Müşfiq Ələsgərlinin yazısı
“Reallıq.info” saytını media qurumu, özünü də bu qurumun baş redaktoru kimi təqdim edən İkram Rəhimov oktyabrın 26-da saxlanılıb.
AZƏRTAC-ın yaydığı məlumata görə, onu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar. Səbəb, “Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların yayımın dayandırılması müqabilində pul tələb etməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasıdır...”. İnanırıq ki, obyektiv istintaq aparılacaq, həqiqətlər üzə çıxacaq. Arzu edək ki, həbsdə saxlanılmasına səbəb olacaq qədər faktlar olmasın, günahsızlığını isbat edib, azadlığa qovuşun, Allah qapısını açsın!
Amma təəssüf ki, İkram Rəhimov və tabeliyində olan şəbəkə, hətta bu anda belə, baş verənlərlə bağlı yanlış informasiyalar yayır, ictimai rəyi çaşdırır, onun saxlanılmasına səbəb olan real məqamların açıqlanmamasına çalışırlar. İkram Rəhimov DTX tərəfindən saxlanılmamışdan öncə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Cənab Əli Həsənova açıq məktub ünvanlamış, həmən məktubda Mətbuat Şurasının təmsilçilərindən biri olaraq, şəxsimə qarşı yalan, qərəz dolu ittihamlar səsləndirmişdir. Guya Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Şuranın Şikayətlər üzrə komissiyasının sədri olaraq mən İkramın həbsini istəmişik! Onun Cənab Həsənova ünvanladığı məktub-məqalənin ictimailəşməsindən bir müddət sonra İkram Rəhimovun saxlanılması, istər-istəməz elə rəy yaradır ki, bu iki məsələ arasında əlaqə var. Məsələnin təfsilatını bilməyənlər üçün belə düşünmək məntiqlidir.
Amma durum tam fərqlidir. Səbr edib yazını sonadək oxuyanlar, nəticə çıxara biləcəklər. İkramın mətbuatda dərc edilmiş məqalə-məktubunu oxuyanda dərhal anladım ki, həmişəki kimi yenə məntiqi çaşıb, hansısa yanlış arqumentin təsiri altındadır: hədəfi qarışdırıb, hədəf olaraq məni və təmsil olunduğum Mətbuat Şurasını seçib, amma məktubu Prezident Administrasiyasına ünvanlayıb?! Biz onun belə “çaşqın” davranışlarına, bir növ, alışqanıq. Bənzər proses bir ilə yaxındır ki, davam edir, 2017-ci ilin sentyabr ayından bu günə qədər barəmizdə dəfələrlə yazı yazıb, sosial şəbəkələrdə status paylaşıb, olmazın ittihamlar səsləndirib. Dinməmişik, cavab verməmişik, fikirləşmişik ki, bəlkə ağlı başına gələndə durub düşünər, özünə baxar, nə hallara düşdüyünün, nə işlər çevirdiyinin fərqinə varar. Əgər biz ona öz səviyyəsində cavab versəydik, ağlı kəsən biri deyərdi ki, İkram anlamadı, düşünə bimədi, Siz niyə kəmhövsələ davrandınız?! Amma olmadı, adam cavab almadıqca ruhlandı, ağlına gələni uydurdu və sosial şəbəkələrdə paylaşdı. Görünür, “ölünü özbaşına qoyarsan, vurub kəfəni dağıdar” misalı boşdan yaranmayıb!
Sonuncu “məktub-məqaləsində” yer alan detallara vaxt ayırmıram. Linki əlavə etmişəm (İşarə 1), marağı olanlar baxa bilərlər. Aydınlıq yaransın deyə, onun MŞ və mənimlə öz arasında mübahisə saydığı prosesin mahiyyətini təsvir etmək istəyirəm.
2017-ci ilin avqust ayında Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi adından MŞ-yə şikayət ərizəsi daxil oldu. Şikayətdə «Nia.az» və «Reallıq.info» xəbər portallarının bu müəssə barədə qərəzli informasiyalar yaydıqları bildirilirdi («Nia.az» barədə aşağıda əlavə məlumat veriləcək. İndilik onu qeyd edib ki, bu xəbər saytı İkramın “media şəbəkəsinə” daxil olan səkkiz saytdan biridir). Şikayət ərizəsində iddia olunurdu ki, portal təmsilçiləri yayılan materialların dayandırılması qarşılığında onlardan qanunsuz olaraq külli miqdirda vəsait istəyirlər. Məsələnin bu tərəfi ilə işimiz yox: biz hüquq –mühafizə orqanı deyilik, “rüşvət” məsələsini isbat etmək üçün nə mexanizmimiz, nə də səlahiyyətimiz yoxdur. Mətbuat Şurası daxil olan şikayətlərə yazılmış yazılar və onların peşə kodeksinə uyğunluğuna görə qiymət verir. Baxdıq, materiallar birtərəfli, qarşı tərəfin rəyi olmadan hazırlanmış və yayılmışdı. Bu yazıların əksəriyyəti İkramın facebook səhifəsində də var. İstəyənlər daxil olub oxuya və onları peşəkarlıq müstəvisində dəyərləndirə bilərlər. Azərbaycan Jurnalistlərinin Peşə davranışı Qaydalarının bütün prinsipləri pozulub bu yazılarda. Həm reallıq.info-ya, həm də NİA.az-a xəbərdarlıq etdik, fəaliyyətində dönüş yaratmalarını tövsiyyə etdik. Tənqidi material hazırlanırsa, qarşı tərəfin rəyi öyrənilməlidir qaydasını, yəqin ki, hər kəs bilir. Amma İkram Rəhimov bilmir. Biz də onu xatırlatdıq. Adam nəticə çıxarmadı, əksinə, üzərimizə gəldi, həm də uydurmalarla, şərlə, böhtanla. Boş verdik, düzələr dedik, hər necə olsa, “media cameəsinin təmsilçisidir” dedik. Yanlış nəticə çıxardı, səhvlərini davam etdirdi, bizə saymazlıq nümayiş etdirirmiş kimi, daha “intensiv” işlədi, daha kobud səhvlər törətdi. Şikayətlər çoxaldı.
Birini də Sabirabad rayonunun Nizami kəndinin sakini göndərdi (adını yazmıram ki, mübahisəyə cəlb olunmasın, ərizəsi MŞ-də qorunur). Şikayətçi iddia edirdi ki, onunla həmkəndlisi arasında mülkiyyət davası olub. Münaqişə qarşı tərəfin həbsi ilə nəticələib. Amma bir müddət sonra hüquq pozuntusuna görə həbsə düşən şəxs (adını yazmıram, ərizəsi MŞ-də qorunur) barədə yeni, heyrətləndirici fakt əldə edib. Hüquq mühafizə orqanlarından xəbər alıb ki, münaqişə və xuliqanlıq sonucunda türməyə düşən şəxs məhkəməyə müraciət edərək işinə yenidən baxılmasını istəyib. Ərizəsinə əlavə edib ki, guya “jurnalistdir” və guya jurnaistik fəaliyyətinə görə şərlənib. Hətta vəkili vasitəsilə bəzi ölkələrə müraciət edərək, “təqibə məruz qalan jurnalist” qismində siyasi sığınacaq da istəyib. Şikayətçi MŞ-yə gəldi, konfliktli tərəfin, yəni məhbus “jurnalistin” vəsiqəsini bizə təqdim etdi. Yəqin ki, söhbəti niyə bu qədər detallı təsvir etməyimin səbəbini təxmin etdiniz: həmin vəsiqə «Reallıq.info» saytının vəsiqəsi idi, İkram Rəhimovun imzası ilə verilmiş vəsiqə! Məsələ ondadır ki, vəsiqə həmin şəxsə, məhbəs həyatı yaşadığı zaman verilib! (Surəti MŞ-də saxlanılır). İşin bir tərəfi, saxta vəsiqələrlə, saxta sənədlərlə siyasi sığınacaq düzəldən və Azərbaycan adını xaricdə rüsvay edən şəbəkəyə bağlanır. Hər halda görüntü budur, bizim əlavə təhqiqat aparmaq mexanizmimiz və marağımız yoxdur. Sadəcə həmən vaxt, 2017-ci ilin dekabrında, şikayət ərizəsi gələn vaxt İkramı yenidən MŞ-yə dəvət etdik, iradımızı bildirdik. Adam “yazdığım yazılara görə məndən qisas alırsız” dedi, üzərimizə şər atdı, böhtan danışdı. Sonda da “kimlərəsə bağlı olduğunu” dilə gətirdi, bizi “ağır cəzalandıracağı” ilə hədələdi. Boş verdik, ağıllanar dedik. Olmadı, öz şəbəkəsi ilə yeni proses başlatdı.
İşin bu çağında İkramın “dost, qardaş” adlandırdığı, Neftçalada əlbir hərəkət etdiyi şəxs, NİA.az-ın baş redaktoru (yuxarıda bilgi vermişdim) Bəhruz Əliyevi həbs edildi. Biz də hamı kimi mediadan oxuduq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz Əliyevi NİA.az-da sifarişli materiallar dərc etdirdiyinə görə həbs edib. O, müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək iri məbləğlərdə pul alırmış. Bəhruz Əliyev, həm də, erməni xüsusi xidmət orqanları ilə əmıkdaşlıqda suçlanır. Bilmirik, bəlkə də günahı isbat olunmayacaq, amma bugünkü durum belədir. İşimiz bunda deyil. Vurğulamaq istədiyim budur ki, o həbsi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi keçirib, İkram isə günahı Mətbuat Şurasında görür?! Adam hara dönürsə, şər əməlləri qarşısına çıxır. Baxın onun Facebook-dakı hesabına, adamın separatizmə çağırışdan tutmuş insanlara şər-böhtan atmağa qədər, ölkənin konstitusion quruluşuna qarşı çıxmağa qədər hər şey var. Bəlkə də, etdiklərini anlamır, başa düşmür, fərqinə varmır? Mümkündür, adam səhv edə bilər. Amma adam, əgər adamdırsa, gərək səhvlərdən nəticə çıxarmağı bacarsın, deyilənləri dinləsin. Bu isə özünü islah etmir, günahı kimdəsə axtarır. Biz nə etmişik? Ona xəbərdarlıq etmişik ki, əyri əməllərindən əl çək, bunun sonu yoxdur, axırı hüquqi ölçü götürməkdir, həbsdir, başqa cəzalardır. Bu necə nəticə çıxarıb? Bu gün Əli müəllimə ünvanladığı məktubda yazıb ki, “Mətbuat Şurasında məni həbslə hədələdilər”! Budur İkramın məntiqi, düşüncə tərzi və bu “məntiq qəlibinə” girməyən hər kəsə qarşı savaş açır, mübarizə aparır. Mətbuat Şurasına və Şuranın Şikayətlər üzrə Komissiyasının sədri olaraq mənə qarşı apardığı təbliğat da bu qəbildəndir. Elə mübarizə metodları da bənzərdir. Öz ağlına görə bir şəbəkə yaradıb. Yuxarıda qeyd etdiyim kimi, bizim bildiyimizə görə, həmin şəbəkəyə ən azı 8 xəbər saytı daxildir. Şəbəkə üzvlərindən birini 2017-ci ildə, dekabrın 29-da təsadüfən, başqa bir şikayət üzrə Mətbuat Şurasına dəvət etmişdik. Emin Ramazanov (Emin Haqq) adlanan bu şəxs Lənkəranda «Realnewsinfo.com» və «Real media» saytlarına başçılıq edir. Hirkan milli parkının kollektivi onu şikayət etmişdi. Dəvət etdik, həvəslə gəldi. Heç demə, “İkram şəbəkəsi”nin üzvü imiş və MŞ-yə gəlməyə fürsət axtarırmış. Gəlib, öz ağlınca, “gizli lent yazısı” hazırlamağı planlaşdırıbmış. İclas keçirdik, səhvlərini dedik, iradları bildirdik. Təkzib verəcəyinə boyun oldu. Amma MŞ-dən çıxandan sonra fərqli davrandı. İclasın gedişini “gizli lentə aldığını” və bizi “ifşa edəcəyini” açıqladı. Gözlədik, “nə etmişik ki?” deyə düşündük. Səs yazısı yayıldı, amma Emin Haqq tərəfindən yox. Sizcə kim açıqlasa yaxşıdır? Yəqin təxmin etdiniz: İkram Rəhimov. Həm də elə təqdim etdi ki, guya bu lent yazısında MŞ-ni ifşa edən ciddi faktlar var imiş. Həmən səs yazısını aşığıda paylaşıram. Marağı olanlar diqqətlə dinləsinlər. Əgər gizlilik və bizi ifşa edəcək bir nüans tapsanız, lütvən, mənə də bildirin. Adamın özünə görə düşüncə tərzi, mübarizə metodları, ən qəribəsi isə, orijinal “jurnalistikası” var. Onun təxəyyülündəki jurnalistika fərqlidir, nə qanunlara, nə də peşə kodeksinə aidiyatı yoxdur. Hədəf seçdiyi obyektlərə də, oz prinsipləri ilə yanaşır. Mətbuat Şurası xəbərdarlıq etdi, anlamadı. RNYTN dəfələrlə xəbərdarlıq etdi, anlamadı. Rəhbərlik etdiyi saytların fəaliyyəti qanunlara sığmadığı üçün dəfələrlə bloklandı, nəticə çıxarmadı. Reallıq.info bloklandı, əvəzində reallıqinfo.az saytını açdı, o da bloklandı, əvəzində reallıq.org açdı....Bu münvalla rəhbərlik etdiyi saytlar barədə 6 dəfə inzibati ölçü götürüldü, nəticə çıxarmadı. İndi də həbs edilib. Yenə nəticə çıxarmır. Hələ də iddia edir ki, kiminsə bəlasına tuş gəlib! Hədəf seçdiyi adamlara çıxış yolu buraxmır. Adamlar reallıq.info səhifələrində şərə, böhtana, təhqirə məruz qalırlar. Hara üz tutsunlar? Mətbuat Şurasını dinləmir, Rabitə, Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyini dinləmir, məhkəmə dinləmir...Onun şərindən əziyyət çəkənlər, sonda DTX-ya müraciət ediblər. Əgər bu da nəticə verməsə, yəqin ki, İkramla “ənənəvi qaydada” hesablaşacaqdılar. Yaxşı ki, ölkəmiz hüquqi dövlətdir, məsələlər hüquq müstəvisində həll edilir. Amma hüquq, onu anlayan, dərk edənlər üçündür. Əgər İkram ilk mərhələdə, Mətbuat Şuasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı, fəaliyyətini qanuni müstəvidə qursaydı, indiki duruma düşməzdi. Burada nə mən, nə Mətbuat şurası, nə də başqa biri günahkar deyil.
Belə, İkram sərgüzəştləri barədə yazdıqca-yazmaq olar. Amma güman edirəm ki, adamın kimliyi və düşüncə tərzi barədə təəssürat formalaşdıra bildim. Qalanı təfərrüat.
Müşfiq Ələsgərli
Mətbuat Şurasının sədr müavini
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM