İlham Əliyev Qarabağ müharibəsinə dair taleyüklü qərarların veriləcəyi güman edilən Soçi görüşü ərəfəsində müharibənin başlaya biləcəyini bəyan edib.
Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan prezidenti bu bəyanatla öz Twitter səhifəsində çıxış edib.
“Müharibə hələ başa çatmayıb. Müharibənin yalnız birinci mərhələsi başa çatıb. Müharibənin ikinci mərhələsi də başlaya bilər” - deyə prezident İlham Əliyev bildirib.
İlham Əliyevin bu sensasion bəyanatı prezidentlərin sabah Soçidə keçiriləcək görüşündə Azərbaycanın prinsipial mövqe tutacağına işarə kimi qiymətləndirilə bilər.