Təbiət, yaradılış öz mükəmməlliyi ilə heyran etməyə davam edir. Dünyanın ən böyük sürprizi insandır. İnsanın ən izah edilməz orqanı isə onu idarə edən beyindir. Bəli, dünya alimləri uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, beynin necə işlədiyi sirrini aça bilməyiblər. Amma hər dəfəsində maraqlı faktlar aşkarlayıblar.
İnsan beyni ilə əlaqədar maraqlı faktları təqdim edirik:
"Beynin sadəcə 10 faizi çalışır"
İnsan beyni haqqında bu gün çoxsaylı miflər var. Ən çox eşitdiyimiz isə budur ki, insan beyni özündə olan potensialın yalnız 10 faizini aktivləşdirir. Bu barədə psixoloqlar, psixiatrlar, ekstrasenslər və s. hər kəs danışır. İnsan beyninin imkanlarının yalnız 10% -nin çalışması qəribə bəyanat olsa da, daha maraqlısı geridə neçə faiz passiv qalır. Bəs bunun səbəbi nədir? İsveç alimləri iddia edir ki, beyin özü-özünü müdafiə məqsədilə bunu edir. Beynin digər böyük hissəsi passiv şəkildə gizli guşədə qorunur. Bu o zaman işə düşür ki, hər hansı fövqəladə hal baş verir və insan təlaş içərisində olarkən qeyri-adi çıxış yolu tapır. Əslində, bu tamamilə normaldır. Sadəcə olaraq normal psixologiya altında insan beyni aktiv fəaliyyət göstərmədiyi üçün bu, digərləri üçün qeyri-adi, möhtəşəm görünür.
Müasir skanerlər vasitəsilə araşdırma aparan həkimlər insan beyninin tam olaraq 100 faizlik işlədiyini iddia edir. Beyinin müxtəlif funksiyaları insanların müxtəlif hərəkətlərindən asılı olaraq dəyişir. Biz gəzərkən beyinin hərəkətimizi tənzimlədiyi hissəsi aktiv fəaliyyətdə olur. Hətta yatarkən belə beyinin bir hissəsi fəaliyyətini davam etdirə bilər.
Beyin ölçüsü bəllidirmi?
Bəzən eşidirik deyirlər ki, hər kəsin ürəyi yumruğu qədərdir. Sizcə həcmi böyük olan beyin daha məsuliyyətlidir? İnsan ilə balina beynini müqayisə edən alimlər bunun əksini deyir. Onların fikrincə, insan beyni orqan olaraq belə müxtəlif ölçülərdə ola bilirsə, onun funksiyasını, aktivliyini ölçüləri ilə limitləmək doğru olmaz. Məsələn, müxtəlif insan beyinləri arasında XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteynin beyni standart ölçülərdən çox olub. Statistikaya əsasən insanların beyinlərinin çəkisi normal olaraq ondan daha azdır. Bunu Eynşteynin vəfatından sonra ailəsinin icazəsi olmadan beynini başından çıxaran həkim Tomas Stoltz Harvey demişdi. İllər sonra Eynşteynin oğlu Hans Albertdən icazə almaqla onun beynini tədqiq etməyə başlayan həkim, beynin hissələrini digər alimlərlə incələdikdən sonra onun normal insanın beyni ilə müqayisədə qeyri-adi hüceyrə quruluşuna malik olmasını elan etmişdi.
Yaşa görə, insan beyni zəif olur.
Bəzi sinir hüceyrələri bərpa edə bilməyəcək xüsusiyyətə malikdirlər. Bir qrup alim bu səbəbdən beyinin bütün hüceyrələrinin eyni bərabərdə çalışmadığını deyir. Buna səbəb insan dünyaya gələndə beyində olan bəzi hüceyrələrin sürətlə inkişafıdır. Bu səbəbdən bir qrup hüceyrələr özünü yeniləsə də, yaş həddi ilə bağlı yaşanan bir sıra xəstəliklərin artması özünü bərpa edə bilməyən hüceyrələrin məhv olması ilə əlaqəlidir. Sinir hüceyrələrinin problemi isə əksər hallarda böyüklərdən meydana gəlir. Yaşlandıqca insanların ağlını itirməsinə səbəb budur. Fəal zəka fəaliyyəti, sağlam həyat tərzi ilə məşğul olan, təbii qidalarla orqanizmi təmin edən insanlarda bu proses ləngiyir. Onlar dolğun yaşda da normal olaraq başqaları ilə ünsiyyət qura bilirlər, zəka oyunları oynaya bilirlər, nəinki zehni, hətta fiziki gücləri də onlara çalışmağa imkan verir. Məsələn, bir çox kəşflərə imza atan professorlar var ki, hətta 80 yaşlarında belə universitetlərdə gənc kadrlardan daha gözəl elmi məqalələr oxuyurlar.
Beynin işləməsi üçün oksigen və qlükoza vacibdirmi? Bu da əslində bir mifdir. Əslində isə alimlər düşünür ki, beynimiz üçün bizim nə yediyimizin elə də əhəmiyyəti yoxdur. Siz qarğıdalı unundan hazırlanmış yeməklər də yesəniz, bir kilo konfeti tək başına da yesəniz bədən özünə lazım olan qlükoza səviyyəsi tənzimləyəcək. Həddindən artıq qəbul edilən istənilən qida orqanizmdə, sağlamlıqda müəyyən fəsadlar yarada bilir. Şirniyyat istifadəsinə, xüsusilə də şəkər tozundan mümkün qədər imtina etmək sağlamlığınız üçün faydalıdır. Çünki, şəkərli diabetin əsasında şəkər tozu dayanır.
Beyində hər hissiyat orqanının öz hüceyrə qrupu var
İnsan beyni bədənin müəyyən bölgələrindən gələn siqnallarla oyanır. Əvvəllər elm adamları hər bölgənin eyni siqnalla beyinə ötürüldüyünü deyirdi. Lakin son araşdırmalar göstərir ki, görmə korteksi yalnız görmə qabiliyyəti ilə aktivləşir, eşitmə isə tam başqa. Bu əslində çox daha mürəkkəb prosesdir. Çünki bəzən görmə qabiliyyətini itirən şəxslərdə digər hissiyyatlar sürətlə inkişaf edir. Bəs bunu necə izah etməli? Beyin qəribə plastikadır.
Biz yatanda beyin dayanırmı?
Əslində bu doğru mif deyil. Tam əksinə. İnsan yatanda, istirahət edəndə beyin daha məsuliyyətlə çalışmağa başlayır. Beyin heç vaxt dayanmır. Gün ərzində alınan bütün məlumatlar beyin süzgəcindən keçirilir. Alimlər deyir ki, beynin içində xüsusi kitab rəflərini xatırladacaq bölmələr mövcuddur. Qəbul edilən informasiyalar yaddaşa bənzər bölgülərlə ötürülür. Daha sonra beyin yığılmış toksinlərdən təmizlənir. Real həyatda tamamilə əlaqəsiz mövzular arasında qəribə bir əlaqə yaranır. Gördüyünüz yuxular da bunun nəticəsidir. Heç bir şey təsadüfən baş vermir. Mendeleyevin kimyəvi elementlərin cədvəlini məhz yuxuda görməsi bir inqilabdır. Bu həqiqət bir daha sübut edir ki, insan yatan zaman beynində yuxu prosesindən əlavə isbat edilməsi çətin olan qeyri-adi dəyişiklik gedir.
Əjdaha beyinlər eyni anda neçə iş görə bilir?
Bu beyin haqqında deyilən ən gülməli miflərdən biridir. Çünki qətiyyən bu, elmi cəhətdən də mümkün deyil. Beyin eyni anda iki prosesi həll edə bilməz. Bir çoxları həqiqətən belə düşünürlər, amma bu real deyil. Sadəcə beyin düşündüyü istiqamətə yaxın olan bir digər məsələyə də anidən keçid edə bilər. Amma bu həlledici nəticələrə aid deyil. Bu isə bütün insanlarda mövcuddur. Məsələn, bir mobil telefonun beynini düşünün. Eyni anda ona iki prosesi əmr etmək mümkün olmur. Mütləqdir ki, bu ardıcıl baş versin. Əks təqdirdə sistem donur. İnsan beyni də belədir. Qeyri -adi bacarıqları ilə hər kəsi təəccübləndirən unikal şəxsiyyətlər isə tarix boyu olub və olacaq. Biz onları tez-tez çox işi eyni anda görə bilən əjdaha beyinlər adlandırırıq. Onlar eyni anda həm musiqiyə qulaq asır, həm şeir əzbərləyir, həm də kubik-rubik toplaya bilirlər. (publika.az)
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM