Ərəb ölkələrinin aparıcı KİV-ləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Nəbz”, “İmarat nyus”, “Şarcə24”, Misirin “İdaat” saytları, Oman Xəbər Agentliyi, Səudiyyə Xəbər Agentliyi, Səudiyyə Ərəbistanının İƏT UNA agentliyi və digər xəbər portalları bu ölkələrin media nümayəndələrinin Azərbaycana səfərini və səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Müsahibədə Əli Həsənov Azərbaycanın ərəb ölkələri, eləcə də Misir və Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələrinin olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri ilə əlaqələri inkişaf etdirməyə önəm verir.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə cərəyan edən prosesləri yaxından izləyir və bəzi üzv ölkələrin üzləşdikləri münaqişələrin, xüsusilə də Fələstin probleminin, Suriya böhranının tezliklə həllinə ümid bəsləyir. Azərbaycan İslam ölkələri ilə iqtisadiyyat, mədəniyyət, idman sahələrində əməkdaşlığı genişləndirmək istəyir. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində iştirak etməkdə maraqlı olan ölkəmiz BMT-də bir sıra diplomatik təşəbbüslər irəli sürüb, Təhlükəsizlik Şurasına sədrliyi dövründə Suriyada hərbi əməliyyatların dayandırılması və Yaxın Şərqdə sabitliyin bərqərar olunması naminə çıxış yolları təqdim edib. Ərəb-İslam ölkələri ilə turizm sahəsində də sıx əməkdaşlıq etmək istəyən Azərbaycan bu ölkələrdən gələn turistlər, eləcə də sərmayədarlar üçün açıqdır. Azərbaycan, öz növbəsində, ərəb-İslam ölkələrinə də sərmayələr yatırıb.
Azərbaycan Prezidentinin köməkçisi ötən il Səudiyyə Ərəbistanında keçirilmiş “əl-Cənadəriyyə” Mədəniyyət və İrs Festivalında iştirak etdiyini, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla, Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla və Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşdüyünü, həmçinin İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında olduğunu xatırladıb. Əli Həsənov Azərbaycanla İslam ölkələri arasında əməkdaşlığın dəstəklənməsi məqsədilə Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə səfər etdiyini də diqqətə çatdırıb. Prezidentin köməkçisi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının fəaliyyətini dəstəklədiyini qeyd edib.
Müsahibəsində Əli Həsənov ölkəmizdəki tolerant və multikultural mühit barədə ətraflı məlumat verib. Bildirib ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda etnik, dini və ya irqi zəmində heç bir münaqişə baş verməyib. Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.
Prezidentin köməkçisi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, Azərbaycanda insan kapitalına sərmayə qoyulmasından, elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM