Əli Həsənov: “Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcəkdir”

14:46 / 07.08.2014

Strategiya.az Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini təqdim edir
 

- Əli müəllim, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Füle, eyni zamanda bəzi xarici hüquq-müdafiə təşkilatları növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxış ediblər. Onların bu fikirlərinə münasibətinizi bilmək istərdik.
- Azərbaycan sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, bütün əsas fundamental insan haqlarının, demokratik azadlıqların təmin olunduğu hüquqi dövlətdir. Respublikada siyasi plüralizm və vətəndaş cəmiyyəti formalaşmış, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və müstəqil medianın fəaliyyəti üçün bütün lazımi şərait təmin edilib. Bu sahələrin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Azərbaycan hazırda demokratik təsisatların kəmiyyət və keyfiyyət göstəricilərinə, inkişaf səviyyəsinə, tam sərbəst və səmərəli fəaliyyətlərinin təminatına görə regionda və MDB məkanında ən öncül ölkə hesab olunur. Ölkədə azad cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm nailiyyətlər hakimiyyətin siyasi iradəsinin, bu məsələdə qətiyyətli və prinsipial mövqeyinin əyani təzahürüdür.
Məlum olduğu kimi, demokratik inkişafın başlıca tələblərindən biri də qanunun aliliyinin, sosial statusundan və fəaliyyət sahəsindən asılı olmayaraq, bütün vətəndaşların cəmiyyət və qanunlar qarşısındakı bərabər məsuliyyətinin təmin edilməsindən ibarətdir. Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycanın qanunvericiliyi də daim demokratik standartlara uyğunlaşdırılır və tətbiq olunur. Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludurlar. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin məlum bəyanatında “məşhur” elan edilmiş, habelə müxtəlif xarici təşkilatların açıqlamalarında adları keçən, amma ölkəmizdə geniş ictimaiyyətə tanış olmayan şəxslər konkret cinayət əməllərində şübhəli bilinərək aidiyyəti orqanlar tərəfindən həbs olunmuş və onların müəyyən müddətə saxlanılması barədə məhkəmələr tərəfindən müvafiq qərarlar verilib. Yalnız istintaq və məhkəmə araşdırması onların günahkar olub-olmadığına aydınlıq gətirə bilər. Buna görə də, hesab edirəm ki, həmin dairələrin bəzi maraqlı yerli antimilli qrupların “operativ” donoslarına əsaslanan tələsik, növbətçi bəyanatları subyektiv mülahizələrdən ibarətdir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır, habelə istintaqa və məhkəmələrə təzyiq məqsədi güdür. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, “Amnesty İnternational”, “Human Rights Watch” və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar.
Azərbaycan ictimaiyyəti nüfuzlu beynəlxalq qurumlardan, insan haqları sahəsində fəaliyyət göstərən xarici təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı əməli yardım gözləyir. Bir neçə gün öncə işğalçı Ermənistanın kəşfiyyat-təxribat qruplarının total basqını nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulmuş, çoxlu sayda hərbçi və dinc insan həlak olmuş, genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması təhlükəsi yaranmışdır. Bu gün vətəndaşlarımız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə - öz torpaqlarına sərbəst gedə bilmir və yaxud ermənilər tərəfindən girov götürülərək işgəncəyə məruz qalır, qəddarcasına öldürülürlər. Sərhəddə və cəbhə xəttində sakinlər daim atəşə tutulur, çox təhlükəli şəraitdə yaşamağa məhkumdurlar. Son günlərdə əsgərlərlə yanaşı, məktəb yaşlı iki uşaq da erməni snayperləri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Təəssüf ki, Azərbaycanda ən müxtəlif məsələlərlə bağlı ardıcıl və bir qayda olaraq qərəzli bəyanatlar səsləndirən Avropa rəsmiləri, bəzi xarici hüquq-müdafiə təşkilatları bu reallıqları nəinki görmək istəmir, bir milyondan artıq azərbaycanlının elementar insan haqlarının neçə illərdir ki, kobudcasına tapdanması faktını da qulaqardına vururlar.
Onu da qeyd etmək istərdim ki, bu gün ATƏT məkanında, hətta Avropanın aparıcı ölkələrində də insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Görünür, adı çəkilən qurumların rəsmilərinə bu həqiqətlər barədə danışmaq, onları etiraf etmək sadəcə sərf etmir.
Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcəkdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM