyası": siyasət və "həmyerli" axtarışları
Lakin Prezident Emmanuel Makron Frankofoniya üçün İrəvana gəldi. Orada, sözün düzü, bir qədər qəribə fikirlər səsləndirib. O deyib: "Mən Frankofoniyanın 17-ci sammitində iştirak etmək üçün Ermənistanda olmağıma görə şadam. Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, bizim, demək olar ki, yarım həmyerlilərimizdir. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir".
Maraqlıdır, Fransa tarixini ermənilər yaradıblarsa və fransızlarla ermənilər həmyerlidirlərsə, niyə Ermənistanı Qafqazda yaradıblar? Məlumdur ki, fransızlar qafqazlı deyillər və ermənilərlə həmyerlidirlərsə, onda ermənilər də qafqazlı deyillər. O halda belə çıxır ki, müəyyən dairələr məqsədli şəkildə ermənilərə Cənubi Qafqazda dövlət yaradıblar ki, bölgə xalqlarının başına bəla olsun. Biz cənab E.Makrona demək istərdik: cənab Fransa Prezidenti, aparın həmyerlilərinizi bu başıbəlalı regiondan, bununla Siz qafqazlılara böyük yaxşılıq etmiş olarsınız!
E.Makron daha dərinə gedərək bəyan edib: "Fransızlar ermənilərə öz ürəklərinin qapılarını kübarca açıblar. Bu iki ölkəni sizi çox sevən Fransa xalqı birləşdirir. Bizim xoşbəxtliyimiz də, kədərimiz də birdir. Ermənilər fransızların ürəklərindədir".
Daha sonra Fransa Prezidenti Parisin "erməni soyqırımı"nı heç zaman unutmayacağını da deyib. Aydın görünür ki, bununla rəsmi Paris həyata keçirdiyi xarici siyasətin bir sıra mühüm istiqamətlərini açıq ifadə edib. Fransa Ermənistana tam dəstək verdiyini və bütün məsələlərdə onun yanında olduğunu nümayiş etdirib. Elə isə belə bir tərəfkeş dövlət hansı haqla ATƏT-in Minsk qrupuna həmsədrlik edir? Eyni məntiqlə ermənilər və avropalılar hansı üzlə Türkiyəni tərəfkeşlikdə ittiham edirlər? Türkiyə təcavüzə məruz qalanın yanındadır, onun etnik-milli kimliyi önəmli deyil. Ankara ədalət tələb edir, ayrı-seçkiliyə qarşıdır.
Fransa isə birbaşa bəyan edir ki, təcavüzkarın yanındadır. Hətta bu işğalçı fransızların qəlbindədir, onlar fransızlarla həmyerlidirlər. Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa bu cür ikili standartlarla hansı uğurları qazana bilər? Rəsmi Paris azərbaycanlıların dostudurmu, düşmənidirmi?
Bu suallar indi çox aktualdır. Həm də ona görə ki, Fransa Avropa İttifaqındakı rolu və mövqeyinə görə Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Fransa Aİ-nin Almaniya və İtaliya ilə bərabər üç mühüm üzvündən biridir. Nəhayət, Azərbaycan digər həmsədr dövlətlərlə yanaşı, Fransadan da münaqişənin həllində qətiyyətli addımlar gözləyir. Bunlardan başqa, Fransa Avropanın iqtisadiyyatında çox mühüm yer tutur, xarici siyasətdə aparıcı mövqedədir. Onu da nəzərə alaq ki, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Yuxarıda vurğuladığımız faktlar da göstərir ki, Fransa bu sahədə də önəmli partnyordur. Azərbaycana daxil olan xarici investisiyaların 6,7 faizi Fransanın payına düşür.
Təmkinli, konstruktiv və səbirli Azərbaycan: hər şeyin bir həddi vardır
Artıq qeyd etdiyimiz kimi, rəsmi Bakı bütün bunları diqqətə alır və Fransa ilə əlaqələrin inkişafı üçün ardıcıl addımlar atır. Qarşılığında isə Frankofoniyadakı çıxış və bir sıra fransız deputatın, merlərin işğal olunmuş ərazilərə qanunsuz səfərləri... Müqayisə aydındır. Əslində isə Fransa Ermənistanla olan münasibətlərindən ədalət naminə istifadə edə bilər. Çünki əgər onlar tarixən yaxın əlaqələrə malikdirlərsə, onda Paris İrəvana anlada bilər ki, başqalarının torpaqlarını işğal etmək haqsızlıqdır, cinayətdir, ondan əl çəksin. Fransa tam olaraq başa sala bilərdi ki, Ermənistan rəhbərlərinin etdikləri beynəlxalq hüquq normalarına ziddir. Bu kimi işlərin axırı olmur.
Bundan başqa, Fransa Avropa İttifaqının üzvü kimi həm demokratiyanı müdafiə etməlidir, həm də Azərbaycanla imzalanan strateji tərəfdaşlıq sazişlərinin müddəalarına əməl etməlidir. Paris isə bunu bir neçə məqamda kobud şəkildə pozur. Birincisi, Fransa parlamentinin üzvləri Dağlıq Qarabağa səfərlər edirlər. Fransanın bəzi şəhərlərinin merləri eyni yanlış hərəkəti edirlər. Bununla Fransa rəsmi olaraq BMT, Aİ, AŞPA-da qəbul edilən və altında imzası olan sənədlərdəki tələbləri pozur. Son olaraq, Aİ ilə Azərbaycanın birgə hazırladığı və Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təsdiqləyən sənədin müddəalarına zidd hərəkət edir.
İkincisi, Fransa Prezidenti beynəlxalq tədbirdə çıxış edərək özünün ermənipərəst olduğunu açıq etiraf edib. Bu isə bir tərəfdən Azərbaycanla imzalanan sazişlərin ruhuna ziddir, digər tərəfdən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz ola bilməyəcəyi anlamına gəlir. Elə isə Fransa özü bəyanat verib Minsk qrupunun həmsədrliyindən çəkilməlidir. Lakin rəsmi Parisin bunların heç birini etmək fikrində olmadığı aydın görünür.
Bütün bunlarla yanaşı, bir geosiyasi məqam maraqlıdır. Ermənistan Frankofoniyanı İrəvanda keçirməklə Rusiyaya yeni "əlcək atmış" olur. Paris açıqca Ermənistanda hökmranlıq etmək niyyətini ortaya qoyur. E.Makron bunu ən azı iki istiqamətdə təsdiqlədi. Əvvəla, Fransa Prezidenti Ermənistanın ən yaxın tərəfdaşı olduğunu ifadə etdi. Bəs onda Rusiya kimdir? Axı, Ermənistan adlı dövləti Rusiya yaradıb. İndi onun ən yaxını Fransa oldu? Kremlin buna reaksiyası maraqlı olacaq.
İkincisi, E.Makron fransız dilinin Ermənistan üçün əhəmiyyətini dolayısı ilə ifadə etmiş oldu. Özü də bu, Ermənistanda rus dilinin demək olar ki, tamamilə yox edilməsi fonunda baş verir. Rusiya Ermənistanın təhsil sistemində rus dilinin inkar edilməsi ilə bağlı dəfələrlə fikrini bildirib. Ancaq real dəyişiklik yoxdur. Bunun əvəzində Ermənistan rəhbərliyi fransız dili və mədəniyyəti ilə bağlı tədbirə evsahibliyi edir. O, faktiki olaraq "rus dünyası"nı "fransız dünyası"na dəyişməyə istiqamət götürüb.
Azərbaycan isə tamamilə fərqli mövqedədir. Bakı Fransa ilə də yaxın əlaqələrini inkişaf etdirir, Rusiya ilə də bütün sahələrdə münasibətlərini çox müsbət müstəvidə inkişaf etdirməkdədir. Azərbaycanda rus dilinin inkişafı üçün heç bir maneə yoxdur. Hətta ölkənin təhsil sistemində bu dilin yeri və rolu getdikcə daha da möhkəmlənir. Rus mədəniyyəti Azərbaycanda yayılıb, yayılır və bu vəziyyətin dəyişəcəyinə dəlalət edən fakt yoxdur.
Ancaq əsas sual budur ki, Azərbaycan bu ölkələrlə səmimi və dostca münasibət qurarkən, ermənilərin isə eqoist, əsassız iddiaları ilə üz-üzə gələrkən Paris lazımi dərəcədə konstruktiv mövqe tutmur, təcavüzkara açıq və ya gizli dəstək göstərir, ona yeni-yeni silahlar verir. Görünür, Azərbaycan bu təcrübəni nəzərə alıb hansısa nəticələr çıxara bilər. Hər halda, xüsusilə Fransanın ədalətli və obyektiv mövqe tutmadığı aydındır.
Bütün bunlar beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır və dövlətlərarası münasibətlərin dostluq ruhu ilə ziddiyyət təşkil edir. Azərbaycan özünün xarici siyasətini bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur. Və bütün ölkələrlə, o cümlədən Fransa ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir.
Rəsmi Bakı kifayət qədər düşünülmüş və məntiqli siyasət yürüdür. Bu siyasət milli maraqlara uyğun olaraq beynəlxalq hüquq çərçivəsində reallaşdırılır. Ölkə rəhbərliyi daim ən düzgün mövqeni seçir. Bunu təcrübə dəfələrlə təsdiq edib. Azərbaycan heç də böyük dövlətlərlə münasibətləri pozmaq kimi kurs yeritmir, daim əməkdaşlıq və qarşılıqlı fayda üçün çalışır. Bununla yanaşı, əks tərəfin də hərdən vicdanını qarşısına qoyub düşünməsi lazım deyilmi?
Bir başqa məqam da Cənubi Qafqazın geosiyasi vəziyyəti ilə bağlıdır. Hamı etiraf edir ki, bu bölgədə kifayət qədər mürəkkəb geosiyasi dinamika mövcuddur. Ermənistanın qeyri-konstruktiv və təcavüzkar siyasət aparması, İranla Qərbin münasibətlərinin daha da gərginləşməsi və terror təhlükəsinin yaxınlaşması kimi amillər son dərəcə həssas durum meydana gətirib. Belə bir vəziyyətdə Cənubi Qafqaza xoş münasibəti olan hər bir dövlət yumşaldıcı, əməkdaşlığa təkan verən, ədalətli, obyektiv siyasət yeritməlidir. Bu məsələdə tərəfkeşlik olmamalıdır. Fransa kimi təcrübəli bir dövlətin atdığı addımlar isə tamamilə bunun tərsidir. Və bu keyfiyyətdə qətiyyən Cənubi Qafqazda sabitliyə, sülhə yardım etmir.
Səbəbi ondan ibarətdir ki, Fransa rəhbərliyi açıqca bəyan edir ki, təcavüzkarın yanındadır, onun ən yaxın dostudur. Bu şərtdə Ermənistan BMT TŞ-nin qətnamələrinə əməl edərmi? Aİ-nin qəbul etdiyi sənədlərin şərtlərini yerinə yetirərmi? Fransa özü imzaladığı sənədləri hüquqi aspektdə gözdən salır, onların adi kağız parçası olduğunu dolayısı ilə nümayiş etdirirsə, təcavüzkar, qeyri-konstruktiv düşüncəyə sahib, psixoloji olaraq xəstə olan Ermənistan rəhbərləri üçün onlar heç kağız parçası da deyil.
Məhz bu baxımdan, hesab edirik ki, Emmanuel Makronun fransızdilli ölkələrin beynəlxalq əməkdaşlıq təşkilatının 17-ci sammitindəki çıxışı siyasi karyerasının ən uğursuz məqamıdır. Orada yalnız Azərbaycana deyil, bütövlükdə dünya siyasətinə, Fransanın dövlət maraqlarına və Aİ-nin gələcəyinə zərər vura biləcək məqamlar vardır. Şübhə etmirik ki, əlahəzrət zaman, bunu təsdiq edəcək. O anda Fransa liderlərinin simasına baxmaq daha maraqlı olardı!
Newtimes.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM