"Ermənistanla Azərbaycanı müqayisə etmək ədalətsizlikdir"-Bəyanat

15:53 / 08.08.2014

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi beynəlxalq təşkilatları və bəzi xarici dövlətləri Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və Ermənistana həyata keçirdiyi işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etməyə çağıran bəyanat yayıb.

 
Strategiya.az-a daxil olan bəyanatda deyilir: "Son günlər Azərbaycanın tarixi torpaqları olan və beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ torpağında erməni işğalçı qüvvələrinin təşkil etdiyi kəşfiyyat-təxribat xarakterli hücumlar beynəlxalq hüququn norma və prinsiplərinin növbəti pozuntusu və Ermənistanın bu norma və prinsipləri tənzimləyən beynəlxalq təşkilatlara saymazyana münasibəti kimi qəbul edilməlidir. Ermənistan silahlı qüvvələrinin, işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsini tələb edən BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, yerinə yetirilmir. Azərbaycan öz torpaqlarının işğal altında olmasına baxmayaraq münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Lakin Ermənistan tərəfi status-kvonun saxlanılmasında maraqlı olduğundan problemin həllindən qaçır. Aydındır ki, bir zamanlar Azərbaycan torpaqları üzərində yaradılan Ermənistana Azərbaycan dövləti bu torpaqlarda ikinci bir erməni dövləti yaradılmasına imkan verməyəcək. Bununla bağlı Azərbaycanın hakimiyyəti  və hakimiyyətin yeganə mənbəyi olan Azərbaycan xalqının fikiri birdir, əgər münaqişənin sülh yolu ilə həll olunması mümkün olmasa, Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə öz torpaqlarını azad etməyə hazırdır.

Lakin çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan münaqişəsində işğalçı və işğala məruz qalan tərəflərə çox vaxt dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münasibət eyni olur və problemə ikili standartlardan yanaşılır. Biz bu gün Ermənistana hərbi, siyasi və digər yardımların dayandırılmasını, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistana qarşı təzyiq və sanksiyaların tətbiq olunmasının lazımlılığını bəyan edirik.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər son günlər qoşunların təmas xəttində erməni işğalçı qüvvələrinin təxribatına ədalətli mövqe ortaya qoya bilməmişdir. İşğalçı Ermənistan rəhbərliyi beynəlxalq təşkilatların, beynəlxalq vasitəçilərin qətiyyətsizliyindən istifadə edərək təxribatçı əməllərini, işğalçılıq siyasətini davam etdirir. Bu gün Ukrayna böhranına, Krımın işğalına görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, təziqlər göstərilir. Lakin işğalçılıq, separatizm siyasəti yürüdən Ermənistana yardımlar edilir. Cəbhədəki bu gərginlikdən cəmi bir neçə gün qabaq öz dədə-baba torpağını, ata-analarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedən 3 mülki vətəndaşa qarşı erməni əsgərlərinin törətdikləri vəhşiliklər ( onlardan birinin gözü çıxarıldı, biri öldürüldü) və onların hələ də vətənlərinə qaytarılmaması, lakin buna bütün dünyanın susması bizi çox narahat edir.

İnsan hüquqlarını "müdafiə edən", Azərbaycanda insan hüquqları pozuntularının olduğunu iddia edən təşkilatlar işğalçı Ermənistan dövləti tərəfindən bütün fundamental hüquqları pozulmuş bir milyondan çox məcburi köçkünə qarşı diskriminativ münasibət göstərir. Budurmu, ədalət? Bir milyondan artıq qaçqın və məcburi köçkünün, minlərlə şəhid və qazi ailəsinin, hər an qorxu və səksəkə içində yaşayan cəbhəboyu kəndlərimizin sakinlərinin hüquqları sizləri düşündürmürmü? Bəlkə, bir az da bu haqda düşünəsiz... "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi olaraq, beynəlxalq təşkilatlardan, Minsk qrupuna həmsədrlik edən dövlətlərdən Ermənistana beynəlxalq hüquq normalarını kobud surətdə pozduğuna görə sanksiyalar tətbiq etməyi, insanlığa qarşı müharibə cinayətləri törətmiş əli qanlı erməni rəhbərlərinin məsuliyyətə cəlb olunmasını təmin etməyi tələb edirik."


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM