Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib. Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd Naxçıvan Qarnizonunun güc strukturlarının idarəetmə orqanlarının xüsusi əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaqdan, birləşmə və hissələrin idarəetmə və əməliyyat heyətinin əməliyyatların planlaşdırılması, idarə edilməsi və təşkili üzrə bilik və bacarıqlarını təkmilləşdirməkdən, eləcə də müdafiə zamanı düşmənin kəşfiyyat-diversiya orqanlarının aşkar, təcrid və məhv edilməsindən ibarətdir.
Ali Məclisin Sədri yeni hərbi təyinatlı cihazlara baxıb.
Məlumat verilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladıqları "İldırım RP-10” radiopartladıcı və "Sərhəd Sipər Sistemi” yüksək texniki göstəricilərə malikdirlər. "İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa görüntülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. "Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirir və mərkəzə məlumat ötürür.
Sonra komanda verilib və təlim başlayıb.
Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib.
Təlimdə düşmənin genişmiqyaslı hücum əməliyyatının və diversiya-təxribat fəaliyyətlərinin qarşısının alınması üçün şərti olaraq müxtəlif döyüş tapşırıqları yerinə yetirilib. Düşmən birinci eşelon birləşmələrinin güclü müqavimətinə rast gələrək hücumu dayandırmağa məcbur olub. Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri Naxçıvan Qarnizonunun digər güc strukturlarının bölmələri ilə qarşılıqlı əlaqədə əks-zərbə endirib, düşmən müdafiəsinin yaxın dərinliyindəki dağ aşırımlarını, təminat və təxliyə yollarını tutub, mühüm obyektlərini məhv edib, döyüş texnikasını ələ keçirib.
Düşmənin diversiya-təxribat qrupunun zərərsizləşdirilməsi məqsədi ilə fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları təxribatçıları zərərsizləşdirərək tam tərkibdə ələ keçiriblər. Sərhədçilər dövlət sərhədinə basqın edən düşmənlə mübarizədə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetiriblər. Xüsusi təyinatlı qrup isə düşmən kolonunu mina tələsinə salaraq döyüş texnikalarını qrupun atəşi ilə məhv edib, irəliləmə və geriçəkilmə yollarını bağlayıb.
Düşmənin döyüş-nəqliyyat vertolyotlarından istifadə etməklə qoşunlarımızın müdafiə dərinliyinə hava desantı çıxarmaq cəhdinin qarşısı alınıb, Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi düşmənin taktiki hava desantını mühasirəyə alaraq qısa müddətdə zərərsizləşdirib. Hakim yüksəkliyin aşırımını müdafiə edən düşmənin canlı qüvvəsini məhv etmək üçün xüsusi təyinatlı qrup ərazinin relyefindən yararlanaraq düşmən mövqeyinə gizli şəkildə yaxınlaşıb. Xüsusi təyinatlı qrup sərrast atəşlərlə düşmənin canlı qüvvəsini məhv edib, müdafiə mövqeyini ələ keçirib və hakim yüksəklik istiqamətində digər qrupların fəaliyyətinə əlverişli şərait yaradıb. Dağ aşırımının digər yamacını ələ keçirmək tapşırığı almış xüsusi təyinatlı qrup təyin edilmiş rayona zirehli "SANDCAT” avtomobilləri ilə hərəkət edib. Xüsusi təyinatlı qrup yüksəklikdə yerləşən düşmən mövqeyini ələ keçirməklə hakim yüksəkliyə hücum edən bölmələrin cinahlardan təhlükəsizliyinə və taktiki desantın hakim yüksəkliyə endirilməsinə şərait yaradıb.
Sərf edilmiş döyüş sursatlarının yenisi ilə təmin olunması, yaralıların təxliyə edilməsi, partlamayan və partlayış-təhlükəli mərmilərin tapılaraq zərərsizləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin pirotexniki taqımı, kinoloqları və xilasediciləri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Alpinistlər əlverişli istiqamətlərdə hakim yüksəkliyə qalxaraq bölmələrimizə müxtəlif döyüş sursatları çatdırıb, yaralanmış şəxsi heyət təxliyə olunub.
Təlimin gedişində düşmənin ehtiyatlarına aviasiya zərbəsi və hakim yüksəkliyə taktiki hava desantının endirilməsi göstərişi verilib. "SU-25” təyyarələri hədəfi qısa müddətdə məhv edib, "Mİ-35M” vertolyot manqası düşmənin hakim yüksəklikdə yerləşən mövqelərinə atəş zərbələri endirib. Vertolyotlardan endirilən taktiki hava desantı qrupları mühasirəyə aldıqları düşməni məhv ediblər. "KORD” və "NSVT” pulemyotları ilə silahlandırılmış "KOBRA” və "SANDCAT” yüngül zirehli transportyorların heyətləri düşmənin atəş nöqtələrini susdurublar. Snayper cütlükləri düşmənin döyüş sahəsində komanda heyətini, rabitəçiləri və əsas atəş vasitələrini aşkar edərək zərərsizləşdiriblər. Xüsusi təyinatlı qruplar isə Azərbaycan istehsalı olan "ZƏFƏR” tapançalarından və digər atıcı silahlardan istifadə edərək düşmənin yaxın məsafələrdəki canlı qüvvəsini məhv edib.
Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin qarşılıqlı əlaqədə birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, yaradılmış hədəf qrupları və maketləri məhv edilib.
Xüsusi təyinatlı qruplar tərəfindən təlim ərazisindəki ən yüksək zirvədə üçrəngli bayrağımız qaldırılıb və işğaldan azad edilmiş Günnüt kəndi ilə bağlı "Günnüt Azərbaycan əsgərinin rəşadət əzmidir” şüarı nümayiş olunub.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimin hadisəsiz və uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib, təlimdə iştirak edən bütün şəxsi heyətə təşəkkürünü bildirərək deyib: Bu il ölkəmizdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 27-ci ildönümü qeyd olundu. Hər bir dövlətin inkişafı üçün onun müstəqilliyi vacib şərtdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir”.
Ali Məclisin Sədri deyib: Ordusu olmayan dövlət müstəqil ola bilməz. Güclü ordu güclü dövlətçilik, sabitlik və inkişaf deməkdir. Azərbaycan xalqının heç bir zaman öz müstəqilliyindən geri çəkilməyəcəyini bəyan edən Ümummilli Liderimiz deyirdi ki, "Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”. Ulu Öndərimizin ordu quruculuğu sahəsində başladığı işi uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyimizin qarantı olan güclü ordu yaratmışdır. Bu gün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində kompleks tədbirlər görülür.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının da müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən hərbi təlim də göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələri istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ordumuz ona görə güclüdür ki, şəxsi heyətdə yüksək vətənpərvərlik var. Vətənpərvərlik sahib olduğumuz ən ali dəyərimizdir. Bu gün keçirilən hərbi təlimdən çıxarılan konkret nəticə də ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə yanaşı, həm də yüksək vətənpərvərliyə malikdirlər.
Ali Məclisin Sədri bir daha hərbi təlimin uğurla başa çatması münasibətilə təşkilatçılara, bütün şəxsi heyətə təşəkkür edib, çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: "Bizim ordumuz bizim qürurumuzdur”.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətləri təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə xüsusi diqqət yetirir. Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər isə Silahlı Qüvvələrin buradakı ordu, birləşmə və hissələrində xidmətin və döyüş hazırlığının yüksək səviyyədə təşkilinə imkan verir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu ən müasir silah, texnika və digər avadanlıqlarla təmin edilmişdir. Keçirilən təlim bunu bir daha təsdiq etdi. Muxtar respublikadakı bütün güc strukturlarının xüsusi təyinatlıları tərəfindən qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi, şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Artıq düşmən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, eləcə də Silahlı Qüvvələrin muxtar respublikadakı digər birləşmə və hissələrinin yüksək döyüş hazırlığından, müasir silah və texnika təminatından qorxur və bunu etiraf edir.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, təlimdə Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələri tam döyüşə hazır vəziyyətə gətirilib, bölmələr döyüş uzlaşması keçib və tapşırıqlar uğurla yerinə yetirilib. Xüsusi təyinatlıların fəaliyyət ardıcıllığının vahid qaydada qəbul edilməsində, eləcə də radiotexniki, radioelektron, məlumat, xüsusi və qoşun kəşfiyyatlarının aparılmasında əməli təcrübə qazanılıb. Kərəm Mustafayev təlimdə iştirak edən şəxsi heyət adından minnətdarlıq edib, bundan sonra da bütün əmr və tapşırıqların uğurla yerinə yetiriləcəyini bildirub.
Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.
Gizir Bəhruz Məmmədov və zabit Vüqar Məlikov minnətdarlıq edərək deyiblər ki, bu gün muxtar respublikada hərbi xidmət nümunəvi təşkil olunub. Hərbi hissələrin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraitinin yaxşılaşdırılması, eləcə də zabit-gizir ailələrinin yaşayışı üçün ardıcıl tədbirlər görülüb. Yaradılan şərait və bu cür təlimlərin keçirilməsi mübarizə əzmimizi və döyüş ruhumuzu daha da artırır. Əmin edirik ki, düşmənin istənilən təxribatının qarşısını almağa tam hazırıq.
Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov xüsusi təyinatlıların təlim mərkəzində yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, təlim mərkəzində şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün lazımi şərait var. Burada yataq yerləri, əşya və ərzaq anbarları, yeməkxana və məişət guşələri istifadəyə verilib. Görülən işlər istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verir.
Ali Məclisin Sədri Naxçıvan Qarnizonu qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin bundan sonra da davam etdirilməsi və qarşılıqlı fəaliyyətin təşkili barədə müvafiq tapşırıqlar verib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM