Oktybarın 23-də Almaniyanın “Die Tageszeitung“ qəzetində Daniel Şultsin “Nəhayət, düşmənin harada olduğunu bilmək” sərlövhəli məqaləsi dərc olunub. Həmin məqalədə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa Suriyadan qaçan erməni Xoviq Esmeryan almanları vətənpərvərliyi Hitlerdən öyrənməyə çağırır. “Almanlar yenidən Adolf Hitleri dəyərləndirməyə başlayıblar, çünki o lazımi səviyyədə ölkəsini müdafiə edib”, - 2015-ci ildə Almaniyanın suriyalı qaçqınlar üçün öz sərhədini bağlamasını şərh edən Esmeryan bildirir. Esmeryan həmin şəxsləri “fanatik müsəlmanlar” adlandırır. “Hitler? İndi?”, - alman jurnalisti suriyalı erməninin nasistlərə olan rəğbətinə təəccüblənir və qeyd edir ki, sonra Esmeryan messencerdə ona yazıb ki, “bunun nə dərəcədə iki mənalı səsləndiyini başa düşür, lakin Hitler məhz vətənpərvər olub və almanlar bunu dəyərləndiriblər”. Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bu faktı şərh edərkən bildirib ki, Esmeryanın sözləri erməni cəmiyyətinin nəinki Ermənistan daxilində, həm də hüdudlarından kənarda necə güclü nasist ideyaları ilə zəhərləndiyini yalnız təsdiq edir. “Suriyalı erməninin sözlərinin nəinki məqalənin müəllifi, həm də alman qəzetinin oxucularını necə şok vəziyyətinə saldığını təsəvvür edirəm. Axı hətta ötən əsrin ortalarında İtaliya və Almaniya özlərində nasizm və faşizmi dəf ediblər. Müasir Ermənistan isə bu şəri nəinki aradan qaldırmayıb, əksinə dövlət siyasəti səviyyəsinə qaldırıb. Hitlerin məsləkdaşlarına abidələr ucaldır, onların adlarını küçə və meydanlara verir”, - F.Axundov bildirib. Eyni zamanda, onun sözlərinə görə, Hitlerin erməni məsləkdaşı Qaregin Njdenin abidəsi faşizmə qarşı döyüşən sovet marşalı Baqramyanın monumentindən fərqli olaraq İrəvanın ən görünən yerində ucaldılıb. F.Axundov xatırladıb ki, Türkiyənin erməni rayonları, Azərbaycanın Dağlıq Qarabağ regionu və Gürcüstanın Borçalı regionunun birləşdirilməsi hesabına Almaniya tərkibində erməni dövləti yaratmaq xahişi ilə Hitlerə müraciət edən Njde, erməni gənclərini dövlət quruculuğunda fürerdən nümunə götürməyə çağırırdı. Bugünkü Ermənistan bu nəzəriyyəyə sədaqət nümayiş edir. “Njde “Ermənilərin yeni nəslinə sözüm” («Moe slovo k podrastaöhemu pokoleniö armən») adlı proqram məqaləsində gəncləri “Hitler kimi hərəkət etməyə” çağırıb. Budur, gənclər də öyrənib, hətta o dərəcəyə çatıb ki, sadə suriyalı erməni almanların özünə fürerin özünü nümunə gətirə bilir”, - sektor müdiri qeyd edib. F.Axundov diqqəti müasir Ermənistanın bütün rəhbərlərinin hərəkətlərinin indiyədək sivil dünyanın baxış və tələblərinin ziddinə getdiyinə yönəldir. “İnterpol beynəlxalq terrorçu Monte Melkonyanı axtardığı zaman Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İrəvanda onun dəfn mərasiminin önündə gedirdi. Avropa Şurası Azərbaycanin işğal olunmuş torpaqlarını azad etməyə çağırarkən, Ermənistanın ikinci prezidenti Robert Koçaryan ermənilərin və azərbaycanlıların etnik uyğunsuzluğu barədə bəyan edib. Baxmayaraq ki, yüz minlərlə erməni və azərbaycanlı birgə nikahda yaşayır. Bütün beynəlxalq konvensiyalar dinc əhaliyə qarşı təcavüzü qadağan etdiyi zaman, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan lovğalanaraq bildirib ki, Xocalıda azərbaycanlı qoca, qadın və uşaqlara əlləri qalxıb. Bu faciə dünyanın bir çox ölkələri tərəfindən soyqırım faktı kimi tanınır. Daha sonra həmin S.Sarkisyan İrəvanın mərkəzində faşist Qareqin Njdenin abidəsinin açlışı mərasimində şəxsən iştirak edir”, - F.Axundov misal olaraq ardıcıllığı qeyd edib. Eyni zamanda, F.Axundoun rəyinə görə, 100 il ərzində ilk dəfə, görünür Ermənistanın həmin Almaniyadan nümunə alaraq, nasizm, irqçilik və faşizm siyasətindən xilas olmaq şansı var. “Hər halda, Paşinyanın cari ilin may ayında Ermənistan Respublikasının 100 illiyi münasibətilə çıxışında o zamankı tarixi dövrün parlaq fiqurları arasında Qaregin Njdenin adını çəkməməsi ümidverici amildir”, - Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi vurğulayıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM