Almaniyada 1500-dən artıq müşahidə meydançaları mövcuddur. Televiziya qüllələri, bələdiyyə binaları, qəsr qüllələri və sadəcə hündür binaları sadalamaq olar. Bu gün xüsusi maraq kəsb edən kilsə qüllələri barədə danışacağıq. Bu qüllələrin çoxuna yalnız pilləkənlə qalxmaq mümkündür.
1377-ci ildə bünövrəsi qoyulan Ulm kilsəsi (Ulmer Münster) qotik üslubda tikilib. Onun tikintisi yalnız XIX əsrin sonlarında başa çatıb. Burada yerləşən 162 metrlik qüllə dünyada ən hündür zəng qülləsidir. 143 metr hündürlükdə olan müşahidə meydançasına çıxmaqdan ötrü 768 pillə qalxmaq lazımdır.
Köln baş kilsəsinin (Kölner Dom) cənub qülləsinin müşahidə meydançasına çıxmaq üçün 533 pillə ilə 97 metr hündürlüyə qalxmaq lazımdır. İldə 500 mindən çox insan bu “əziyyətə” qatlanır. Köln kilsəsi Almaniyanın ən görməli yerlərindəndir, bu memarlıq abidəsini ildə 6 milyona yaxın turist ziyarət edir.
Hamburqda bir neçə məbəddə müşahidə meydançaları açıqdır. Müqəddəs Mixail kilsəsindən (Hauptkirche Sankt Michaelis) başlayaq. Barokko üslubunda tikilən “Böyük Mixel” şəhərin vizit kartı hesab edilir. 82 metr hündürlükdə yerləşən müşahidə meydançasına 452 pillə aparır. Meydançanın üstündə Almaniyanın ən böyük – 8 metr diametrli qüllə saatı yerləşir.
Hamburq bələdiyyəsinə açılan əzəmətli mənzərəni Müqəddəs Nikolay Memorialının (Mahnmal St. Nikolai) qülləsindən seyr etmək olar. Neoqotik üslubunda olan məbəd İkinci Dünya müharibəsi zamanı dağıdılsa da, 147 metrlik zəng qülləsi buna tab gətirib. Bu qüllə 1874-1877-ci illərdə dünyada ən hündür tikili sayılıb. Burada pillələri saymağa ehtiyac yoxdur, çünki ziyarətçiləri 76 metrlik hündürlüyə qaldırmaq üçün lift işləyir.
İndi isə şəhərin üçüncü müşahidə meydançası barədə: Müqəddəs Pyotr Kilsəsi (Hauptkirche Sankt Petri) Hamburqun beş əsas kilsəsindən biridir. Hamburqun bu ən qədim məhəllə məbədinin tarixi barədə ilk yazılı məlumat 1195-ci ilə təsadüf edir. 544 pillə ilə 123 metr yüksəkliyə - az qala şpilədək qalxmaq mümkündür.
Almaniya paytaxtında Reyxstaqdan tutmuş Aleksanderplats teleqülləsinədək müxtəlif müşahidə meydançaları çoxdur. Ancaq bu gün bizi məbədlər maraqlandırır. Unter-den-Linden bulvarına gözəl mənzərə Berlin Kafedral Baş Kilsəsinin (Berliner Dom) – Almaniyada ən böyük Yevangeliya məbədinin müşahidə meydançasından açılır. 50 metrlik yüksəkliyə 270 pillə ilə qalxmaq mümkündür.
Berlinin Jandarm meydanında Fransız baş kilsəsi (Französischer Dom) quqenotlar üçün 1705-ci ildə inşa edilib. Kilsənin günbəzi 80 il sonra tikilib. İkinci Dünya Müharibəsi zamanı dağılan kilsə sonralar bərpa edilib. Müşahidə meydançalarına hazırda giriş müvəqqəti bağlanıb. Aparılan yenidənqurma işlərinə 5 milyon avro ayrılıb.
Berlindən Münxenə gedərkən biz yolüstü Franfurt-Maynda dayandıq. Burada göydələnlərin sayı çoxdur. Lakin Köhnə şəhəri Frankfurt baş kilsəsinin (Kaiserdom St. Bartholomäus) müşahidə meydançasından, 66 metr yüksəkliyə 328 pillə qalxmaqla seyr etmək daha gözəldir.
Münxenin mərkəzində yerləşən yeni bələdiyyə binasına və Frauenkirxe baş kilsəsinə gözəl mənzərə şəhərin ən qədim məhəllə məbədi olan Müqəddəs Pyotr (St. Peter) kilsəsinin müşahidə meydançasından açılır. 300 pillə qalxdıqdan sonra Bavariya paytaxtının hər yeri ayağınızın altındadır!
Münxendə Frauenkirxeyə baxdıq. İndi digər Frauenkirxeyə (Frauenkirche) - Saksoniya əyalətinin paytaxtı Drezdenə qalxırıq. Barokko üslubunda olan kilsə İkinci Dünya müharibəsi zamanı dağılıb, 2005-ci ildə bərpa edilib. “Elba üzərində Florensiyaya” mənzərə - 67 metr yüksəklikdə yerləşən müşahidə meydançasından şəhərə baxanda Drezdeni belə adlandırırlar.
Ştralzund şəhəri Baltik dənizinin sahilində yerləşir. Almaniyanın ən böyük adası olan Rügenə yol buradan keçir. Mariyenkirxe məbədinin (St.-Marien-Kirche) qülləsindəki müşahidə meydançasından həm ada, həm də Ştralzundun kərpic qotik üslublu abidələri ilə məşhur olan Köhnə şəhəri gözəl seyr edilir. Buranın hündürlüyü 104 metrdir, 366 pillədə yerləşir.
“Bremen musiqiçiləri”nin vətənini burada daha əvvəl qədim məbədin özülü üzərində XI əsrdə tikilmiş kilsənin (Bremer Dom) müşahidə meydançasından seyr etmək mümkündür. 57 metr hündürlükdə yerləşən meydançaya cənub qülləsində yerləşən pilləkənlə (265 pillə) qalmaq olar.
Avropanın ən böyük roman məbədi Reyn sahilində, Şpayer şəhərində yerləşir. İmperiya baş kilsəsinə (Speyerer Dom) gözəl mənzərə buranın Texniki Muzeyində yerləşən “Boeing-747” təyyarəsinin qanadından açılır... Baş kilsənin cənub-qərb qülləsi 55 metr hündürlükdə yerləşir. Buraya 304 pillə ilə qalxmaq mümkündür. Yuxarıya 60 pillə qalxan ziyarətçilər, həmçinin İmperator zalını da seyr edə bilərlər.
Frayburq kafedral baş kilsəsinin (Freiburger Münster) bünövrəsi XIII əsrin əvvəllərində qotik dövründə, XIII əsrin əvvəllərində qoyulub. Buranın müşahidə meydançası 70 metr hündürlükdə, 209 pillədə yerləşir.
Almaniyanın qotik üslubda tikilmiş ən məşhur baş kilsəsi Kölndə yerləşir, ancaq ən qədimi Maqdeburqda - “Magdeburger Dom” kilsəsidir. Onun bünövrəsi Elba çayının sahilində 1209-cu ildə qoyulub. 96 metr hündürlükdə yerləşən 433 pilləlik müşahidə meydançasına yalnız ekskursiya çərçivəsində qalxmaq mümkündür. Maqdeburqda ekskursiyasız yalnız Müqəddəs İoann kilsəsinin (St.-Johannis-Kirche) müşahidə meydançasını ziyarət etmək olar.
Aşağı Saksoniyanın Xildeshaym şəhərində UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan, Roma dövrünə aid edilən iki abidə - Müqəddəs Mixail və Müqəddəs Məryəm Kilsəsi yerləşir. Baş kilsəyə mənzərə Aşağı Saksoniyanın 114 metrlik ən yüksək Müqəddəs Andrey məbədinin (St. Andreas) qülləsindən açılır. Burada 72 metr hündürlükdə yerləşən müşahidə meydançasına 364 pillə ilə qalxmaq lazımdır.
Geydelberqə ən gözəl mənzərə məşhur Geydelberq qəsrinin ərazisindən açılır, lakin buranı Köhnə şəhərdə yerləşən Müqəddəs Ruh kilsəsinin (Heiliggeistkirche) qülləsindən, 38 metr hündürlüyə 208 pillə qalxmaqla müşahidə meydançasından seyr etmək də olar.
Müqəddəs Foma (Thomaskirche) Leypsiq kilsəsi Tomanerxor – oğlanlardan ibarət kilsə xoru sayəsində bütün dünyada məşhurdur. Bu xorun kantorlarından biri olan İohann Sebastyan Bax bu məbəddə dəfn olunub. Aprel ayından noyabradək bütün istirahət günlərində, həmçinin qabaqcadan verilmiş sifarişlə ekskursiyalar vasitəsilə bu qülləni ziyarət etmək olar. 50 metrlik hündürlükdə olan qülləyə 232 pillə ilə qalxmaq mümkündür.
Almaniyanın maraqlı və görə biləcəyimiz kilsə günbəzləri və zəngləri barədə icmalımızı Tyuringiyanın paytaxtı Erfurtda başa çatdırırıq. Buranın ən görməli yerlərindən sayılan Dükançılar Körpüsünə möhtəşəm mənzərə Müqəddəs Egidiya (Ägidienkirche) məbədinin qülləsindən açılır. Qüllənin ümumi hündürlüyü 33 metrdir, meydançayadək isə 128 pillədir. Uzaqda Erfurt baş kilsəsinin və Müqəddəs Severiya kilsəsinin qüllələri görünür.
Vüqar Seyidov
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM