Daxili işlər naziri, general-polkovnik Ramil Usubov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Usubov son illər respublikamızın çoxsaylı beynəlxalq ictimai-siyasi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməsindən, A.Zuyevin belə mötəbər toplantılardan olan VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.
Respublikamızın artıq 26 il müddətində Birləşmiş Millətlər Təşkilatının üzvü olduğunu nəzərə çatdıran R.Usubov dünyanın bu ən mötəbər beynəlxalq təşkilatının ölkəmizdə fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əlaqələrin mövcudluğunu xatırladıb. O, ikitərəfli münasibətlərin daha da genişləndirilərək çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün olduqca fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb.
Daha sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.
Görüşdə Azərbaycanın BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və protokollarının iştirakçısı olaraq, bu təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq mübasibətlərinin davam etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə daxili işlər orqanlarının 500-dən çox əməkdaşı fəal iştirak edib.
Şəxsi heyətin peşəkarlığının daha da artırılmasından danışan R.Usubov ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirildiyini, nəticədə müasir informasiya-kommunikasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat-xidməti fəaliyyətdə tətbiqinin daha da genişləndiyini vurğulayıb. Hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə Sisteminin, "102 - Zəng Mərkəzi” sisteminin yaradıldığı qeyd edilib.
Qonağın nəzərinə o da çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər Nazirliyin daim diqqət mərkəzindədir. Belə müraciətlər operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür.
Qəbula və ətraflı məlumata görə təşəkkür edən A.Zuyev qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, heç şübhəsiz ki, bu tərəqqinin, sosial rifahın əsasında ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasının dayandığını, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM