2018-ci il 3 noyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın fəal oxucusu, tanınmış jurnalist, yazıçı-publisist, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Hacı Tofiq Seyidzadə ilə görüş keçirildi.
Görüşü Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq qonaqları təqdim etdi və Hacı Tofiq Seyidzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O, qeyd etdi ki, T.Seyidzadə “Bakinskiy raboçiy”, “Kommunist”, “Yeni Naxçıvan”, “Respublika”, “Azərbaycan müəllimi”, “Şərq qapısı”, “İşıqlı yol” qəzetlərində mütəmadi olaraq məqalələri ilə çıxış edib. Onun yaradıcılığı indi də çoxlarının maraq dairəsindədir. T.Seyidzadə təkcə Azərbaycanda deyil, Rusiyada da tanınır və sevilir.
Tədbirdə Mirzə Şəfi Vazehin Azərbaycanda ilk tədqiqatçısı, professor Akif Bayramın çıxışı çox böyük maraqla qarşılandı. Professor Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına onun son ildə yazdığı və Heydər Əliyev Fondu tərəfindən 5 dildə türkiyədənəfis şəkildə nəşr olunan ”Mirzə Şəfi Vazehin ədəbi irsi” monoqrafiyasını, ”Mirzə Şəfi Vazeh haqqında xatirələr” və digər kitablarını hədiyyə etdi. A.Bayram Hacı Tofiq Seyidzadənin yaradıcılığından danışarkən onun maraqlı insanlar haqqında yazdıqlarını xüsusi vurğuladı.
Veteranlar təşkilatının sədr müavini, fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki, T.Seyidzadə hərbi mövzuya çox həssaslıqla yanaşır, onun əsərləri gənclərdə vətənpərvərlik ruhunu yüksəldir, bu əsərlər insanlar üçün örnəkdir.
Nərimanov rayon Veteranlar təşkilatının sədri, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov Hacı Tofiq Seyidzadə haqqında danışarkən, onun vətənə, torpağa son dərəcə bağlı olduğunu qeyd etdi. O, bildirdi ki, T.Seyidzadə bütün veteranlarla maraqlanır, onların keçdiyi döyüş yolunu kitablarında və məqalələrində daima işıqlandırır.
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri, Yeni Azərbaycan Partiyasının Siyası Şurasının üzvü, siyasi elmlər
üzrə fəlsəfə doktoru Qafar Əliyev öz çıxışında Hacı Tofiq Seyidzadəni xalq jurnalisti adlandırdı. O, qeyd etdi ki, yubilyar öz yazılarında çox vacib problemlərə toxunur və bu problemləri dövlət məmurlarına çatdırır. Öz yaradıcılığında “körpü” rolunu oynayır, onun yazılarını oxucular sevə-sevə oxuyurlar. Bu yaradıcı insan yorulmadan və çox məhsuldar çalışır.
Texnika üzrə elmlər doktoru, Azərbaycan Pedaqoji Universitetinin professoru Saleh Taleh qeyd etdi ki, T.Seyidzadə onun yaradıcılığını çox dərindən təhlil edib. O, qeyd etdi ki, poeziyada onun ustadı Bəxtiyar Vahabzadə olub. Həyatda isə, o, T.Seyidzadədən örnək götürərək həyat dərsi keçib. O, T.Seyidzadəyə “Bu dünyanın bir Allahı var axı” şeirini ərmağan etdi.
Ümid Mirzəyev qeyd etdi ki, Avrasiya Mətbuat Fondunun sədri olaraq, T. Seyidzadənin yaradıcılığına böyük maraq göstərir. Çıxışında vurğuladı ki, T. Seyidzadənin əsərləri çox səmimidir.
T.Seyidzadənin kitablarının redaktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İbadulla Məmmədov Hacı Tofiq Seyidzadənin Azərbaycan tarixini dərindən bilən, xeyirxah və nəcib insan olduğunu vurğuladı və qeyd etdi ki, T.Seyidzadə fəxri professordur.
Lətifə Məmmədovanın və oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarovanın ifasında Hacı Tofiq Seyidzadənin çox sevdiyi “Aşıq ustadlarımızın deyimləri” ona və bütün tədbir iştirakçılarına ərmağan edildi. Yasamal rayon 158 №-li tam orta məktəbin şagirdləri Hüseyn Qurbanov, Sadiq Məhərrəmov və Xəqani Məmmədovun ifalarında “Aşıq Həmidlə, şair Şamil Zaman və Əhməd Sədərəklinin deyişmələri” maraqla qarşılandı.
Yazıçı-publisist, şairə, kitabxananın fəal oxucusu Sevinc Ağaxəlilqızı (Basqallı) Tofiq Seyidzadəyə yazdığı şeiri söylədi. Kitabxananın fəal oxucusu, həkim nevropatoloq-psixoterapevt T.Seyidzadənin əsərlərinin ona müsbət təsir etdiyi barədə fikirlər söylədi.
Sonra söz kitabxananın fəal oxucusu, “Qızıl qələm” mükafatı laureatı, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Hacı Tofiq Seyidzadəyə verildi. O, qonaqları salamlayaraq, onlara ən səmimi və xoş arzularını bildirdi. Və qeyd etdi ki, M.Ş.Vazeh adına kitabxanada hər bir yaradıcı insana xüsusi diqqət və qayğı göstərilir. Yubilyar kitabxananın bina şəraitini yaxşılaşdırılması barədə fikir söylədi.
Xatırladırıq ki, Yasamal rayon MKS-ində həyata keçirilən “Maraqlı insanlarla söhbətlər” davamlı layihəsi cəmiyyətdə maraqla qarşılanır.
“Maraqlı insanla söhbətlər” lahiyəsinin rəhbəri “İnformasiya hamı üçün” YUNESKO proqramının Azərbaycan komitəsinin sədri, Yasamal rayon MKS-inin direktoru, dr. Lətifə Məmmədova, icraçı direktoru Ənvər Haqverdiyev, koordinatoru Kifayət Hüseynovadır.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM