01 noyabr tarixində “İrşad” oteldə “Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Təbdirdə iqtisadçı-ekspertlər, ictimai fəallar, iş adamları və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd edilib ki, Azərbaycan 2025-ci ildə Bakıda “Expo-2025 ” beynəlxalq sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə həm ölkə daxilində, eləcə də xarici ölkələrdə və müxtəlif beynəlxalq təşkilatlarda aktiv təbliğat kampaniyası aparmaqdadır. Mətbuatdan da bəllidir ki, 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı ilə yanaşı,Rusiyanın Yekaterinburq və Yaponiyanın Osaka şəhərləri də öz namizədliyini irəli sürüblər. Artıq seçim mərhələsi yekunlaşmaq üzrədir və yaxın günlərdə “Expo 2025”ə ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq. Azərbaycan “Expo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq. Qeyd edilib ki, ötən il qardaş ölkə və tərəfdaş dövlət olan Qazaxıstanın paytaxtı Astana şəhəri bu tədbirə ev sahibliyi edib. Azərbaycan sərgidə böyük pavilyonla təmsil olunub. Sentyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.
Sərgi bitdikdən sonra , sərgi pavliyonlarının yerləşdiyi ərazidə cari ilin iyulundan Astana Beynəlxalq Maliyyə Mərkəzinin(ABMM) fəaliyyətə başlayıb. İyulun 7-də ABMM-in rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, hökumət nümayəndələri, xarici dövlətlərin başçıları, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər. Yaranmasından az müddət keçməsinə baxmayaraq artıq 100-dək şirkət ABMM-də qeydiyyatdan keçib. Dünyanın bir sıra iri maliyyə institutları burada öz nümayəndəliklərini açıblar. Belə güman edilir ki, ABMM xarici şirkətlərin qiymətli kağızlarını öz birjalarında yerləşdirməklə yanaşı, İslam bankçılığının regionda güclənməsinə gətirib çıxaracaq, kapital bazarının genişlənməsinə, ölkəyə güclü investisiya axınına səbəb olacaq, eləcə də ölkənin iqtisadi inkişafına güclü təkan vermiş olacaq.
Tədbirdə çıxış edən iqtisadçı ekspert Vüqar Bayramov Astanada yaradılan beynəlxalq maliyyə mərkəzi region üçün çox mühüm əhəmiyyətə malik olduğunu deyib: “ Bildiyimiz kimi bu mərkəz nəqliyyat xidmətləri də daxil olmaqla bir sıra logistik xidmətlər təklif edir. Bundan əlavə, Astana Beynəlxalq Maliyyə Mərkəzi həm də iş adamları üçün böyük güzəştlər paketini təqdim edən bir modeldir. Belə ki, bu mərkəz çərçivəsində sahibkarlara 50 il müddətinə vergilərdən azad olmaq təklif olunur ki, bu da sahibkarlar üçün kifayət qədər böyük güzəşt və dəstək deməkdir. Hesab edirəm ki, bu amil ölkəyə xarici sahibkarların cəlb edilməsi, eləcə də maliyyə bazarlarının inkişafı üçün həm regional, həm də qlobal mənada çox əhəmiyyətlidir. Bundan əlavə ABMM həm də xarici vətəndaşlara 5 il müddətinə viza güzəştləri təqdim edir ki, bu da sahibkarların vizasız rejimdə Qazaxıstana gəlməsinə şərait yaradır ”. Onun sözlərinə görə Astana Beynəlxalq Maliyyə Mərkəzini fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, burada gələcəkdə yarana biləcək hər hansı bir məhkəmə çəkişmələrinin Böyük Britaniya hüquq sisteminə uyğun şəkildə aparılacaq ki, bu da iş adamlarında, eləcə də xarici investorlarda böyük inam yaradır.
“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mərkəzin açılışındakı çıxışında qeyd etdi ki, Astana Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasında əsas məqsəd Mərkəzin regionda bir haba çevrilməsinə nail olmaqdır. Hesab edirəm ki, sahibkarlara təklif edilən güzəştlər, xüsusən də ölkə qanunvericiliyinə dəyişiklik edilməsi, beynəlxalq məhkəmə hüququnun ölkə qanunlarından üstün tutulması Qazaxıstan rəhbərliyinin bu niyyətlərinin gerçəkləşməsinə şərait yaradacaq. Bu baxımdan belə hesab edirəm ki, ABMM-də istifadə edilən oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsi məqsədəuyğundur və mümkündür ”,-deyə Vüqar Bayramov vurğulayıb.
UNEC-in Tədqiqatlar Fondunun prezidenti Fərhad Əmirbəyov isə məsələyə fərqli yanaşıb : “ Belə hesab edirəm ki, Qazaxıstan Astana Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasına hələ bir model kimi baxır. Belə ki, Astanada beynəlxalq maliyyə bazarının yaradılması üçün hələ bir qədər tezdir. Çünki, ölkədə mal və xidmətlərin ixracından sonra kapitalın ixracı baş verdikdə belə mərkəzlərin yadarılmasına tələbat yaranır. Ölkədə sənayeləşmə hələ də tam həyata keçirilməyib. Amma buna baxmayaraq, ölkəyə xarici investorların cəlb edilməsi baxımından belə maliyyə mərkəzlərinin yaradılması çox faydalı ola bilər”.
İqtisadçı-ekspert Nazim Bəydəmirli çıxışında ötən il Qazaxıstanda keçirilən “Expo2017” sərgisi çox böyük uğur qazandığını bildirib: ”Onlarla ölkənin dövlət başçılarının, nüfuzlu beynəlxalq maliyyə təşkilatların rəhbərlərinin sərgidə iştirakı ölkənin təbliğı baxımından çox mühüm bir addım idi. Bunun ardından Astanada Beynəlxalq Maliyyə Mərkəzini yaratmaqda Qazaxıstanın məqsədi aydın görünür-ölkə qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlıdır. Digər tərəfdən Qazaxıstanın güclü iqtisadiyyata malik Çin ilə Avropa arasında yerləşməsi onu bel bir addımı atmağa sövq edir. Düşünürəm ki, bu baxımdan Qazaxıstanın çox böyük perspektivləri vardır. ABMM-nin yaradılması Qazaxıstanda qiymətli kağızlar bazarının inkişafına imkan yaratmaqla yanaşı, ölkəyə investisiya axınına, eləcə də iqtisadiyatının sürətlə inkişafına səbəb olacaq”.
Politoloq İlqar Vəlizadə isə bildirib ki, ümumiyyətlə Qazaxıstan iqtisadiyyatı hər zaman xarici investorlar üçün cəlbedici olub: “Düşünürəm ki, ABMM-nin yaradılması xarici investorların Qazaxıstana sərmayə yatırması prosesini həm asanlaşdıcaq. Həm də sürətləndirəcək. Elə bir faktı qeyd edim.Təqribən yaranmasından 1il müddət keçməsinə baxmayaraq, 100-dək şirkətin səhmlərinin Astana Beynəlxalq Maliyyə Mərkəzində yerləşdirməsi buna əyani sübutdur. Digər tərəfdən, məlumdur ki, Qazaxıstan rəhbərliyi hazırda ölkədə “Nurlu Yol” adlı yeni strateji proqram həyata keçirməkdədir. Bu proqlam Qzaxaıstanda sənayeləşdirməni həyata keçirməyi qarşıya məqsəd qoyub. Düşünürəm ki, xarici sərmayə olmadan bu proqramı həyata keçirmək ölkə üçün çətin olardı. Bu baxımdan ABMM-in fəaliyyə başlaması Qazaxıstana xarici sərmayə axınını gücləndirəcək və ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək. ”
Tədbirdə çıxış edən digər natiqlər- İlham Şaban, Eldar İsmayılov və başqaları Astana Beynəlxalq Maliyyə Mərkəzinin fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, regionda maliyyə bazarının inkişafına gətirib çıxaracağını vurğulayıblar.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM