Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib

08:21 / 01.11.2018

 

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Tədbir çərçivəsində Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı, həmçinin Mir Cəlal Paşayev və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.

Sönməyən işıqlar

Xatirə gecəsində Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında mövqeyindən söz açıb. Qeyd edib ki, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, eləcə də Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Heydər Hüseynov kimi ədəbiyyatşünas alimlər Azərbaycanın gələcəyi üçün öz zəkası və qələmləri ilə işıq yandırmış insanlardır. Onların yandırdığı bu işıq Azərbaycan xalqının yolunu daim aydınlaşdıracaq.

Altmış il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdirdiyi “Füzuli sənətkarlığı” kitabını ölkəmizdə müasir füzulişünaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonralar bu əsəri təkmilləşdirərək “Füzuli sənətkarlığı” adı ilə nəşr etdirib. Kitab “Ədibin Evi” tərəfindən Mir Cəlalın 110 illik yubileyi münasibətilə yenidən çap olunub. Muzeyin direktoru bu kitabın nəşrini işığın qayıtması kimi dəyərləndirib.

Hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər

Mir Cəlalın tələbəsi olmuş Xeyrulla Əliyev müəllimi ilə bağlı xatirələrini bölüşüb. “İndi qəribə görünsə də, o dövrdə ali məktəblərdə dərsə davamiyyət jurnalları rus dilində yazılırdı. Bu səbəbdən də “Əliyev” familiyası “Aliyev” olurdu. Sanki buna etiraz əlaməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxumaz, tələbələrdən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal müəllim elə sadə danışırdı ki, mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda, elə fikirlər söyləyirdi ki, mən onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər”, - deyən Xeyrulla Əliyev müəlliminin tələbələri yaradıcılığa ruhlandırdığını, yüksək insani keyfiyyətlərini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu böyük şəxsiyyət təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb. Akademik Akif Əlizadə özünün də bir şəxsiyyət kimi formalaşmasında Mir Cəlal Paşayevin nümunəvi həyatının böyük rolu olduğunu, bu böyük yazıçının Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etdiyini diqqətə çatdırıb. Gənclik dövründə Mir Cəlalla görüşləri barədə xatirələrini bölüşən akademik Akif Əlizadə bu ailənin üzvlərinin bu gün də Azərbaycana işıq gətirdiklərini, ədibin övladlarının və nəvələrinin ölkəmizi dünyada təbliğ etdiklərini vurğulayıb.

Xoşbəxt yazıçı və pedaqoq, xoşbəxt ata

Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin deyib ki, Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi. Mir Cəlal həm də xoşbəxt bir atadır; onun sovet dövründə yetişdirdiyi övladları bu gün müstəqil Azərbaycana layiqincə xidmət edirlər.

Akademik Vasim Məmmədəliyev diqqətə çatdırıb ki, Mir Cəlal böyük şəxsiyyət olduğu qədər də böyük sənətkardır. Onun xalq tərəfindən sevilməsinin səbəbi şəxsiyyətində bu iki keyfiyyətin bir-birini tamamlamasıdır. “Füzulinin sənətkarlığı” kitabı bu gün də hər kəsə lazımdır. Mir Cəlal Paşayev ədəbiyyatın bir çox sahələrində yeni söz demiş alimdir. Təkcə “Füzulinin sənətkarlığı” onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edər.

 
Gözəl insanların gözəl əməlləri xatirələrdə yaşayır

Tədbirdə Feyzulla Qasımzadənin qızı Nigar Qasımzadə, Həmid Araslının qızı Nüşabə Araslı Mir Cəlalla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, onun şəxsiyyəti özlüyündə bir məktəb idi. O, özü də bilmədən ətrafındakı gənclərə bir cəsarət verirdi. Mülayim xasiyyəti vardı, lakin prinsipial idi, mövqeyindən dönməzdi, yersiz güzəştə getməzdi. Bütün bu keyfiyyətləri ilə o, həm yazıçı kimi, həm də şəxsi nümunəsində insanların formalaşmasına müsbət təsir göstərirdi.

Mir Cəlalın tələbəsi olmuş Təhsin Mütəllimov deyib ki, Mir Cəlal müəllimin vəfatından 40 il ötür. Lakin gözəl insanların gözəl əməlləri onlar haqqında xatirələrdə yaşayır. Gərək elə mənalı ömür sürəsən ki, özündən sonra bu qədər xatirə qoyub gedəsən. Mir Cəlal müəllim məhz bu cür mənalı ömür sürüb. Təhsin Mütəllimov Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabında dahi Füzuli eşqinin mahiyyətini açdığını vurğulayaraq, kitabın yenidən nəşrini yüksək qiymətləndirib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin qocaman əməkdaşı Cümşüd Muradov, habelə professor Abdulla Abbasov da Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.

Sonda Mir Cəlalın oğlu Hafiz Paşayev tədbirin təşkilinə görə təşəkkürünü bildirərək deyib: “Siz böyük iş gördünüz. Əslində belə məclislər tez-tez olmalıdır. Ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir”.

Hafiz Paşayev, həmçinin məktəb illərində atasının ona muğam üstündə oxunan qəzəllərin sözlərini izah etməsi ilə bağlı xatirələrini bölüşüb.

Ədibin oğlu qeyd edib ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı 1958-ci ildən sonra bir neçə dəfə nəşr edilib. Lakin o nəşrlər Mir Cəlalın özünün nəşr etdiyi kitabdan çox fərqlidir. Belə ki, həmin nəşrlərdə müasirləşdirmə aparılıb, dinlə, sovet ideologiyası ilə bağlı yerlər çıxarılıb. Lakin təqdimatı keçirilən kitab 1958-ci il nəşrinin mətninə əsaslanır.

Tədbirdə Aqil Məlikov və Hüseyn Məlikovun ifa etdikləri muğamlarda Füzuli qəzəlləri səsləndirilib.

Qeyd edək ki, "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir. Mir Cəlal Paşayevin təkcə elmi irsi ilə deyil, həm də xeyirxahlığı, böyük müəllimliyi, sadəliyi ilə qəlblərdə özünə abidə ucaldır.



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM