Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? - Nazirlikdən CAVAB

08:46 / 22.10.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir.

Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin "Yaşılllıqların mühafizəsi haqqında" qanunla tənzimləndiyini deyən İ.İbrahimova əlavə edib ki, vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.

 
Nazirlik rəsmisi bildirib ki, yaşıllıqların qanunvericiliyə zidd olaraq kəsilib götürülməsi və zədələnməsi ilə əlaqədar törətdikləri inzibati xətaya görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 253.2, 253.3.1-253.3.3, 253.4, 253.5.1-253.5.3 və 253-1.1-253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq, tikinti və abadlaşdırma istisna olmaqla, yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər. Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar.

İ.İbrahimova qeyd edib ki, yaşıllıqların məhv edilməsinə görə təbiətə dəymiş ziyan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na əsasən hesablanılır. Qaydaya əsasən, məhv edilən ağacların diametri əsas götürülür, dəymiş ziyanın məbləği "tikinti və abadlaşdırma istisna olmaqla" və "tikinti və abadlaşdırma məqsədilə" qanun pozuntuları üzrə hesablanılır. Cinayət Məcəlləsində edilən dəyişikliyə uyğun olaraq dəymiş ziyan məbləği 1000 manat olduqda cinayət tərkibi hesab edilir. Belə olan halda təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndərilir.

İ.İbrahimova qeyd edib ki, qeyd olunan qaydalar, inzibati cərimə və ziyan tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yerləşən yaşıllıqlara şamil edilmir.//Trend



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM