Berlində Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan sərginin açılışı və rəsmi qəbul keçirilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Bundestaqın deputatları, Almaniya hökumətinin təmsilçiləri, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi ilə tanış olublar.
Daha sonra keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun o cümlədən Almaniya ilə mədəniyyət mübadiləsinə önəm verdiyini, bu ölkədə çoxsaylı elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb.
Bugünkü respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən səfir ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlərin bizə Xalq Cümhuriyyətindən miras qaldığını bildirib. Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz regionda aparıcı iqtisadi qüvvəyə çevrilib və Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerdə qərarlaşıb.
Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərinin bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin daha da yaxınlaşması üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Ölkəmizin Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı olduğunu, Almaniya şirkətlərinin Cənub Qaz Dəhlizi layihəsində uğurla iştirak etdiklərini, 200-ə qədər alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Ramin Həsənov Prezident İlham Əliyevin və Kansler Angela Merkelin iştirakı ilə iki ölkənin iş adamları ilə keçirilmiş görüşün Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığında yeni layihələrin həyata keçirilməsi üçün geniş meydan yaratdığını qeyd edib.
Ramin Həsənov, həmçinin xalqlarımız arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb. Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Göte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında mövcud olan “qardaşlaşma”ları, nüfuzlu Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Ramin Həsənov vurğulayıb ki, Almaniya hökumətinin də bölüşdüyü Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki qəbul etməlidir.
Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars çıxışında 20 ildən bəri davam edən deputat fəaliyyəti dövründə Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, rəhbərlik etdiyi parlament qrupunun adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Almaniyalı deputat bildirib ki, bundestaqdakı Cənubi Qafqaz parlament qrupunun Azərbaycanla bağlı fəaliyyəti iki prioritetə malikdir. Bunlardan biri ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin təşviqi, digəri isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir. Yohannes Kars sözügedən münaqişənin hər zaman yenidən alovlana biləcəyini əsas gətirərək onun tezliklə həllinə nail olunmasının zəruriliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi səfir Haydrun Tempel qeyd olunan 100 illik yubiley münasibətilə Almaniya hökuməti adından Azərbaycanı təbrik edib. Alman diplomat ölkəsinin digər sahələrlə yanaşı, mədəni və humanitar məsələlərdə də Azərbaycanla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə həyata keçirilən layihələri vurğulayıb. Haydrun Tempel, həmçinin Azərbaycanın nəhəng regional layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu, ölkəmizin bölgədə böyük iqtisadi gücə çevrildiyini qeyd edib. Almaniya hökumətinin təmsilçisi, eyni zamanda, 2016-ci ilədək Almaniyanın ölkəmizdə səfiri olması ilə əlaqədar respublikamızın 100 illik yubileyinin onun diplomatik fəaliyyətinə birbaşa aidiyyəti olduğunu bildirib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə tanınmış musiqiçilər Elçin Şirinovun, Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM